"Çox yaxşı... amma gecikmişik, gərək bu, çoxdan olaydı" - Partiya sədri
Tarix: 15-02-2021, 08:13 | Çap et
Torpaqlarımızın işğaldan azad edilməsi yeni idarəçilik modellərinin tətbiqinə imkan verir. Xatırladaq ki, bir müddət öncə Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi. Qeyd edilir ki, A.Kərimov bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. “Ağ şəhər” layihəsinin icrasında iştirak edib və bu cür layihələrin icrasında təcrübəyə malikdir.
Prezidentin bu təyinatı da, böyük ehtimalla Şuşa şəhərinin yenidən qurulması prosesinə təcrübəli kadrın cəlb edilməsi, aparılan quruculuq və bərpa işlərinə nəzarəti həyata keçirməkdir. Çünki nəinki Şuşada, həmçinin işğaldan azad edilmiş bütün ərazilərdə yenidənqurma, abadlıq, tikinti işlərinə birbaşa Prezidentin özünün nəzarət edəcəyi məlumdur. Bunu cənab Prezident özü də vurğulayıb. Gözlənilir ki, işğaldan azad edilmiş bütün ərazilərə yaxın zamanda xüsusi nümayəndələr təyin olunacaq və bu da ölkədə xüsusi nümayəndəlik institutunun formalaşması ilə yekunlaşacaq.
Milli Məclisin ötən gün keçirilmiş iclasında da Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin, onun müavininin və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusu müəyyən edilib. Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni anlayışlar daxil edilib.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək. Təklif müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Yeni idarəetmə strukturu ilə yerli icra hakimiyyəti strukturu arasındakı fərq də hazırda müzakirə mövzusudur. Xüsusi nümayəndənin səlahiyyətləri ilə icra başçılarının səlahiyyəti üst-üstə düşmür ki? Burda bir məqamı vurğulamaq yerinə düşər ki, son illərdə icra hakimiyyətlərindən narazılıqlar xeyli artıb. Neçə icra başçısı məhz vəzifəsindən sui-istifadə etdiyinə, korrupsiyaya bulaşdığına, yeyintilərə yol verdiyinə, dövlət büdcəsinə ziyan vurduğuna görə vəzifəsindən kənarlaşdırılıb və hüquqi çərçivədə məsuliyyətə cəlb edilib. Yəni bu illər ərzində kabinetindəki seyfindən dəstə-dəstə pullar çıxan icra başçılarını da gördük, müğənnilərdən tutmuş sıravi vətəndaşlara qədər işğaldan azad edilmiş yurd yerlərini ziyarət edənlərə rəğmən ermənilər hər yeri minalayıb deyə Şuşaya “gedib çıxa bilməyən” icra başçılarını da. Elə bu məsələlər də icra hakimiyyətlərinin lazımsız bir qurum kimi, daha doğrusu, yeyinti mənbəyinə çevrilmiş bir qurum kimi ləğvi məsələsini aktuallaşdırıb. Bu baxımdan Prezidentin xüsusi nümayəndələrinin təyinatı yaxın zamanda icra hakimiyyəti strukturunun tamamilə ləğv ediləcəyi ehtimalını gücləndirir. Hələliksə, idarəetmə strukturlarının hər ikisi fəaliyyətdədir. Kim nəyə nəzarət edəcək, kim hansı işi görəcək?
ADP sədri Sərdar Cəlaloğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, sabiq prezident Əbülfəz Elçibəyin zamanında fərqli adla, lakin təxminən eyni səlahiyyətlərə malik qurum fəaliyyət göstərib:
- Prezident Administrasiyasında Prezident İnspeksiyası yaradılmışdı. Bu inspeksiyanın işi yerlədə icra hakimiyyətlərinin fəaliyyətinə nəzarət etmək idi. Faktiki Prezidentin sərəncam və göstərişlərinin icrasına nəzarət edən qurum idi. Mən illər öncə bu təkliflə çıxış etmişdim ki, Prezidentin fərman və sərəncamlarının, göstərişlərinin, tapşırıqlarının icrasına nəzarət edəcək bir qurum yaradılsın, mən ona rəhbərlik edərəm. Çünki belə bir strukturun olması çox vacibdir. Bu struktur Prezidentin vəzifəyə təyin etdiyi, hansısa tapşırıq verdiyi adamların üzərində nəzarəti həyata keçirməlidir. İndi Prezidentin xüsusi nümayəndələrinin statusu müəyyən edilib, bununla bağlı qanuna müvafiq düzəlişlər, yeniliklər edilib. Çox yaxşı. Amma gecikmişik. Gərək bu, çoxdan olaydı.
S.Cəlaloğlu qeyd etdi ki, Prezidentin xüsusi nümayəndəsinin, onun müavini və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusunun müəyyən edilməsi nəzarətin həyata keçirilməsində faydalı olacaq:
- Bu, yeni nəzarət mexanizmi kimi düşünülüb. Xüsusən nümayəndə Prezidentin sərəncamlarının, göstərişlərinin icrasına nəzarət edəcək. İcra hakimiyyəti sərəncamları, verilən tapşırıqları icra etmək üçündür. Xüsusi nümayəndəlik isə icraya nəzarət üçün lazımdır. Bəzən Prezident özü də narazılıq edirdi ki, yerlərdə nəzarət zəifdir, nəzarət mexanizmi güclü olmalıdır. Xüsusi nümayəndəliklər bu işin öhdəsindən gəlməlidir. Şuşaya Prezidentin xüsusi nümayəndəsi təyin olunduğu kimi, işğaldan azad edilmiş digər ərazilərdə də xüsusi nümayəndələr olmalıdır.
S.Cəlaloğlu Türkiyə idarəetmə modelində də belə nəzarət mexanizminin olduğunu dedi:
- Türkiyədə bir qədər fərqli sistemdir. Valilik, kaymakamlıq var, bələdiyyə var. Məsələn, vali prezidentin təmsilçisidir. Prezidentin nümayəndəsi. Hökumətin səlahiyyətli nümayəndəsidir. İdarəetmənin geidişi ilə maraqlanır. Bəzi ölkələrdə qubernator vəzifəsi ilə eynidir. Kaymakam isə rayonun - mahalın (vilayətin) mülki idarə əmiridir. Valinin təmsilçisidir. Onun əmrlərini, tapşırıqlarını yerinə yetirir. Bələdiyyənin də fəaliyyətinə nəzarət edir. Türkiyədə bölgə, mahal, ilçe kimi inzibati bölgülər var və əhali sayına, vilayəti təşkil edən kəndlərin sayına görə dəyişir. Hər ölkədə fərqli idarəetmə sistemi ola bilər. Amma Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi, indiki vaxtda xüsusilə də işğaldan azad edilmiş ərazilərimiz üçün vacibdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
|