Siyasi münasibətlərdə yeni mərhələ - vasitəçisiz iqtidar-müxalifət dialoqu
Tarix: 23-02-2021, 09:01 | Çap et
Azərbaycanda uzun illər iqtidar-müxalifət dialoqu, görüşləri ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, başqa beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçirilirdi. Amma son ilyarımda bu missiyanı Azərbaycan dövləti öz üzərinə götürüb. Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi yaradıldıqdan sonra şöbənin müdiri Ədalət Vəliyevlə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai qurumların rəhbərləri arasında görüşlər keçirilir.
Artıq bu sahədə xeyli irəliləyiş əldə edilib. Bu, 44 günlük müharibə dönəmində də özünü göstərdi.
Yeni Azərbaycan Partiyası təşkilat şöbəsinin müdiri, deputat Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, kənar qüvvələrin vasitəçiliyi olmadan keçirilən dialoqun, görüşlərin ölkə və siyasi qüvvələrin özləri üçün daha uğurlu olduğu birmənalıdır: “Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə apardığı islahatlar sözügedən sahəni də əhatə edib və çox müsbət nəticələr göz önündədir. Cənab Prezident ölkədə yeni siyasi konfiqurasiyanın qurulmağa başladığını xeyli öncədən elan etmişdi. Struktur islahatları çərçivəsində Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsinin yaradılması ilə yeni siyasi konfiqurasiyanın, hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin yeni mərhələyə keçməsinin praktiki əsası qoyuldu. Bu praktika Azərbaycanda çox uğurla həyata keçir. Azərbaycanda siyasi partiyaların həyatında bir canlanma, yenilik, aktivlik yaranıb.
Eyni zamanda ölkəmizlə, partiyaların özləri ilə bağlı məsələlər heç bir kənar vasitəçi olmadan hakimiyyət-siyasi partiyalar dialoqunda müzakirə edilir. Keçirilən görüşlərin, müzakirələrin müsbət effekt verdiyi məlumdur. Biz istənilən problemi də artıq öz aramızda özümüz müzakirə edərək yoluna qoyuruq. Dövlətimizin inkişafı, milli birliyimiz üçün bu çox ciddi amildir. Vətən müharibəsində 52 siyasi partiyanın vahid mövqe ortaya qoyması keçirilən görüşlərin, yeni siyasi konfiqurasiyanın ən yaxşı effekti idi. Eyni zamanda çoxlu sayda partiyaların dövlət qeydiyyatına alınması, bir qrup müxalifət partiyasına qərargah üçün ofisləri ayrılmasını da qeyd etmək istəyirəm. Azərbaycanda kənar vasitəçi olmadan iqtidarla siyasi partiyaların dialoqu cəmiyyət tərəfindən də dəstəklənir. Biz pandemiya dövründə belə, internetin verdiyi imkanlardan yararlanıb dialoqu davam etdirdik və etdiririk. Bu prosesdə uğurlu kadr kimi cənab Ədalət Vəliyev çox gözəl nümunələr ortaya qoya bilib”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Azərbaycanın vasitəçilərdən son 30 ildə xeyir görmədiyi, öz işlərimizi özümüzün həll etməyimizdən daha çox fayda götürdüyümüz artıq sübuta yetib: “Xüsusilə son 44 günlük müharibədə bu, tam sübuta yetirildi. 30 ilə yaxın idi Minsk Qrupu bizə vasitəçilik edirdi və heç bir müsbət effekti yox idi. Azərbaycan özü məsələni həll elədi. İkincisi, Azərbaycanda siyasi palitrada münasibətlərin tənzimlənməsi bizim öz daxili işimizdir. Azərbaycan bir ailədir, İstanbulun əhalisinin yarısı qədər əhalisi olan ailə. Burada siyasi, ictimai məsələlərdə, münasibətlərdə hansısa xarici qüvvələrin vasitəçilik eləməyinə heç bir ehtiyac yoxdur. Üstəlik də hakimiyyətlə siyasi partiyalar arasında müzakirələrdə elə məsələlər ola bilər ki, onlar dövlət sirri xarakteri daşıyar, elə məsələlər olar sırf hakimiyyətlə siyasi partiyanın, müxalifətin arasında bilinməli olan məsələ olar. Ona görə də xarici vasitəçinin təşkilatçılığı ilə baş tutan görüşlərin bu baxımdan da zərəri var. Azərbaycanda son zamanlar reallaşan dialoq doğru seçimdir, daha effektlidir. Burada kənar vasitəçi yoxdur, özümüzün apardığımız dialoqdur. Başqasına ehtiyac yoxdur. Üstəlik də Prezident Administrasiyasında yeni şöbənin yaradılması cənab Prezidentin iradəsidir. Şöbənin müdiri Ədalət Vəliyev kimi kadr da çox uğurlu bir kadrdır. Yəni hər kəs bu işin öhdəsindən gələ bilməz. Cənab Ədalət Vəliyev çox ünsiyyətcil, hər kəslə dil tapmağı bacaran və işini bilən kadrdır. Onun həmin şöbəyə rəhbərlik etməsi çox yaxşı effekt verir. 44 günlük müharibədən öncə hakimiyyətlə siyasi partiyalar arasında keçirilən görüşlərin, dialoqun müharibə dövründə effekti özünü göstərdi. 52 partiya ortaya ortaq mövqe qoydu, milli birlik nümayiş etdirildi. Əlbəttə, müxalifətin hansısa çatışmazlıq hesab etdiyi məsələlərə iradları, etirazları ola bilir və bu təbiidir. Bunun üçün də kənardan heç kimin vasitəçiliyinə ehtiyac yoxdur. Dialoqda müxalifət partiyalarının rəhbərləri fikirlərini birbaşa hakimiyyət rəsmisinə çatdırırlar. Digər tərəfdən, mən heç vaxt düşünməmişəm ki, hansısa beynəlxalq təşkilatda olanlar bizim insanımızdan daha ağıllı, daha ortaq məxrəcə gətirməyi bacaran personalardır. Bizim bütün kadrlarımız hər mənada onlardan üstündür. Ona görə də bu seçim doğrudur və nəticələr də ortadadır. Ona görə də davam eləmək lazımdır. Ölkəmizdə olan hər hansı çatışmazlıqlar məhz özümüz tərəfindən həll edilməlidir, qarşılıqlı dialoqla müzakirə olunmalıdır. Elə məsələlər var ki, qapalı da müzakirə aparılmalıdır. Bütün bunlarda xarici instansiyaların iştirakına ehtiyac yoxdur”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, təcrübə ölkədə siyasi qüvvələr arasında münasibətlərin pis olmasının çoxlu problemlərə gətirdiyini dəfələrlə ortaya qoyub: “İllərlə davam edən inkarçılq, düşmən münasibət nəticəsində siyasi məhbus problemi yarandı, beynəlxalq təşkilatlar da əsasən bu problemin çözülməsi ilə məşğul oldu. İqtidarla müxalifət faktiki beynəlxalq təşkilatlar vasitəsilə bir araya gələ bilirdi, yaxud bəzi siyasi partiyalarla hakimiyyət arasında gizli əlaqələr qurulurdu. Lakin bu, heç də vəziyyətin düzəlməsinə gətirmirdi. İndi Ədalət Vəliyevin rəhbərlik etdiyi Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi fəaliyyətə başlayandan sonra hakimiyyətlə siyasi partiyalar arasında normal münasibətlər yarandı, 44 günlük Vətən müharibəsində isə yüksək səviyyədə siyasi əməkdaşlıq nümayiş olundu. Bunun da qələbəmizə əhəmiyyətli bir dəstək olduğunu düşünürəm. Fikrimcə, ölkəmizin gələcəyi və inkişafı üçün iqtidarla müxalifət arasında normal münasibətlərin və demokratik, ədalətli rəqabətin olması vacib şərtdir və biz bu yolu getməliyik. Kənar vasitəçilərsiz bu yol daha uğurludur”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Dünən, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Dünən, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünən, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Dünən, 14:15 |
|
|
|
|