Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                 

“Dövlət qurumlarımız yeni mexanizm üzərində işləyir, böyük bir dönüş yaranacaq” - deputat
Tarix: 17-04-2021, 08:10 | Çap et
“Dövlət qurumlarımız yeni mexanizm üzərində işləyir, böyük bir dönüş yaranacaq”
Ölkədə sahibkarlığın inkişafı, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olan cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliyinin daha da artırılması, mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir.

Bəs, ölkəmizdə bu cür rəqabət qabiliyyətli investisiya mühitinin yaradılmasına nələr mane olur? Bu cür mühitin yaradılması üçün bizə nələr lazımdır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Rüfət Quliyev AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda bu istiqamətdə müsbət dönüş var: “Ölkə başçısı kiçik və orta sahibkarlığın inkişafı üçün böyük addımlar atır. Mən tez-tez sahibkarlarla görüşürəm, hətta CBC kanalında “Sahibkar Saatı” adlı verlişim də var. Həmin verlişdə də qeyd edirəm ki, sahibkarların əksəriyyəti bu məsələyə dair məlumatları əldə edə bilmir. Hansı dəyişikliklərin və güzəştlərin olduğu, dövlət orqanları tərəfindən hansı güzəştlərin edildiyi barədə məlumatsızdırlar. Orta sahibkarlıqdan danışmağımın səbəbi isə invesitsiya mühitinin daha çox kiçik və orta sahibkarlığın inkişafı üçün lazım olduğunu bildirməyimdir”.

Deputat bildirib ki, Azərbaycanda rəqabətqabiliyyətli investisiya mühitinin yaradılması məqsədilə “Rəqabət haqqında” Qanun qəbul olunması ilə bağlı gözləntilər var: “Milli Məclisdə bununla bağlı müzakirələr aparılır. Bu qanunun nə zaman Milli Məclisdə gündəmə çıxacağını isə deməyə çətinlik çəkirəm. Sözügedən məsələ millət vəkilləri arasında müzakirə olunur. İkincisi, investisiya mühitinə birbaşa təsir edən bank kreditləridir. Yuxarı faizli kreditlər sahibkarlara heç də kömək edə bilmir. Bu, dünyəvi prosesdir. Sahibkarların illik qazancı 10-12 faizdir. Əgər sahibkar 10-15 faizlə kredit götürürsə, sonra bu qədər krediti qaytara bilmir. Onlar gələcəkdə yeni toksit kreditlərə çevrilir. Əgər iş bu formada davam etsə, iki-üç ildən sonra dövlət bu məsələyə qarışıb bunu öz hesabı ilə tənzimləməyə başlayacaq. Həm maliyyə bloku, həm də iqtisadi blokumuzda böyük islahatlar aparılıb. Həmin blokların içərisində yeni paradiqmalar, siyasətlər, yeni təfəkkür var, yeni insanlar işləyir”.

“Biz banklara və maliyyə qurumlarına sual edəndə ki, niyə bank kreditlərinin faizi bu qədər yüksəkdir, onlar depozit faizlərinin yüksək olduğunu (10-11 faiz), insanların bundan faydalanaraq qazanc götürdüyünü deyirlər. Amma depozit faizlərini azaldıb diqqəti daha çox sahibkarlıq fəaliyyətinin inkişafı üçün kreditlərə ayırmaq lazımdır. Başqa maliyyə alətləri düşünmək lazımdır ki, insanlar lazım olmayan vəsaitlərini hansısa maliyyə qurumlarının nümayəndələrinə verib ordan qazanc əldə etsinlər. Bu, dünyanın bütün ölkələrində belədir. Depozit faizləri dünyanın bütün ölkələrində iki-üç faiz, maksimum dörd faizdir. Kredit faizləri də təxminən eynidir, yəni iki-beş faiz arası dəyişir. Bu göstəricilər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu cürdür. Bunun üzərində dövlət qurumlarımız işləyir və yeni mexanizm hazırlayıb təqdim edəcəklər. Böyük bir dönüş yaranacaq, investisiya mühitinə birbaşa müsbət təsir göstərəcək”, - deyə Quliyev vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, rəqabət qabiliyyətli investisiya mühitinin yaradılması üçün bir neçə bank lazımdır ki, onlar bilavasitə bu işlə məşğul olub, sahibkarlara tam dəstək verə bilsin: “Burada yalnız banklar deyil, qeyri-bank strukturları da bu işlə məşğul ola bilər. Təbii ki, onların xüsusi lisenziyaları da olacaq. Bu cür imkanlar yaradılanda rəqabət qabiliyyətli investisiya mühitinin yaradılmasına da imkanlar açılacaq. Bu, bazar iqtisadiyyatının əsas meyar və qanunlarından biridir. Tələbat yerində qalanda, təklif çox olanda bu, müsbət formada təsir edəcək”.
İqtisadçı ekspert Ruslan Atakişiyev isə AYNA-ya şərhində qeyd edib ki, ölkədə rəqabət qabiliyyətli investisiya mühitinin formalaşması üçün hələ bir sıra islahatların aparılmasına ehtiyac var: “Birincisi, Azərbaycanda rəqabət mədəniyyəti formalaşmalıdır. Ölkəmizin məhkəmə sistemində ədalətlilik prinsipi, şəffaflıq təmin olunmalıdır, bununla bağlı islahatlar aparılmalıdır. İkincisi, müəllif hüquqularının qorunması, təmin olunması, müəllif hüquqlarının pozulmasına qarşı effektiv mübarizə tədbirləri xarakterizə olunan normativ aktlar hazırlanıb tətbiq olunmalıdır. İnvestisiya mühitinə bağlı olan əmlakın əldə olunması, özününküləşdirilməsi və yaxud da özgəninkiləşdirilməsi prosedurlarının asanlaşdırılması, vəsaitlərin qoyulması-çıxarılması prosedurları və s. kimi məsələlərlə bağlı, eləcə də öhdəliklərin yerinə yetirilməsi və yetirilməməsinə görə cavabdehlik, rəqiblərin məlumatlarından istifadə edilməsi, təkrarlanması, bunlara qarşı mübarizə, demplinq prosesləri, demplinqə qarşı effektiv mübarizə alətləri və bunun kimi ümumi tədbirlər həyata keçirilməlidir”.

Ekspertin sözlərinə görə, bazar mexanizminin tam işlək proseslərə keçməkdə, xüsusilə də normativ aktların vaxtında və operativ hazır olması məsələləri, regionlarda ləngimələr, ayrı-ayrı məmurların baş verən proseslərə uyğun davranmaması səbəbindən ləngimələr, inhisarçılıq meyilləri investisiya mühitinin formalaşmasının qarşısını alır.

“Bütün bunlar həmin prosesin getməsinə maneələr yaradır. Bu cür mühitin yaradılması üçün zamana yox, iradəyə ehtiyacımız var. Düzdür, bu iradənin ortaya qoyulmasına başladılar, amma ayrı-ayrı məmurlara gəldikdə görürük ki, iradənin tam şəkildə həyata keçirilməsində məmurlarda yeni bir şəraitə uyğunlaşma qorxusu var. Həmin qorxu da bu prosesi ləngidir. Bizim artıq vaxtımız yoxdur. Biz, hətta buna çoxdan gecikmişik. Şərqi Avropa ölkələri sosializmdən çıxdıqdan sonra, iyirimi il bundan əvvəl artıq bu sistemdən çoxdan keçib. Bunun üçün sistem tamamilə dəyişdirilməlidir. Məmurun birini çıxarıb yerinə yenisini təyin etmək heç bir dəyişikliyə gətirib çıxarmır. Bu maneələr aradan tez bir zamanda qalxmalıdır, çünki biz onsuz da dünya bazarında baş verən rəqabət məsələlərində geridəyik”, - deyə Atakişiyev fikrini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Bu gün, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Bu gün, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Bu gün, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Bu gün, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Bu gün, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Bu gün, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Bu gün, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Bu gün, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Bu gün, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Bu gün, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Bu gün, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Bu gün, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Bu gün, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Bu gün, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Bu gün, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Bu gün, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Bu gün, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Bu gün, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Bu gün, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Bu gün, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Bu gün, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Bu gün, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Bu gün, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Bu gün, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru