Nicatı xaricdə görmək mərəzi... - Müzakirə...
Tarix: 24-02-2021, 11:03 | Çap et
Azərbaycan həmişə “ideologiyalar qəbiristanlığı” olub. Ölkədə heç vaxt partiyalar ideoloji təmayüllərinə görə fəaliyyət göstərməyiblər. Onları ya fiqurlar, ya da opponentinə qarşı mübarizə birləşdirib. O nöqteyi-nəzərdən, Azərbaycanda solçu, yaxud sağçı və liberal yönümlü siyasi təşkilatlar deyil, sədrlərinə büt kimi baxan, nicatı Qərbdə və ya Amerikada görən partiyalar olub. Türkiyədən fərqli olaraq, bizdə sosial-demokratlar, millətçilər, mühafizəkarlar, liberallar, islamçılar ideoloji baxışlarına bölünməyiblər.
“Yeni Müsavat” xəbər verir ki, REAL-ın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də bu məsələni gündəmə gətirib. O, iddia edir ki, ölkədə ideoloji partiyalar yaranmayıb, şəxslərə bağlı, ölkələrə “azarkeşlik” edən qruplar formalaşıb. “Bu gün ərazimizdə rus əsgərinin olması o ”azarkeş" kütləsinin bir hissəsini hərəkətə keçirir, Moskvaya bağlı qüvvəyə güc verir. Sabah cənub qonşumuz da siyasi səhnəyə öz “aktyorlarını” çıxara bilər, buna cəhdlər edəcək. Bizdə dəyərləri deyil, bayraq rənglərini dəstəkləyən təşkilatlar var. İllərdir dediyimiz bir məsələnin zamanı yetişib: ölkədə yeni reallığa uyğun siyasi oyun qaydalarına keçilməli, proporsional seçki sistemi bərqərar olmalıdır ki, ideoloji rəqabət sayəsində ümumbəşəri dəyərlərə bağlı güclü siyasi partiyalar da formalaşsın", - deyə REAL-çı bildirib.
Azərbaycanda siyasi partiyalar niyə ideoloji bağlara söykənmirlər? Nə üçün onları fərdlər birləşdirir? Liderlərinə yox, ideologiyasına bağlı olan təşkilatların, siyasi mənzərənin yaranması üçün hansı mühit olmalıdır?
AĞ Partiya başqanının müavini Əhəd Məmmədli hesab edir ki, ölkədə ideologiyası olan yeganə təşkilatdırlar. Onun fikrincə, əksər siyasi partiyalar, YAP da daxil olmaqla, nizamnaməsində eyni xətləri göstərir. “Hakim partiya da, digər siyasi təşkilatlar da Xalq Cümhuriyyətinə sahib çıxır, inkişafı Qərbə inteqrasiyada görür, nizamnaməsində bunları göstərir. Amma hamısı fərdlərə bağlıdırlar. AĞ Partiya isə türk-islam ideyasına, milli nizam doktrinasına söykənən təşkilatdır. Bizim məqsədimiz də odur ki, partiyalar insanlara yox, ideologiyalara söykənsinlər. Amma YAP Heydər Əliyev və İlham Əliyev, müxalifət partiyaları isə Rəsulzadə və Elçibəy kölgəsində dayanırlar. Ona görə biz istərdik ki, partiyalar tarixi şəxslərə yox, ideologiyalara bağlı olsunlar”.
AĞ Partiya funksioneri hesab edir ki, siyasət peşəkarlaşmalıdır, partiyalaşmalıdır: “Bunun üçün sosial rifah yüksəlməlidir, insanlar soyuducunu yox, hansı ideologiyaya mənsub olduğunu düşünsünlər. O zaman partiyada liderə və yaxud sosial ədalətsizliyə görə yox, ideologiyaya görə birləşsinlər”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, N.Cəfərli maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, həqiqətən siyasi partiyalar ideoloji əsaslarla formalaşmayıblar: “Sovet vaxtı bir partiya olub, hamı ona üzv idi. Müstəqillik vaxtı partiyalaşma başladı, Xalq Cəbhəsi parçalandı, təşkilatlar yarandı. İnsanlar bir-birinə yaxınlığı əsasında siyasi təşkilatlar təsis edirdilər. Amma hər bir partiyanın öz xətti olmalıdır. Məsələn, bizim ideyamız vətəndaş həmrəyliyi olsun. Bu istiqaməti gözləməyə çalışırıq. Amma tam ideoloji baza üzərində qurulmayıb”. S.Əsədli qeyd etdi ki, partiyada solçusu, liberalı, millətçisi var: “Bu da partiyaların formalaşmaması ilə bağlıdır. Partiya var ki, sədri millətçidir, yönü tamamilə başqadır. Bunlar zamanla həllini tapmalıdır. Biz çalışırıq ki, bu ölkənin vətəndaşıdırsa, millətinə, etnik mənsubiyyətinə, dini baxışına fərq qoymadan üzv edirik, irəli çəkirik. Bizim gürcü, talış, tat, kürd təşkilat sədrlərimiz var, bir rus Məclisə seçilib, yəni partiyanın adına uyğun olaraq Azərbaycan vətəndaşı olan insanları təşkilata cəlb edirik. Əslində VHP sağ-mərkəzçi partiya kimi görünür, lideri Sabir Rüstəmxanlı özü millətçidir, bununla belə, Sabir bəy heç vaxt milli kimliyə fərq qoymur, ayrı-seçkilik yoxdur”.
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərdə partiyalar sədrə simpatiya üzərinə qurulmur: “Azərbaycanda bunun üçün bir dəfə azad seçki keçirilməlidir, seçki sistemi düzəlməlidir. Ondan sonra partiyalarda bu məsələ inkişafını tapacaq. Ölkədə proprosional seçki sistemi tətbiq olunsa, partiyalarda ideoloji və demokratik açılım olacaq”. X.Teyyublunun fikrincə, proporsional seçki sistemi olmadığı üçün sədr uzun müddət partiyaya rəhbərlik və nüfuz edə bilir, öz avtoritarlığını ortaya qoyur. KXCP funksioneri düşünür ki, partiyaların ideoloji bağlılığı var, amma ölkədə ideoloji mübarizə, fikir toqquşması yoxdur. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Dünən, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Dünən, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünən, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Dünən, 14:15 |
|
|
|
|