"Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam" - QALMAQAL
Tarix: 16-04-2021, 08:53 | Çap et
Bu ilin fevral ayında 30-u professor olmaqla, 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər.
Müraciət edən ziyalılar qeyd edib ki, bundan əvvəl sonuncu dəfə fevral ayının 21-də edilən müraciətdən sonra mart ayının 17-də BŞİH və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri bizimlə paytaxtın Rəsulzadə küçəsində monitorinq keçirib. Lakin monitorinq zamanı aşkarlanan pozuntular aradan qaldırılmayıb.
Müraciətdən sitat: “Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib. ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, ”Azərbaycan Respublikasında dövlət dili haqqında" AR Qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışdılar. Məlum oldu ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər".
Müraciəti Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor Aida Qasımova, AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadə və “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlı imzalayıb.
“Yeni Müsavat” olaraq, məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) mövqeyinin öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, bir müddət bundan əvvəl müraciət edənlərlə birgə komissiya yaradılıb, reydlər keçirilib: “Bizə olunan müraciətlə bağlı görüş keçirilib və Reklam Agentliyinin də daxil olduğu birgə komissiya yaradılıb. Novruz bayramından sonra komissiya müraciət edən ziyalılarla birlikdə Bakının müəyyən küçələrində keçirilən reydlərdə olub. Reydlər zamanı ayrı-ayrı ticarət mərkəzlərinin rəhbərləri ilə söhbətlər də aparılıb”.
Bundan öncəki müraciətlərdə iştirak etmiş, BDU-nun professoru, filologiya elmləri doktoru, teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, ana dilində gedən bir sıra zərərli tendensiyaların qarşısının alınması üçün ziyalıların, jurnalistlərin apardığı işlər çox müsbət haldır: “Ona görə ki, bütün hallarda dil psixoloji, sosial baxımdan bir toplumun səsidir, onun varlığının ifadəçisidir. Bu baxımdan dil nöqsanları ilə bağlı istər televiziya-radiolarda, istərsə də xəbər saytlarında özünü göstərən dil nöqsanlarına kəskin reaksiyaların verilməsini çox normal qarşılayıram.
O ki qaldı Bakı küçələrində reklam və elanların yad dillərdə çoxalması, bunun özü də artıq bir neçə ildir ki, bariz şəkildə özünü göstərir. Ona görə də ziyalılar həm Bakı Şəhər İcra Hakimiyyətinə, eyni zamanda Dövlət Reklam Agentliyinə müraciət etdilər. Bakı Şəhər İcra Hakimiyyəti ilk müraciətin ardından ziyalıları dəvət etdi, görüş keçirdi. Həmin görüşdə mən də iştirak etmişdim. Deyim ki, çox səmərəli və ümidverici söhbətlər oldu. Fikrimcə, Bakı Şəhər İcra Hakimiyyəti ilə həmin dialoqu davam etdirmək lazımdır. Çünki həmin nöqsanlar birbaşa şəhər idarəçiliyi, reklamların idarə olunması, bu iş üzrə ixtisaslaşmış Reklam Agentliyi ilə bağlıdır. Fikrimcə, Reklam Agentliyinin də ciddi arqumentləri var ki, niyə bu reklamlar əcnəbi dillərdə yazılır. Bildiyiniz kimi, brendlər, beynəlxalq biznes şirkətlərinin adları, ticarət mərkəzlərinin öz istəkləri var və sairə. Düşünürəm ki, onlarla bir ortaq məxrəcə gəlmək mümkündür ki, həmin adlar həm xarici dildə, həm də ondan heç də ölçü etibarı ilə kiçik olmayan Azərbaycan dilində də yazılsın. Bəzən hansısa şirkətin önündən keçəndə görürük ki, orada ingilis dilində bir lövhə görürük. İngilis dilini anlayan onu başa düşür, amma hansısa şəhər sakini həmin sözün tərcüməsini bilmək istəyərsə, gərək yanında lüğət gəzdirsin. Bu baxımdan dövlət dili haqqında qanunun tələblərinə əməl olunmalıdır".
Qulu Məhərrəmli qeyd edib ki, bu cür məsələlərdə intensiv, çoxlu sayda şikayətlərin olunmasının tərəfdarı deyil: “Şəxsən mən konstruktiv bir dialoqdan hər hansı bir nəticəni əldə etməyin tərəfdarıyam. Ona görə də hesab edirəm ki, bizim ziyalıların dövlət qurumları ilə dialoqu davam etməlidir. Çünki ana dili onlar üçün də milli sərvətdir. Ona görə də bu məsələdə həm dövlət qurumlarının, həm də cəmiyyətin ortaq məxrəcə gəlməsi çox önəmlidir. Müstəqillik illərində dilin inkişafı, ana dilinin saflığının qorunması ilə bağlı 20-dən çox sənəd imzalanıb, həmçinin dil haqqında xüsusi qanun var. Ana dilinin qloballaşma şəraitində işlənməsi ilə bağlı dövlət proqramı mövcuddur. Sonuncusu 2018-ci ilin noyabrında ölkə Prezidentinin imzaladığı sərəncamdır. Həmin sərəncamda Azərbaycan dilinin yad təsirlərdən qorunması ilə bağlı xüsusi müddəalar var. Bu müddəalara əsaslanıb dilimizin keşiyində sayıq dayanmalı, siyasi mövqeyindən, ictimai düşüncəsindən asılı olmayaraq hər kəs ana dilinin statusuna hörmətlə yanaşmalı, birgə addımlar atmalıdır”.
Xatırladaq ki, ötən il də xeyli sayda ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə müraciətlər etmişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|