"Nə isə, qurultay oldu, mən də Siyasi Şuranın üzvü seçildim..."
Tarix: 11-05-2021, 08:28 | Çap et
Ulu öndər Heydər Əliyev 98 il sonra eyni məhəbbət, eyni sevgi ilə anılır. Onun doğum günü Azərbaycanın varlığı ilə səciyyələndirilir. Ulu Öndərin Azərbaycana qayıdışından sonra yaşadığı ömür, apardığı mübarizə yolu xüsusilə işıqlı, cəsarətli cəngavərin həyatı ilə müqayisə olunur. Ölümün özünü belə yaşadan ulu öndərin doğum günü - 98 yaşı məhz uzun illərdən sonra zəfər qazanmış bir siyasətçi əzəməti ilə qeyd olunur. Ulu Öndərin Azərbaycana qayıdışından sonra gördüyü işlərə qısa nəzər salacağıq.
Bu yolda bələdçimiz fəlsəfə elmləri doktoru, professor, “91-lər”in fəal üzvü, Beynəlxalq Sülh Səfiri Əsədulla Qurbanovdur:
- Əsədulla müəllim, hər il mayın 10-da ulu öndərin doğum gününü qeyd edirik. Ulu Öndər anılır, onun ölkəmizin ictimai, siyasi, mədəni həyatındakı baxışları özünün simasında xarakterizə olunur. İstərdim ki, Ulu Öndərlə bağlı xatirələrinizi bizimlə bölüşəsiniz...
- Mənim Heydər Əliyev haqqında olan fikirlərim çox genişdir. Bu gün bir neçə detalı qeyd edəcəm. Əvvəla, onu deyim ki, məşhur “91-lər”dən biriyəm. Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayında iştirak eləmişəm. Bu məqsədlə 1992-ci il noyabrın 21-də Dram Teatrında əyləşmişdik. Hava çox soyuq idi. Heydər Əliyev rəyasət heyətində, kostyumda tək oturmuşdu. Mən teatrın direktorunu tanıyırdım, o da məşhur adam idi. Ona dedim ki, get bir vedrə köz tap, gətir kişinin ayaqlarının yanına qoy, üşüyür. Belə də etdi. Ondan soruşdu ki, səndən çıxmazdı, bunu sənə kim tövsiyə edib? O, barmağı ilə məni göstərdi. Ziya Bünyadov, Murtuz Ələsgərov, Səfiyar Musayev və başqaları ilə birinci sırada əyləşmişdim. Nə isə, qurultay oldu, mən də Siyasi Şuranın üzvü seçildim. Özü mənə bileti verdi, təbrik elədi.
- O qurultay, o məqam bugünümüz üçün hansı zəmin hazırladı?
- Ulu Öndər “91-lər” haqqında belə deyib: “91-lər” Yeni Azərbaycan Partiyasının “qızıl fondu”dur. Onlar çox vətənpərvər, qorxmaz, cəsarətli insanlardır. Bütün qapılar onların üzünə açıq olmalıdır”. 1993-cü ilin 5 iyununda mən partiyanın mərkəzi aparatında rəhmətlik Rəfael Allahverdiyevlə birgə oturub Naxçıvandan Ulu Öndərin göstərişini gözləyirdik. O vaxt Ulu Öndər Naxçıvanda Ali Sovetin sədri idi. Zəng gəldi və dərhal Rəfael dəstəyi götürdü.
- Eşidirəm sizi Heydər Əliyeviç.
- Rəfael, bilirsən də Gəncədə nə olub? (o, qiyamı nəzərdə tuturdu).
- Bilirəm.
- Qiyamın qarşısı alınmasa, bu müstəqillik, bu dövlət, bu millət yoxdur.
- Siz nə məsləhət görürsünüz, Heydər Əliyeviç.
- Respublikanın məşhur, şöhrətli ağsaqqallarını topla, get Əbülfəz Əliyevin yanına. Ona başa salın ki, Gəncə qiyamının qarşısı alınmalıdır. Rəfael, sənə bir tapşırığım da var. Professor Əsədulla Qurbanovu axtar tap, mənim adımdan ona de, getsin İmam Mustafayevin yanına. Onlar dostdurlar, yaxındırlar. Əsədulla Qurbanov ondan nə xahiş eləsə, yerə salmayacaq. Əsədulla Qurbanov onu da götürsün Əbülfəz Elçibəyin yanına getsin. Gəncə qiyamının qarşısını almaq üçün ondan istifadə eləsin. Əminəm ki, Mustafayev ora getsə, bu məsələ müsbət həll olunar.
Mustafayev o vaxt Ekologiya İnstitutunun direktoru idi. Getdim ora, gördüm yerində yoxdur. Onu soruşdum, dedilər həyətin o başında, xəstə yatır. Onunla görüşdüm, Mustafayev məndən soruşdu ki, nə əcəb səndən? Məsələni danışdım. O mənə dedi ki, axı mən sizin partiyanın üzvü deyiləm, ikincisi də görürsən ki, xəstəyəm, mənim üçün çətin olar. Dedim: İmam Daşdəmiroviç, sizin partiyanın üzvü olub-olmadığınızın bura dəxli yoxdur, amma sizin xəstəliyiniz məni çox narahat edir. Götürdüm “91-lər”dən Munis Bayramova zəng elədim. Hazırda Qaradağ rayonunda icra aparatında məsul işdə işləyir. Munis müəllimə dedim ki, get “Köhnə univermaq”ın yanında mağaza var, oradan moruq mürəbbəsi və digər şeyləri al gətir”.
O gələnə qədər mən kişinin paltarını dəyişdim, çay qoydum. O da gəldi, bir stəkan çay içdik, getdik prezident Əbülfəz Elçibəyin yanına, Allah ona da rəhmət eləsin. Gördük ki, komandası ilə bir yerdə kabinetdədir. Bizi yüksək səviyyədə qarşıladı. İçəri girəndə kabinet tüstü-duman idi. Mustafayev dedi:
- Əbülfəz, sən harada işləyirsən, bu nə vəziyyətdir?
- İman dayı, bu yoldaşların bəziləri mənim sözümə qulaq asmır, papirosu tüstülədirlər. Sonra o yoldaşların demək olar ki, hamısı çıxdı. Bir köməkçisi Seyfəddin Əhmədov, bir də Fazil Mustafa qaldı. Fazil Mustafa o vaxt onun hüquq şöbəsinin müdiri idi. Gəlişimizin məqsədini ona dedik. Orada Arif Rəhimzadə, Şeyx iştirak edirdilər. Dedi ki, Surət Hüseynov ipə-sapa yatmır, mənə də qulaq asmır, necə olacaq, bilmirəm. Bildirdim ki ki, onunla telefonla danışmaq lazımdır. Kim danışacaqdı, əlbəttə ki, İmam Mustafayev. Hökumət telefonu ilə Gəncəni qoşdular. Surət xəttə qoşuldu, səsi eşidən kimi ilk sözü bu oldu ki, “İmam Daşdəmiroviç sizsiniz? Siz gəlirsinizsə Gəncəyə, mən tabe”.
Beləliklə, Əbülfəz Elçibəy xüsusi sərəncam imzaladı, böyük komissiya yaradıldı. Komissiyanın sədri oldu İmam Mustafayev, müavin də oldum mən və başqaları. Ertəsi günü ayın 5-i, ya 6-da, Şeyxin “Limuzin”i vardı, onunla yola düşdük. Şamaxıya çatanda (bizim yolda texniki təchizatımıza keçmiş Nazirlər Sovetinin sədrinin birinci müavini Abbas Abbasovu təyin eləmişdilər) Mustafayev Abbasovu çağırıb dedi ki, biz onların təyin elədiyi marşrutla yox, mən dediyim marşrutla Gəncəyə gedərik. Səbəbini soruşduqda bildirdi ki, II Dünya Müharibəsində Goranboyun kəndində bir nəfər qəhrəmancasına həlak olub. Moskva onun sənədlərini, medallarını göndərib. Moskva xahiş edib ki, bunu mərhumun ailəsinə çatdırın. O da xeyli fikirləşəndən sonra respublikanın Həmidov adında bir hərbi komissarına tapşırır ki, medalları, məktubu mərhumun ailəsinə ver. O vaxt hərbi komissarın sürücüsü erməni olub, Goranboya dönəndə yolda qəza törədib, Həmidov orada ölüb, sürücü qaçıb. O hadisə bunun yadında idi. Bu səbəbdən deyirdi ki, o yolla getməyək, mənim dediyim yolla gedək. Həmin vaxt Mustafayev Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi idi.
Biz Gəncəyə gedib bütün lazım olan tədbirləri görüb qayıtdıq. Hamımız Əbülfəz Elçibəyin yanına yığışdıq, məruzə elədik. Orada Əbülfəz Elçibəy mənə dedi ki, qoy bu insanlar getsinlər Milli Məclisə məlumat verməyə, siz qalın, mənim sizdən xahişim var. Mən qaldım. Soruşdum ki, möhtərəm Prezident, nə idi sizin xahişiniz? Dedi: siz mənə iki dəfə yaxşılıq eləmisiniz, üçüncüyə mənim ehtiyacım var.
O, 1974-cü ildə həbsdən azad olunanda mən onu aparmışam Balakənin Katex kəndinə, orada xeyli saxlamışam. Sonra Əbülfəz Elçibəy işsiz-gücsüz bir adam idi, Əlyazmalar İnstitununun direktoru var idi, professor Cahangir Qəhrəmanov, xahiş elədim onu işə götürdü. Əbülfəzdən soruşdum:
- Sən indi nə istəyirsən?
- Mənə kömək elə, Surət işləməyə imkan vermir.
- Cənab Prezident, yeganə yol Naxçıvandır, Heydər Əliyevdir. Başqa yol yoxdur, onu dəvət elə gəlsin.
- Axı bir məsələyə görə məndən inciyib, telefonumu da götürmür.
Onun köməkçisinin adı Seyfəddin Əhmədov idi. Dedim: Seyfəddin, dövlət xətti ilə Naxçıvanı qoş. Əlaqə yaradıldı. Xəttə Ulu Öndər idi. Əbülfəz Ulu Öndərin əhvalını soruşandan sonra dedi: Mən sizi xalqın adından, öz adımdan, “91-lər” adından Bakıya ən ali siyasi vəzifəyə dəvət edirəm. Bu sözü dedi. Bu 1993-cü ilin 8 iyununda olub. Ulu Öndər soruşdu ki, “Əbülfəz, sən əvvəl belə danışmırdın, sənin yanında kimsə var?”.
-Bəli, var.
-Kimdir?
- Əsədulla Qurbanov.
- Dəstəyi ona ver.
Verdi. Məndən soruşdu ki, Gəncəyə necə getdiniz, necə gəldiniz, nə iş gördünüz? Mən məruzə elədim. Sonra məndən “Əbülfəzə indi inanmaq olarmı?” deyə soruşdu. Dedim olar, bütün səhvlərini başa düşür.Ulu Öndər iyunun 9-u Bakıya gəldi, 13-ü özü getdi Gəncəyə, orada lazım olan işləri gördü. 1993-cü il 15 iyunda da Ali Sovetin sədri, sonra da Prezident seçildi.
- Heydər Əliyevin bu qayıdışı prosesində siz də birbaşa iştirak etmisiniz. Bu qayıdış Azərbaycanı nədən xilas etdi?
- Bu qayıdış Azərbaycanı qarşıdurmadan, vətəndaş müharibəsindən, qiyamdan xilas etdi. Heydər Əliyev Azərbaycan dövlətini, millətini xilas etdi.
1994-cü ilin 4 oktyabrında xarici qüvvələrin iştirakı ilə bəzi qara qüvvələr tərəfindən çevrilişə cəhdlər edildi. Heydər Əliyevi devirmək istəyirdilər. Onun qarşısının alnmasında rəhmətlik Səfiyar Musayevlə mən fəal iştirak eləmişik.
1995-ci ilin OMON hadisələri var idi. Onların qərargahı 8-ci Kilometrdə yerləşirdi. Mən də orada yaşayırdım və indi də orada yaşayıram. Hər gün işə gedib-gələndə oradakı vəziyyəti görürdüm. Qərara gəldim ki, gedim OMON-un rəhbərləri ilə görüşüm və israrla xahiş edim ki, ağ bayrağı qaldırın, qaldırmasanız nəticəsi yaxşı olmayacaq. Getdim, gördüm qapıda gözətçi var. Özümü təqdim etməzdən əvvəl qapıda duran gözətçiyə dedim ki, icazə verin, prokurorla görüşüm. Prokurorun qardaşı daxili işlər nazirinin müavini idi. Nəhayət, prokuror Mahir Cavadovla görüşdüm:
- Ağ bayraq qaldırın.
- Sizdən əvvəl mənim atam gəlmişdi, o da mənə məsləhət gördü ki, ağ bayraq qaldırım.
- Çox nahaq, atanız ağsaqqal, müdrik adam idi, gərək sözünə qulaq asaydın.
- Asmadıq, öldü var, döndü yoxdur.
- Ölməyə tələsməyin, dönməyə tələsin.
Nə isə, gecə o hadisə oldu, Rövşən Cavadov yaralandı, həlak oldu.
Ulu Öndərin hakimiyyətə qayıtması, Azərbaycanı, azərbaycançılıq, müstəqil Azərbaycan ideologiyasını qorudu.
- Ulu Öndər hər zaman çıxışlarında torpaqların işğaldan azad olunacağına inandığını və hər zaman Azərbaycanı, torpaqlarımızı azad görmək üçün dualar etdiyini deyir. Onun bu irsi necə öyrənilir?
- Mən Bakı Dövlət Universitetində İslamşünaslıq elmi-tədqiqat mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, BMT-nin sülh səfiri, Ankara Söz Akademiyasının üzvüyəm. 2000-ci ildə ulu öndər mənə tərəqqi ordeni verib. 2019-cu ildə də universitetin 100 illiyi münasibətilə özünün fəxri diplomu verilib. Ulu Öndərin işıqlı, nurlu ideyaları, onun xarici, daxili siyasətinin öyrənilməsi hər zaman gündəmdədir. Əslində, onun irsi Azərbaycan xalqını xoşbəxtliyə aparan yoldur. Mənim yadımdadır, o, İlham müəllim haqında dedi ki, mən ona özüm qədər inanıram.
Ulu Öndər haqqında çox yazılar yazmışam. Ali məktəblərdə, xüsusən Bakı Dövlət Universitetində ulu öndərin ideya, nəzəri irsini hər bir tələbəyə, hər bir dinləyiciyə çatdırmaq üçün əlimdən gələni edirəm. Bir epizod deyim: universitetə ABŞ-ın milli məsələlər üzrə köməkçisi Zibiqnev Kazimeş Bjezinski gəlmişdi, o mühazirə ilə çıxış etdi. Sonra 50 illik yubleyi ilə əlaqədar ulu öndər özü gəldi, Azərbaycan dilində mühazirə oxudu. Hər ikisini dinlədim və belə qənaətə gəldim ki, ulu öndər dünya şöhrətli ideya-nəzəri irsi dövlət xadimi kimi Bjezinskidən çox-çox irəlidədir. Fəxr edirəm ki, Azərbaycanın belə şanlı oğlu var. O, ölməzdir, əbədi yaşardır. Nə qədər ki, Azərbaycan var, Ulu Öndər də yaşayacaq.
- Ulu Öndər beynəlxalq təsirlərin bizim qarşımızda qoyduğu o baryerləri necə aşdı?
- 1994-cü ilin yay ayında xarici dövlətlərin birinci şəxsləri gəldi və neft kontraktlarına imza atıldı. Beynəlxalq miqyaslı tədbirdə Ulu Öndərin səyləri Azərbaycan dövlətçiliyini, maddi və mədəni sərvətlərimizi dünyaya tanıtdı. Onun ABŞ Prezidenti Klintonla yanaşı durub fikir söyləməsi təsadüfi deyil. Ulu Öndərin xidmətləri Azərbaycanın dünəni, bu günü, sabahı, gələcəyi üçün misilsizdir, danılmazdır. Var olsun İlham Əliyev ki, onun ideya nəzəri irsini çox uğurla yerinə yetirir. Bunun nəticəsidir ki, 30 il erməni faşizmi ilə mübarizəyə 44 günlük müharibə sayəsində qalib gəldi. Ulu Öndərin ideyalarının perspektivləri danılmazdır, misilsizdir.
- Ulu Öndər haqqında danışdıqca tükənməz. “Prezident İlham Əliyevin Zəngəzurla bağlı addımları ulu öndərin qoyduğu yol xəritəsinin davamıdır” deyə bilərikmi?
- Bunu cəsarətlə, çəkinmədən deyə bilərik. Ulu öndər o vaxt da Zəngəzur məsələsini qaldırmışdı. 7 rayonun işğaldan azad olunması məsələsində də ulu öndərin xidmətləri misilsizdir. Zəngəzur məsələsinə də bilavasitə toxunmuşdu. Bu yaxınlarda yenə də televiziya vasitəsi ilə izlədim ki, Zəngəzurla bağlı Ulu Öndər çox qiymətli perspektivli fikirlər söyləyib. Güman edirəm ki, möhtərəm Prezidentimiz Ulu Öndərin Zəngəzurla bağlı olan tövsiyələrinə çox diqqətlə qulaq asır və onu əməli surətdə yerinə yetirir. Zəngəzur da bizim olacaq, Zəngəzur da müsbət həll olunacaq. Mən buna əminəm.
Mən Ulu Öndərlə bir yerdə Həcc ziyarətində olmuşam. Möhtərəm Prezidentimiz də 4 dəfə Həcc ziyarətində olub. Oradan gətirdiyi o Müqəddəs Qurani-Kərimi Mehriban xanım, Leyla xanımla birlikdə erməni vandalları tərəfindən dağıdılmış Məscidə qoydu. Əminəm ki, Şuşa təkcə Azərbaycanın, Qarabağın rəmzi deyil, bütün dünyanın mədəniyyət mərkəzi olmağa layiqdir. Prezident dedi ki, biz Şuşanı dirçəldəcəyik, Şuşa azaddır! Şuşada artıq Xan qızının, Bülbülün, Üzeyir bəyin, arzuları çin olacaq. Ermənilər tərəfindən güllələnmiş Üzeyirin, Natavanın, Bülbülün büstlərini pulla geri alıb bərpa elədik, yenidən Şuşaya gətirdik. Planetimiz şad olmalıdır ki, Şərqdə operanın banısı olan Üzeyirin, dünya şöhrətli Bülbül, Xan qızı Natavanın şöhrəti Şuşanın timsalında yaşayacaq. Şuşa nə qədər varsa, dahi şəxsiyyətlər də öz ruhları ilə Azərbaycana xidmət edəcəklər. Tam məsuliyyətimlə deyirəm ki, bu gün Ulu Öndərin də ruhu şaddır ki, biz Şuşaya qayıtdıq. Qarabağ problemi həll olundu. Qarabağ Azərbaycandır!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
|