“Yaxşı olar ki, aprelin 1-nə qədər bu rejimdə qalaq" - deputat
Tarix: 16-03-2021, 08:56 | Çap et
Dünyada və onun bir parçası olan Azərbaycanda COVİD-19 virusu ilə mübarizə davam edir. Bu pandemiyaya qarşı bir neçə şirkət tərəfindən vaksin hazırlansa da, vaksinasiya prosesi böyük sürətlə davam etsə də, yoluxma sayında artım davam edir.
Hələ ki covidə qarşı dərman hazırlanmayıb. Lakin müxtəlif müalicə metodları sayəsində indiyə qədər dünyada 97 milyon 24 min 311 nəfər yoluxan sağala bilib. Bu, rəsmi rəqəmlər əsasında müəyyənləşən saydır. Təbii ki, qeyri-rəsmi rəqəmlər daha çoxdur.
Ümumilikdə isə biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 120 milyon 478 min 621 nəfərdir. İndiyədək koronavirusdan 2 milyon 666 min 621 nəfər dünyasını dəyişib.
Onu da qeyd edək ki, hələ koronavirus dünyada geniş yayılmadan öncə bir çox mütəxəssislər hesab edirdilər ki, bu virusdan ümumi ölənlər 3 milyondan bir qədər artıq olacaq. Həmin vaxt proqnozlara kimsə inanmırdı, lakin hazırda 3 milyona ciddi say qalmayıb...
Proqnozlara görə, koronavirusun yayılması bu il ərzində davam edəcək. Lakin il sonuna doğru artıq xeyli adam vaksinasiyada iştirak edəcəyi üçün virusu idarə etmək asanlaşacaq.
Azərbaycanı nə gözləyir?
Azərbaycanda hazırda koronavirusa yoluxma sayı ötən həftələrlə müqayisədə artıb. Artıq növbəti həftədən bayram günləri başlayır. Qeyri-iş günləri ilə bağlı xaricə, rayonlara səfər etməyi planlayanlar var. Təkcə Azərbaycanda deyil, dünyada da insanlar sərt karantindən, qapalı şəraitdən beziblər. Lakin başqa çıxış yolu da yoxdur. Sosial məsafə azaldıqca, yoluxma artır...
Məlum olduğu kimi, dünyada koronavirusun Britaniya, Braziliya ştammı kimi yeni növləri yayılır. Bu ştamlar mütəxəssislərin sözlərinə görə, insandan-insana daha sürətlə keçir. Bəs xaricə gedənlər ölkəyə bu ştamları daşıya bilərlərmi?
“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, Azərbaycanda hazırda sözügedən ştamların yayılıb-yayılmadığı bəlli deyil:
“Kim deyə bilər ki, Azərbaycanda hazırda həmin ştamlar mövcud deyil? Bunu bilmək olmaz. Çünki bu istiqamətdə yoxlama, araşdırma aparılmayıb. Təbii ki, xaricə gedən varsa, ölkəyə yeni ştammların daşınması riski da mövcuddur. Ancaq indiki şəraitdə də Azərbaycanda epidemioloji vəziyyət yaxşı deyil. Pisləşmə müşahidə edilir. Əgər bu cür davam edərsə, bunun adını 3-cü dalğa qoymaq olar. Gedişat göstərir ki, artım davam edə bilər”.
Bəs Azərbaycanda birdən-birə nə üçün artım baş verdi?
Bir çox şəxslər hesab edirlər ki, ölkədə bu cür artımın baş verməsi insanların maskadan düzgün istifadə etməmələri, ictimai nəqliyyatda sıxlığın olması, iş yerlərinin açılması, ancaq nəqliyyatın bu yükü qaldıracaq səviyyədə çalışmaması ilə əlaqədardır. Elə professor da məsələ ilə bağlı oxşar fikirlər söylədi:
“Bu, ictimai nəqliyyatdakı sıxlıqla da bağlı ola bilər. İnsanlar məsafə saxlamırlar və ya saxlaya bilmirlər. Nəticədə virus yayılır, epidemioloji vəziyyət pisləşir. Düşünürəm ki, indiki vəziyyətdə metronun fəaliyyətə başlaması doğru olmaz. Əksinə, əgər belə davam edəcəksə, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki başqa yol qalmır”.
Adil Qeybulla bütün bunlara rəğmən hesab edir ki, bu ilin yay ayında virusa yoluxma xeyli azalacaq və vəziyyət idarəolunan hala gələcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə məsələ ilə bağlı bildirib ki, karantin rejimi ilə bağlı sərtləşmə və ya yumşalmaların olacağı barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir.
“Ölkədəki vəziyyətlə bağlı ən dolğun məlumatlar onlardadır. Mən müşahidəçi və vətəndaş olaraq subyektiv fikrimi söyləyə bilərəm. Yaxşı olar ki, aprelin 1-nə qədər bu rejimdə qalaq. Yəni yenidən karantin rejiminin sərtləşdirilməsinə gedilməsin. İnsanlarımız psixoloji gərginlik keçirir, həm də iqtisadiyyatı düşünməliyik. Təklif edirəm ki, bayram günlərini bu qaydada keçirək. Aprelin 1-dən isə yumşalmalara gedilə bilər”.
Komitə sədri hesab edir ki, indidən karantin rejiminin yumşaldılması tezdir: “Vaksinasiya tədbirləri davam edir. Səhiyyə işçisi olaraq insanlarımıza çağırış edirəm ki, peyvənd olunsunlar. Bu bəladan, çətinlikdən qurtulmaq üçün yeganə çıxış yolumuz budur. Əhalinin bir hissəsi vaksinasiya olunub, bir hissəsi olunmadıqda peyvəndin əhəmiyyəti, effekti də aşağı düşəcək. Aprelin 1-nə qədər vaksinasiya olunanların sayı bir qədər artar və yumşalmalara keçə bilərik”.
M.Quliyev eyni zamanda Novruz bayramı ilə əlaqədar vətəndaşlara çağırış edib:
“Bayram günləri ilə bağlı bütün vətəndaşlarımıza çağırış edirəm ki, karantin rejimini qorusunlar. Qəbir üstünə getmək, bayramlaşmaq kimi adətləri növbəti ilə saxlayaq, koronavirus bitsin, sonra edərik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|