"Həm İrəvan, həm Qarabağ ermənisi Azərbaycana qarşı bir yerdə vuruşub" - Eldar Namazov
Tarix: 11-02-2021, 08:53 | Çap et
Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a geniş müsahibə verib. Siyasi analitik 44 günlük savaşdan sonrakı proseslərlə bağlı suallarımızı cavablandırarkən olduqca maraqlı mətləbləri və proseslərə dair ilginc detallar açıqlayıb, milli mənafeyimiz baxımından faydalı təkliflər irəli sürüb.
- Eldar bəy, rəsmi İrəvan artıq Qarabağa əsgər göndərməyəcəyini bəyan edib. Ancaq paralel olaraq revanşist qüvvələrin davranışlarını da görməzdən gələ bilmərik. Siz hadisələrin bundan sonra hansı məcrada davam edəcəyi qənaətindəsiniz?
- Suala konkret cavab verməzdən əvvəl yaranmış ümumi mənzərəni qiymətləndirmək istəyirəm. Ona görə ki, bu, təkcə Ermənistandan Qarabağa ordu göndərməklə bağlı deyil. Bir çox məsələlərə addım-addım aydınlıq gətirilir və bunun da çox ciddi səbəbləri var. Səbəblərlə bağlı bu yaxınlarda Moskva səfəri zamanı Qarabağ klanının lideri Robert Köçəryanın müsahibəsində də danışılıb. Köçəryan açıq deyir ki, mən başa düşmürəm, indi Azərbaycanla hansı məsələlərdən danışmaq olar? Çünki bizim nə təzyiq mexanizmimiz, nə alver üçün əlimizdə bir güc, ya mövqe yoxdur ki, danışıqlardan nə isə əldə edək. Biz hər məsələdə artıq uduzuruq, ona görə ki, bütün təşəbbüs, təsir imkanları Azərbaycanın əlindədir. O demədi, ancaq mən bura əlavə edim: beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Yəni bizim indi gördüyümüz mənzərə ondan ibarətdir ki, addım-addım Azərbaycan öz istəyinə nail olur. Bir neçə gün bundan əvvəl məlumat yayıldı ki, Fransadan gələn nümayəndə heyəti Ermənistandan Qarabağa keçmək istərkən onların qarşısı Laçın dəhlizində alınıb. Sülhməramlılar deyiblər ki, gedin, Azərbaycandan viza alın. Ancaq bir ay bundan əvvəl başqa cür idi. Azərbaycan Prezidenti öz çıxışında sülhməramlıları tənqid etmişdi və xüsusi qeyd etmişdi ki, Fransadan deputatlar gəlir, bizim icazəmiz olmadan onları Dağlıq Qarabağa buraxırlar.
- Amma düşmən çox məkrlidir və bir əsrdən artıqdır davamlı şəkildə süfrəsinin başında oturduğu xalqa xəyanət edir. Bu mənada arxayınlaşmaq da olmaz. Dövlət başçısı xüsusi kurs verib, zəfərdən sonra da azad olunmuş torpaqlara səfərləri, ordan səsləndirdiyi mesaj və xəbərdarlıqlar hamımıza bəllidir. Eyni zamanda prezident köməkçisi Hikmət Hacıyev bir neçə dəfə diplomatik korpusun viran qoyulmuş bölgəyə vacib səfərlərini təşkil edib. Digər hansı addımlar atılmalıdır ki, düşmən baş qaldırmaq imkanından tam məhrum olsun? Fakt budur ki, həm Qarabağda, həm Ermənistanda sülhməramlılara arxayın olaraq revanşa cəhd edənlər var...
- Biz cəmiyyət olaraq, ictimai xadimlər, ekspertlər, siyasətçilər, media olaraq çox diqqətli olmalıyıq. Müharibə qurtardı, amma savaş davam edir. Bu savaşda artıq informasiya müharibəsi daha çox rol oynayır, nəinki əvvəlki mərhələdə. Ona görə ki, indi məhz o savaşın əsas silahları Azərbaycanın iqtisadi gücü, informasiya resurslarıdır, demoqrafik potensialıdır, diplomatiyasıdır. Biz necə hərb mərhələsində erməniləri darmadağın etdiksə, bax, bu ikinci mərhələdə, hibrid müharibəsinin bu hissəsində də öz qələbəmizi təmin etməliyik. Bunu edəcəyik, mənim heç bir şübhəm yoxdur. Ona görə ki, Azərbaycanın həm iqtisadi, həm demoqrafik potensialı, həm hərbi gücü, həm diplomatiyamızın arxasında duran bax, bu güc amilləri var. Eyni zamanda mən əminəm ki, informasiya savaşında da müəyyən nöqsanlara yol vermişiksə, səhvlərimiz olubsa, biz bunu indi təhlil edib, bir araya gəlib, vəziyyətdən çıxmalıyıq. Biz informasiya sahəsindən danışırıqsa, şəxsən mənim təklifim çox sadədir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətini narahat edən, hisslərinə toxunan informasiyanı Azərbaycan mediası verməlidir, əgər bu, həqiqətdirsə... Bunu vermək, xəbərdarlıq da etmək olar ki, bax, bu təhlükə var. Amma bunlar mütləq yoxlanılmalıdır. Ona görə ki, bizim hisslərimizə toxunan xəbərlərin təqribən 80-90 faizi yalan çıxır. Ancaq 10-20 faizində ciddi məsələlər də var, onları mütləq bir-birindən ayırmaq lazımdır və yaranmış problemləri necə həll etmək yönündə biz hamımız bir yerdə çalışmalıyıq. Ancaq informasiyaları ayırmasaq, bizim üstümüzə yalanla dolu, cəmiyyətin hissləri ilə oynayan informasiya seli gələcək. O da bütün cəmiyyətimizi pis duruma sala bilər və biz buna yol verə bilmərik. Mənim təklifim məhz bundan ibarətdir ki, 44 günlük müharibədən sonra həm ekspertlərin, həm ictimai xadimlərin, həm media kapitanlarının üzərinə daha böyük məsuliyyət düşür. Ona görə ki, indi savaş məhz bu sahədə gedir. Odur ki, biz daim bir-birimizlə ünsiyyətdə olaq, məsləhətləşək, müəyyənləşdirək ki, hansı məsələdə bizi çaşdırmaq istəyirlər, hansı məsələdə bizim cəmiyyətimizə zərbə vurmaq istəyirlər, hansı məsələdə real təhlükə, problem var, onun üzərinə gedib, onu həll edək. Biz bunu öz içimizdə təşkil etməsək, bizim üçün çox ağır olacaq.
- Ordusu, iqtisadiyyatı darmadağın edilmiş Ermənistanın yaxın gələcəkdə özünə gəlməsi mümkün görünürmü?
- Azərbaycan bu müharibədə böyük qələbə qazandı, Ermənistan ordusunu darmadağın etdi. Adətən belə qələbələrdən sonra dövlətlər hərbi büdcələrini bir az azaldırlar ki, müəyyən vəsaitlərə qənaət etsinlər. Ancaq Azərbaycanın hərbi büdcəsi yenə də artdı. Üstəlik, Türkiyə ilə hərbi əməkdaşlıq daha güclənən xətlə davam edir və biz artıq de-fakto “Bir millət, bir ordu, iki dövlət” prinsipini həyata keçiririk və bununla bağlı çox ciddi təlimlər də keçirilir. Deməli, qarşıdakı proseslərlə bağlı Azərbaycanın hərbi gücü daha da artmalıdır, güclənməlidir. Biz indiki qələbəmizlə rahatlanmırıq. Dövlətimizin yanaşması belədir ki, gücümüz hər il artmalıdır və Türkiyə ilə hərbi əməkdaşlıqda, başqa sahələrdə artıq yeni bir mərhələyə keçməliyik. Bu, ondan xəbər verir ki, hələ bizi qabaqda çox ciddi təhlükələr gözləyə bilər. Biz bilmirik İranın ətrafında nə baş verəcək. Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışırlar, hələlik bu, alınmır. Ancaq gələcəkdə nə olacaq, onlar hansı yolla gedəcəklər, bu da bizə bəlli deyil. Odur ki, biz hər bir varianta hazır olmalıyıq. Biz öz hərbi potensialımızı durmadan, dayanmadan daha da gücləndiririk.
- Düşmənin itkiləri barədə hələ də müfəssəl məlumat yoxdur...
- Gəlin Ermənistana dəyən zərbəni bir də dəqiqləşdirək. Ermənistan rəhbərliyi real rəqəmləri gizlədir. Ancaq günlər keçdikcə o rəqəmlər üzə çıxmağa başlayır. Müdafiə Nazirliyi 2 min itki haqqında danışanda Ermənistanın səhiyyə naziri artıq dözmədi, dedi bizdə 3500-ə yaxın meyit qeydiyyatdan keçirilib. Yəni Müdafiə Nazirliyini biabır etdi ki, niyə yalan danışırsan? Ancaq bu haradasa ay yarım bundan əvvəl olmuşdu. Bu yaxınlarda isə Ermənistanda hərbi qulluqçuların sığortalanma fondu var, dövlət təşkilatıdır. Onlar dəqiq qeydiyyat aparır. Həmin fondun rəhbərlərindən biri rəqəmləri açıqlayıb yazdı ki, 4500 erməni əsgəri həlak olub, 5 min 1-ci qrup, 6 min 2-ci qrup əlildir. 3-cü qrup əlillə bağlı informasiya verilmədi. Ancaq hər halda, 3-cü qrup 1 və 2-ci qrup əlillərin sayından az olmayacaq. Yəni 5-6 min də 3-cü qrup olacaq. Bunların hamısını üst-üstə gələndə təxribən 16 min edir. 4500 nəfər də həlak olanları əlavə etsək, 20 mini keçir. Bu da son rəqəm deyil. Könüllülər var idi ki, onlar heç rəsmi qeydiyyata dayanmamışdılar, maşınlara minib Qarabağa gəlmişdilər və orada məhv edilmişdilər. Yəqin ki, 4500 yox, elə erməni müxalifətinin dediyi kimi, ən azı 5 min məhv edilmiş əsgərləri var. Amma bu da son rəqəm deyil.
- Qarabağ ermənilərinin itkilərini də əlavə etsək...
- Bəli. Erməni xislətinə baxın, onlar Ermənistan və Dağlıq Qarabağ erməniləri üzrə statistikanı ayrıca verdilər ki, itkilərin sayını azaltsınlar. Dağlıq Qarabağdakı qondarma qurumun qondarma “müdafiə naziri”nin dediyinə görə, onlarda 2400 həlak olmuş əsgər var. Ancaq bizimçün nə fərqi var, həm İrəvan, həm Qarabağ ermənisi Azərbaycana qarşı bir yerdə vuruşub. Onların elan etdiyi 2400 də son rəqəm deyil. Onlar elan ediblər ki, itkin düşənlərlə bağlı qeydiyyat aparılır və bu günə kimi, təqribən 2500 meyit axtaran valideynlər var. Deməli, ümumilikdə Qarabağ ermənilərinin itkiləri 5 minə yaxındır. Qarabağdakı 1, 2 və 3-cü qrup əlillərin sayı verilmirsə, biz təqribən bunu müəyyən edə bilərik. Ermənistanda bu, bəllidir, həlak olanlarla yaralananların nisbəti 1-ə 4-dür. Yəqin həmin nisbət də Dağlıq Qarabağ ermənilərinə aiddir. Orada da 2400 ölü sayını etiraf edirlərsə, deməli, 4 dəfə çox yaralı var. Bu da haradasa 9600 edir. Siz bu rəqəmlərin hamısını üst-üstə gəlin, erməni tərəfin məhv edilən və yaralananlarının sayı 32 minə yaxındır. Balaca bir Ermənistan üçün bu rəqəm dəhşət yox e, fəlakətdir. Bu, artıq Emənistan dövlətinin onurğa sütununun baltalanması deməkdir. Bundan sonra çapalaya da, bəyanat da verə bilərlər, ancaq bu dövlətin gələcəyi yoxdur. Nəzərə alsaq ki, 1992-ci ildən etibarən Ermənistanın əhalisi hər il azalıb. 28 il ərzində bu ölkədə təqribən 2 milyon əhali azalıb. Son müharibədən sonra da həm miqrasiya dalğası çox güclü olacaq, bu haqda ermənilər hamısı açıq deyirlər. Robert Köçəryan da müsahibəsində demişdi ki, hələ sərhədlər bağlıdır, sərhədlər açılanda hamı qaçacaq. Həm də əhalinin özündə bir disbalans yaranıb ki, qırılan əsasən gənclər idi. İndi əhalinin içində daha çox qadınlar, qocalar qalır. Deməli, onların demoqrafik potensialını artırması üçün heç fiziki imkanları da olmayacaq. Əgər 28 ildə 2 milyon azalıbsa, deməli, bu gün Ermənistanda real olaraq 1,8 milyon nəfər yaşayır. Yüz minlərlə şəxs də sərhədlər açılan kimi qaçacaq.
- Eldar bəy, Ermənistanla sərhədlərimizin dəqiqləşdirilməsi prosesi sovetlər dövrünə aid xəritələrlə aparılır. Belə olan təqdirdə Azərbaycandan sovetlər dövründə qoparılmış ərazilərimiz, həmçinin 1929-cu ildə Mikoyanın qərarı elə Ermənistana verilmiş Zəngəzurun bir hissəsini, Mehrini geri tələb edə bilmərikmi?
- Ay qardaş, bu dövlətin gələcəyi yoxdur. Biz təkcə Zəngəzur haqda düşünməli deyilik. Geopolitikada 5, 10, 15, 20 illik ölçülər götürülür. Geopolitika bir həftəyə, bir aya ölçülmür. Biz hazır olmalıyıq, bizim bütün qədim torpaqlarımız Azərbaycana qayıtmalıdır. Azərbaycan ərazisində vaxtilə süni yaranmış bu dövlətin yaşamağa gələcəkdə fiziki imkanı olmayacaq. Ona görə ki, bunun üçün iki amil lazımdır: ərazi və əhali. Ərazi onların deyil, bizim qədim torpaqlarımızdır. Azərbaycana qarşı ərazi iddiaları ilə, bu savaşla onlar öz əhalisini də qırdırdılar, demoqrafik gələcəklərini də baltaladılar. Dünya təcrübəsində elə bir dərman yoxdur ki, bunlara demoqrafik zərbənin altından çıxmağa imkan versin. O boyda sovetlər birliyi İkinci Dünya müharibəsində aldığı zərbədən 60-70 il sonra da əziyyət çəkirdi. Ancaq sovetlər birliyinin heç olmasa iqtisadi potensialı, təbii resursları, insanların sosial durumunu yaxşılaşdırmaq imkanları var idi ki, demoqrafik artım olsun. 30-40 ildən sonra demoqrafik zərbənin ağırlığını onlar bir qədər azalda bildilər. Ermənistanın isə əlində heç nə yoxdur, nə iqtisadi, nə texniki resurslar və bunlar öz gələcəyini beləcə baltaladılar. Sizinçün bir misal gətirim: bu müharibədə ölənlərin və yaralananların sayı ümumən 32 minə yaxındırsa, bu, təqribən Ermənistanda real yaşayan əhalinin 2 faizi deməkdir. Azərbaycan əhalisi 10 milyondursa, bunun 2 faizi nə qədərdir: 200 min. Rusiyada yaşayan 145 milyonun 2 faizi 3 milyona yaxın nəfər edir. Azərbaycan, yaxud Rusiya hansısa müharibədə bu qədər itkilər versəydi, bu dövlətlərin axırı nə olardı? Bax, Ermənistanın axırı o olacaq. Ona görə də biz bir millət olaraq anlamalıyıq ki, artıq geopolitik təfəkkürə malik olmalıyıq. Geopolitik təfəkkürün öz prinsipləri, öz qaydaları var. Biz başa düşməliyik ki, tarixi torpaqlarımızı zəbt edib, orada dövlət yaradan düşmənimizin onurğa sütununu artıq sındırmışıq. İndi gələcək proseslərə hazır olmalıyıq - həm Cənubda, İran ətrafında gedən proseslərə, həm Ermənistan dövləti ətrafındakı proseslərə... Ermənistan prezidenti öz məqaləsində belə bir şüar irəli sürüb: “Bizim üçüncü respublikamız məhv olub, gəlin çalışaq, 4-cü respublikanı sıfırdan yaradaq”. Bunların hamısını nəzərə alaraq, biz hazırlaşmalıyıq, gücümüzü artırmalıyıq, vahid bir qüvvə kimi - hakimiyyət, müxalifət, vətəndaş cəmiyyəti, media - hamımız bu düşüncəyə, təfəkkürə malik olmalıyıq ki, bizim geopolitik durumumuz durumumuz bu gün nə cürdür, sabah necə olacaq? Biz indi yeni bir mərhələyə hazırlaşmalıyıq. Biz bütün işğal olunmuş ərazilərimizi qaytarmalıyıq, fərqi yoxdur, bu, 200 il bundan əvvəl işğal olunub, 100 il bundan əvvəl, yoxsa 30 il əvvəl... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|