“Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər” - NƏ ETMƏLİ?
Tarix: 9-06-2021, 08:25 | Çap et
Qarabağ müharibəsindən sonra əsas diqqətin ermənilərin Ermənistana yeganə çıxış yolu olan Laçın dəhlizinə yönələcəyi gözlənilən idi. Ermənilərin bu koridor vasitəsilə Qarabağa qaytarılmasından sonra Azərbaycanın buraya birgə nəzarəti gündəmə gəlməli idi. Həm də o səbəbdən ki, Qarabağa hələ də separatçı əhval-ruhiyyəli adamlar gəlirlər, son olaraq II Qareginin Xankəndinə səfəri buna sübutdur.
Üstəlik, Laçın yolunda Şuşanın bir neçə kəndi də var ki, onlarda ermənilərin mülki əhalini məskunlaşdırmaq planı var. 10 noyabr razılaşmasında 3 il müddətinə Ermənistana alternativ yol çəkilməsi də əksini tapıb. Bəyanatın 6-cı bəndində deyilir ki, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). “Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitənin təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”. Bu yol işə salındıqdan sonra Laçın şəhəri də daxil olmaqla, Şuşayadək olan təxminən 60 kilometrlik yol Azərbaycanın tam nəzarətinə keçməlidir. Amma razılaşmadan keçən müddət ərzində yeni yolla bağlı hər hansı informasiyaya rast gəlinmir. Laçın koridorunu bağlamaq, əhalini məskunlaşdırmaq üçün həmin alternativ yol mühümdür, bəlkə də tezləşdirilməsi lazımdır. Laçın dəhlizini bağlamaq barədə Bakıdan səslənən bəyanatlar Ermənistana təsir edəcəkmi? Qarabağın açarı-Laçın dəhlizini bağlamaq, yoxsa alternativ yolun tikintisini sürətləndirmək?
Keçmiş Laçın alayının komandiri Arif Paşa “Yeni Müsavat”a bildirdi ki, Laçın dəhlizini bağlamaq və separatçılara əlavə heç bir dəhliz verməmək lazımdır. Ermənilərə ancaq bu yolla təsir edə bilərik. Laçınla Şuşanı birləşdirən yolun üstündə bir neçə kənd var ki, hələ də orada ermənilər var. Hansı ki, həmin kəndlər terror yuvasıdır. İlk növbədə bu kəndlər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına alınmalıdır: “İkincisi, əgər hətta Laçın ərazisindən ikinci yol açılacaqsa və həmin dəhliz də rus sülhməramlılarının nəzarəti altında olacaqsa, nə fərqi var, Xankəndinə silahı, terrorçuları ya hazırkı dəhlizlə daşıdılar, ya da yeni dəhlizlə? Yeni çəkiləcək dəhlizin eninin 5 kilometr olması nəzərdə tutulub. Həmin yola bizim praktiki nəzarət imkanlarımız olmayacaqsa, daha pis. Hazırkı dəhlizin yeni açılacaq dəhlizlə əvəz edilməsinin yeganə müsbət tərəfi o ola bilər ki, Laçın rayonunun mərkəzi və bir çox kəndlərində bu halda laçınlılar yerləşə biləcəklər.
Bu gün faktiki olaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarına nə Ermənistan, nə də Rusiya əməl edir. Xankəndində, Ağdərədə, Xocavəndin mərkəzində, Xocalıda, Əsgəranda və bir sıra kəndlərdə hələ də Ermənistan silahlı qüvvələrinə aid 20 minə yaxın silahlı qalır. Xankəndində separatçı rejim hərbi çağırış həyata keçirir. Onlar sülhdən danışmırlar, açıq bəyan edirlər ki, Azərbaycanın tərkibində olmaqdan söhbət gedə bilməz. Rusiya sülhməramlıları da bütün bunlara şərait yaradır.
Ermənilərə xüsusi dəhliz verilməməlidir. Onlara bəyan edilməlidir ki, kim Azərbaycan vətəndaşlığını, ərazi bütövlüyünü tanıyırsa, bütün vətəndaşlarımıza aid olan hüquqlar onlara da aid olacaq. Ermənistana isə Azərbaycan vətəndaşı olaraq sərhəd və gömrük buraxılış məntəqələrindən keçib gedə və geri qayıda bilərlər".
A.Paşa qeyd etdi ki, indiki halda isə Laçına ancaq Ermənistan pasportu daşıyan şəxslər buraxılır, onlara sərbəst hərəkət etmək ixtiyarı verilir: “Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər. Laçın dəhlizini bağlamaq barədə bəyanatlar Ermənistana təsir etmir. Bəyanatdan real işə keçməliyik, dəhliz bağlanmalıdır və ya Azərbaycanın müvafiq orqanlarının, silahlı qüvvələrinin nəzarəti altında fəaliyyət göstərməlidir. Ancaq bu yolla Ermənistana təsir göstərmək mümkündür. Bu gün isə Laçın dəhlizi separatçıların istifadəsindədir və oradan istədikləri kimi istifadə edirlər. 10 noyabr üçtərəfli bəyanatı Ermənistan tərəfindən çoxdan pozulub. Ona görə də Azərbaycan antiterror əməliyyatı başlamalıdır və dəhliz də nəzarətimizə alınmalıdır”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Laçın koridoru Azərbaycan üçün təhlükə mənbəyidir. Əvvəldən həmin yolun rusların təkbaşına nəzarətinə verilməsi ilə razılaşmamalı idik. İndi həmin yol ermənilərin silahlı və ideoloji təxribat, terror yoluna çevrilib. Oradan Xankəndinə həm silah daşınır, həm də terrorçu qruplar gətirilir: “Həmçinin keşiş Qaregin də daxil ideoloji təxribatçılar regiona daxil olur. Erməni keşişləri, kilsəsi həmişə terror təbliğatçıları, yuvası olublar. İndi Qaregin də gəlib Dağlıq Qarabağdakı erməniləri yeni terror hərəkətlərinə təşviq edir, ”arsax"ın bərpa olunmasından" danışır. Azərbaycan bu keşiş donu geyinmiş terrorçunun oraya gəlməsinə imkan verməməli idi. Bütün bu təhlükəli hadisələrə, ermənilərin meydan sulamasına görə Rusiya məsuliyyət daşıyır. Rusiya bütün razılaşmaları pozur. Ona görə də rus sülhməramlıları deyilən, əslində erməniləri himayə edən hərbi kontingent dərhal regiondan çıxarılmalıdır, Azərbaycan Türkiyənin dəstəyi ilə nəzarəti öz üzərinə götürməlidir. Rusiyadan çəkinməyə ehtiyac yoxdur, onların sülhməramlılarına da ehtiyacımız yoxdu. Biz öz qüvvəmizlə 10 noyabr və 11 yanvar razılaşmasına uyğun olaraq prosesləri həyata keçirə bilərik. Rusiya prezidentinin və Ermənistan baş nazirinin bizimlə birlikdə imzaladığı həmin sənədlərə görə, bütün ərazilərdə, o cümlədən Xankəndində Azərbaycan hakimiyyəti bərpa olunmalıdır. Rusiya və Ermənistan rəhbərləri Azərbaycanın bu haqqını öz imzaları ilə tanıyıblar. Ona görə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyi kimi, bu üçtərəfli sənədi də həyata keçirməlidir. Rusiyanın və ya Ermənistanın əlavə razılığını soruşmağa ehtiyac yoxdur. Azərbaycan Laçın koridoru deyilən ərazini tam nəzarətə götürməli, ehtiyac görərsə, bundan sonra əlavə yol çəkməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|