Partiyalara ayrılan büdcə vəsaiti nə dərəcədə ədalətli bölünür? - AKTUAL
Tarix: 17-02-2021, 16:22 | Çap et
Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyinin fevralın 16-da yaydığı məlumatda bildirilir.
Məlumata görə, ilin birinci rübü üzrə 10 siyasi partiyaya ümumilikdə 857.5 min manat ödənilib. Bunlar Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Respublikaçı Alternativ Partiyası və Milli Cəbhə Partiyasıdır.
Məlumatda vurğulanır ki, vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun ayrılır.
Qüvvədə olan qanunda bölgü belədir: vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə deputatların sayına proporsional bölünür. Qalan 10 faizdən yarısı son seçkilərdə namizədləri səslərin azı 3 faizini qazanmış, lakin parlamentə düşməyən partiyalar arasında səslərin sayına proporsional olaraq ayrılır. Digər yarısı isə təkrar və əlavə seçkilərdə yer qazanan partiyalara verilir.
Azərbaycanda son parlament seçkiləri ötən il fevralın 9-da keçirilib. Yerlərin yarıdan çoxunu Yeni Azərbaycan Partiyası (YAP) qazanıb. Qalan yerlərdən təxminən 40-ı bitərəflərə, 10-u isə başqa partiyalara məxsusdur. YAP-dan sonra ən çox yer qazanan partiya 3 mandata yiyələnib.
Azərbaycanın siyasi sistemində YAP istisna olmaqla, adı çəkilən partiyaların yeri və rolu çox minimaldır. Bu partiyaların bəzilərini xalq ümumiyyətlə, tanımır, yaxud onlara heç vaxt səs verməyib. Bu da nəticə etibarilə ölkənin siyasi inkişaf səviyyəsini göstərir. Qeydiyyatda olan 50-dan artıq partiyanın əksəriyyəti müstəqilliyin ilk illərində yaranıb. Milli azadlıq hərəkatının fəal iştirakçıları müxtəlif təmayüllü siyasi təşkilatlar yaradıb, onların tərkibində birləşiblər. Mərhum prezident Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) 1993-cü ildən iqtidardadır. Onun əsas müxalifəti də xalq hərəkatının yetirməsi olan AXCP və Müsavat olaraq qalır. 90-ci illərin populyar siyasi təşkilatlarından biri – AMİP isə ölkənin siyasi həyatına təsir imkanlarını, demək olar, itirib, yalnız adı qalıb. AXCP və Müsavat vaxtaşırı qopmalara, parçalanmalara, eləcə də təzyiqlərə (xüsusən AXCP) məruz qalaraq zəifləsələr də, ictimai rəydə gerçək müxalifət imiclərini saxlaya biliblər. Ölkənin siyasi həyatına sonralar daxil olmuş (ReAL, Ağ Partiya və s.) partiyalar da yuxarıda adıçəkilən siyasi təşkilatların keçmiş aparıcı funksionerləri tərəfindən təsis edilib.
Azərbaycanda proporisonal seçki sistemi 2002-ci ilin avqustunda keçirilən referendumla ləğv olunub. Bu hadisə ölkənin siyasi sisteminə dağıdıcı təsir göstərib. Partiyalar getdikcə zəifləyib, onların kütləviliyi, siyasi proseslərə təsiri, habelə daxili rəqabət imkanları azalıb. Bu qüvvələr tədricən əsas mahiyyətini itirərək liderlər ətrafında toplaşan siyasi qruplara çevriliblər. Onlar hakimiyyət uğrunda mübarizə aparmaqdan daha çox, öz mövcudluğunu qoruyub saxlamağa çalışan, buna məcbur olan yarımleqal icmaları xatırladır. Çünki repressiyalar, təzyiqlər, seçkilərin ard-arda saxtalaşdırılması siyasi partiya institutunu sarsıdıb. Əsasən 2005-ci ilin parlament seçkilərindən sonra Azərbaycanda müxalif siyasi fəaliyyət, ümumiyyətlə, müxalifətçilik təhlükəli və pesrspektivsiz məşğuliyyətə çevrilib. Siyasi təşkilatların marginallaşmasında, ümumən siyasətin deqradasiyasında neft pullarının da böyük rolu olub. Hökumət əlindəki imkanlardan alternativ qüvvələri və onların nəzarətindəki medianı dağıtmaq üçün gen-bol istifadə edib. Nəticədə uzun müddət seçkilər rəqabətsiz keçib, siyasi məhbus siyahıları biri-birini əvəzləyib, ölkədə siyasi proses faktiki dondurulub, müxalif siyasi fəaliyyətə cəmiyyətdə maraq itib. Referendumlarda parlamentin rolunun azaldılması, prezident institutunun – icra hakimiyyətinin mütləq səlahiyyətlərə malik olması da partiya rəqabətini lazımsız edib.
Uzun müddət davam edən bu tendensiya hətta hakim partiya hesab olunan YAP-ın da rolunu zəiflədib, onu siyasi idarəçilikdən, qərarların qəbulu mexanizmlərindən uzaqlaşdırıb. YAP üzvlüyü 2013-cü ildən sonra yuxarı postlara təyinatda ciddi rol oynamayıb, bu partiya ənənəvi “kadr bankı” funksiyasını itirib. Təsadüfi deyil ki, son 5-6 ildə hakimiyyətdə yüksək vəzifələrə təyin olunanların əksəriyyəti partiyasızdır, bu səbəbdən hazırda YAP-ın hakim partiya olub-olmadığı məsələsi də mübahisəlidir. Məsələn, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, xarici işlər naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli, TƏBİB-in icraçı direktoru Ramin Bayramlı YAP üzvü deyillər. Prezidentin 5 köməkçisindən yalnız biri YAP üzvüdür, birinci vitse-prezidentin isə heç bir köməkçisi hakim partiyada təmsil olunmayıblar.
Beləliklə, Azərbaycanda siyasi partiya institutunun son illər öz əhəmiyyətini itirdiyi və siyasi sistemdə hər hansı rol oynamadığı qənaətinə gəlirik. Bu, anormal bir durumdur və ölkədə demokratik inkişafı, hüquq və azadlıqların təminatını çətinləşdirir. Hakimiyyətin ötən il irəli sürdüyü dialoq təşəbbüsünü, bir sıra partiyaların dövlət qeydiyyatına alınmasını, bəzilərinə ofis verilməsini ümumən müsbət tendensiya kimi qiymətləndirmək olar. Amma bu prosesin nə dərəcədə səmimi və obyektiv aparıldığı, həqiqətən müxalif partiyaların fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına və ölkədə siyasi rəqabət mühitinin bərpasına yönəlib-yənəlmədiyi ilə bağlı suallar, şübhələr var.
Hakimiyyət həqiqətən dialoqda, əməkdaşlıqda, ölkənin demokratik inkişafında maraqlıdırsa, onda dialoq real məzmun kəsb etməli, bütün siyasi qüvvələri əhatə etməli, Seçki Məcəlləsi başda olmaqla, qanunvericilikdən əngəlləyici müddəalar çıxarılmalı, bu sənədlərə mütərəqqi əlavə və dəyişikliklər edilməlidir. //PRESSKLUB.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Dünən, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Dünən, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünən, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Dünən, 14:15 |
|
|
|
|