"Feminizm hərəkatı ölkəmizdə yersizdir" - Partiya sədri
Tarix: 10-03-2021, 08:53 | Çap et
Artıq bir neçə ildir ki, 8 mart Beynəlxalq Qadınlar Günündə Bakının mərkəzində bir qrup feminist aksiya keçirir. Martın 8-də yenə bu ənənəyə sadiq qalaraq, feministlər Fəvvarələr meydanınında qadın hüquqlarına diqqət çəkmək üçün icazəsiz aksiya keçirdilər.
Bakı Şəhər İcra Hakimiyyəti əvvəlcədən bu aksiyanın keçirilməsinə icazə verməmişdi. Lakin feministlər buna məhəl qoymayıb, aksiyalarını həyata keçirdilər. Aksiya zamanı feministlər “Qadın qətlləri siyasidir!”, “Qadın kimi savaş!” və sairə bu kimi şüarlar səsləndirərək, “İstanbul Konvensiyası”nın qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini, qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələrin aradan qaldırılmasını tələb ediblər. Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Lakin sonradan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirdi ki, aksiyaya cəhd zamanı saxlanan olmayıb, “qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb”.
Beləliklə, 8 mart günü keçirilən aksiya bu dəfə də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Əksinə, bundan əvvəlki illərdə olduğu kimi, bu dəfə də səsləndirilən şüarlar böyük əksəriyyət tərəfindən qıcıqla qarşılandı.
Paytaxt Bakıda feministlərin martın 8-də keçirdikləri aksiya yenə də cəmiyyət tərəfindən qıcıqla qarşılandı Bəs feministlərin istəyi, bu aksiyaları keçirməkdə məqsədləri nədir?
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb:
“Feminizm hüquq bərabərliyini təbliğ edən ideologiya, xətdir. Lakin qeyd edim ki, feminizm kifayət qədər müxtəlif qollara malikdir. Məsələn, ”çəhrayı feminizm", “məxməri feminizm”, “radikal feminizm” kimi cərəyanlar var. Lakin bizdə olan feministlərin hansı cərəyana aid olduğunu bilmirəm. Konstitusiyamızın 25-ci maddəsində bildirilir ki, qadın və kişi hüquqları bərabərdir. Bəs qadınların hüquqlarını məhdudlaşdıran qanunlar varmı? Əlbəttə ki, yox. Hətta ötən il qadın hüquqlarının müdafiəsi sahəsində müsbət dəyişikliklər oldu ki, onlardan biri məişət zorakılığı, insan alveri, uşaq strategiyası ilə bağlı “Milli fəaliyyət planı”nın qəbulu idi. Ölkədə “Min İlliyin Strategiyası” və yaxud “Dayanıqlı İnkişaf Məqsədlərinin Strategiyası” var, hansı ki, onlarda qadın məsələləri öz əksini tapıb.
Bir daha qeyd edirəm ki, ölkə feministlərinin ideoloji düşüncəsindən xəbərsizəm, ona görə onların konkret hədəfləri haqda heç nə deyə bilmirəm. Baxanda görürük ki, onların şüarlarında “İstanbul Konvensiyası” var və sairə.
Ümumiyyətlə, “İstanbul Konvensiyası” özlüyündə yaxşı bir mexanizmdir. Lakin şahidi olduq ki, Türkiyənin özü bu konvensiyadan imtina etmək cəhdi göstərdi. Həmçinin Polşada da bu hadisə baş verdi. Yəni kor-koranə hansısa konvensiyanı qəbul etmək olmur. Xatırlayırsınızsa, Vətən müharibəsinə qədər hökumət bununla bağlı geniş müzakirə aparırdı və onun təsdiqinə doğru gedilirdi. Lakin müharibə, pandemiya bu prosesi ləngitdi. Hətta müzakirələr getsə belə düşünməliyik ki, bizim üçün nə yaxşıdır. Əgər bu mexanizmləri öz qanunlarımızda dəyişə biləcəyiksə, hansısa bir öhdəliyi götürmək vacibdirmi? Bildiyiniz kimi, hər bir öhdəlik digər öhdəlik tələbini qoyur.
Bəli, ölkəmizdə qadın hüquqları ilə bağlı problemlər var. Onların içərisində məişət zorakılığı, stereotiplər, ailədə bərabər imkanlar üçün məhdudlaşdırma, həmçinin erkən nikahlar və sairə var. Zaman-zaman bunların qanun formasında sərtləşdirilməsi və mexanizmlərin işləməsi üçün müzakirələr aparılır. Lakin axı proses gedir.
İstənilən aksiyanın müsbət tərəfləri var, ətrafında müzakirələr gedir, qadın hüquqları diqqət mərkəzinə gəlir. Yəni yaxşıdır, pis deyil. Lakin onların şüarları cəmiyyətin hissiyyatına toxunan şüarlar idi. İnsanda bir xof, qorxu yaradırdı. Onların şüarları ilə düşündükləri plan arasında hansı fərqlər, məqsəd var, onu bilmirəm".
ADP sədri Sərdar Cəlaloğlu da keçirilən aksiyanın əsassız olduğunu qeyd etdi:
“Azərbaycanda qadın hüquqlarını müdafiə edən həm dövlət, həm də qeyri-hökumət təşkilatları var. Yəni bu gün Qərbə uyğun hərəkatın Azərbaycanda başladılmasının heç bir əsası yoxdur. Azərbaycan Konstitusiyasında, qanunlarında qadınların hüquqları məhdudlaşdırılmayıb. Bu baxımdan feminizm hərəkatı ölkəmizdə yersizdir.
Digər tərəfdən, dünyanın heç bir yerində radikal feminizmə yol verilmir. Məsələn, 8 mart günü İspaniyada aksiya keçirən feministlərə adi yoldan ötən qadınlar hücum etdilər. Yəni hətta qadınların içərisində belə radikal feminizmi, ailə dəyərlərini dağıdan, qadınları insan alverinin obyektinə çevirmək istəyən hərəkata qarşı qıcıq var.
Bakıda keçirilən aksiyadakı şüarlara baxaq: “Qorxdular azad deməyə, dönüb əxlaqsız dedilər”. Azadlıq nə deməkdir? Əgər konstitusiyada sənə azadlıq verilibsə, deməli, sən azadsan da. Bilmək olmur onlar qadın azadlığı deyəndə nəyi nəzərdə tuturlar. Beynəlxalq hüquqda qadın haqları ilə bağlı konvensiyada üç hüquq nəzərdə tutulub - qadınların əmək, seçki, təhsil hüquqları. Ölkəmizdə də bu hüquqların hər üçü həyata keçirilir. İndi burada feministlər nəyi tələb edir?
Ötən dəfə şüar yazmışdılar ki, “Bədən mənimdir, sata bilərəm”. Axı qadın azadlığı milli dəyərlərdən, ailəsindən, cəmiyyətdə götürdüyü öhdəliklərdən azad olunması demək deyil ki. Azadlıq - qadınlara kişilər qədər hüquqların verilməsidir. Ölkəmizdə kişilərin hüquqları nə qədər pozulursa, qadınların da hüquqları o qədər pozulur.
Və yaxud görürük ki, qadın zorakılığına qarşı şüarlar qaldırılır. Axı Azərbaycanda qadınlara qarşı zorakılıq elə bir ictimai təhlükə vəziyyətinə çatmayıb ki, onunla bağlı hərəkat yaradılsın. Tək-tək hallarda hansısa ailələrdə baş verir, onu da hüquq-mühafizə orqanları lazım olan tədbirləri görür, cəzalandırır. Hindistanda qadınlar küçədə tək gəzə bilmir. Hətta ictimai nəqliyyatda belə qadınları oğurlayıb, təcavüz edirlər. Oradakı zorakılıq bizim ölkədə yoxdur. Əksinə, Azərbaycanda qadına qarşı böyük hörmət, sayğı var. Avtobusda kişilər ayağa qalxıb, qadınlara yer verir və sairə. Belə bir xalqı niyə biabır edir, hansı zorakılıqdan danışırlar?”
AĞ Partiya sədri Tural Abbaslı isə azərbaycanlı feministləri qaragüruhçu adlandırıb: “Düşünürəm ki, Azərbaycanın feminizm sahəsində də bəxti gətirməyib. Çünki bizim feministlər təəssüflə daha informasiyasız, qaragüruhçu feministləridr.
Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda feminist hərəkatına ehtiyac yoxdur. 8 mart bayramı sülhü, barışığı, mərhəməti özündə ehtiva edən bir bayramdır. Çox təəssüf ki, həmin gündə çıxıb Azərbaycana aidiyyəti olmayan şüarlar səsləndirirlər. Məsələn, şüarları var idi ki, “Qadın qətlləri siyasidir”. Bəs kişilərə qarşı cinayət nədir? Yəni bu nə baxış, yanaşma, düşüncədir? “Qadın haqlarını qoruyuruq” deyib, insan haqlarını unudurlar. Cinayətkarın cinsinin qadın və yaxud kişi olması fərqləndirilməməlidir. Belə bir anlayış yoxdur". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|