"Fransa yoxsa yenə Ermənistana tərəfkeşlik etmək, turist səfərləri etmək istəyir?" - deputat
Tarix: 11-02-2022, 08:42 | Çap et
Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın videoformatda görüşü keçirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də qatıldığı görüşdə Brüssel gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb. İki ölkə arasında humanitar məsələlər, etimad quruculuğu, mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər gündəmə daşınıb. Müzakirələrdə “Dağlıq Qarabağ münaqişəsi” qeydi olmayıb, ümumiyyətlə, Qarabağın adı çəkilməyib. Bu, o deməkdir ki, Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb. Deməli, Fransa postmünaqişə dövrü gerçəkliyini qəbul etmək yolundadır və bu gerçəkliyə hər hansı ad altında müqavimət göstərmək iqtidarında deyil.
Fransa prezidenti bu gerçəyi Moskvada Vladmir Putinlə görüşündə də anladı. Gözlənildiyi kimi, Putin Makronla görüşdə Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə edib. Belə ki, öz çıxışında Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirən Rusiya dövlət başçısı bildirib ki, Minsk Qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar. Bununla da Putin ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri olan Fransaya, eləcə də Amerikaya bildirmiş oldu ki, Qarabağda bir vasitəçi var, ola bilər, o da Rusiyadır. Putinin “Minsk Qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar” sözləri isə tamamilə Prezident İlham Əliyevin fikirləridir, desək, yanılmarıq. 44 günlük müharibə ilə 30 illik işğala son qoyulduğu üçün hər hansı bir münaqişənin söhbət mövzusu olmadığını az qala hər çıxışında qeyd edən Azərbaycan Prezidenti bununla da Minsk Qrupunun “münaqişənin həlli” ilə bağlı regionda hər hansı bir məsələdə iştirakının da artıq mümkünsüz olduğu, geridə qalan illər ərzində “missiyalarının” öhdəsindən gələ bilmədikləri barədə dediklərinin təsdiqi idi. Putin bu açıqlaması ilə 10 noyabr üçtərəfli bəyanatından sonra Minsk Qrupunun fəaliyyətinin formal xarakter daşıdığına işarə edib. Kreml sahibi eyni zamanda Qərbə bir daha xatırlatmış oldu ki, artıq “Qarabağ münaqişəsi”, “Dağlıq Qarabağ problemi” deyilən bir şey qalmayıb, ona görə Minsk Qrupu regionda iştirak etmək istəyirsə, burada yalnız humanitar və sosial-iqtisadi problemlərin həlli istiqamətində fəaliyyətdən söhbət gedə bilər. Fransa bu gerçəyi qəbul etmək və Azərbaycanla, Qarabağla bağlı siyasi münasibətlərində ciddi korrektələr etməlidir. Rəsmi Parisin 44 günlük savaş dönəmində tutduğu anormal mövqeni təbii ki, unuda bilmərik. Azərbaycan dövlət başçısının qətiyyətli mövqeyi Fransanı ermənipərəst mövqeyindən geri çəkilməyə vadar etdi. Ancaq sonrakı dönəmlərdə, elə ötən ilin sonlarında Fransa prezidentliyinə namizədlərdən birinin Qarabağa qanunsuz səfəri və rəsmi Parisin bu təxribata adekvat reaksiya verməməsi də əlaqələrə kölgə salan addımlardan idi. Ancaq rəsmi Bakının qətiyyətli mövqeyi və prinsiplərindən geri çəkilməməsi sonda öz sözünü deməkdədir. Üstəlik, Fransanın Aİ rəhbərliyində təmsilçiliyi ona Azərbaycanla münasibətdə “Ermənistanın böyük bacısı” statunda çıxış etməyə imkan vermir, əks halda, Bakı-Aİ münasibətlərinə xələl gələ bilər.
DİA.AZ-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, artıq dünyanın əksər ölkələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallığı qəbul ediblər: “Zaman-zaman Fransa Ermənistanın xeyrinə bir sıra addımlar atmağa cəhd etsə də hər dəfə bu addımlar uğursuzluğa düçar olur. Son görüşlərdə də Fransaya bir daha izah olundu ki, artıq geri dönüş yoxdur. Fransa da Azərbaycanın yaratdığı reallıqla barışmalıdır. Fransa son görüşlərə kimi Avropa İttifaqına sədrlik edən ölkə kimi nəyəsə nail olacağını düşünürdü. Ancaq baş verənlər göstərdi ki, bütün cəhdlər əbəsdir. Artıq Dağlıq Qarabağ münaqişəsi termini tarixin arxivinə qovuşub”. ATƏT-ə gəldikdə isə, C.Məmmədov hesab edir ki, bu qurum yalnız humanitar və sosial-iqtisadi problemlərin həlli istiqamətində prosesə töhfə verə bilər: “30 il o dövrdəki münaqişəyə töhfə verə bilməyən qurum bu gündən sonra hansı ”yeni" töhfəni vermək istəyir. Yoxsa yenə Ermənistana tərəfkeşlik etmək, turist səfərləri etmək istəyir? Artıq həmin dövr bitib. ATƏT yalnız yuxarıda qeyd olunan istiqamətdə fəaliyyətini davam etdirə bilər. Prosesə yenidən başlamaq yox, Azərbaycanın yaratdığı reallığın qəbul olunması istiqamətində səylər davam etdirilməlidir. Azərbaycan bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Bu ideologiyanın daha böyük planları var idi. Ancaq Azərbaycan öz gücünə məsələni həll etdi".
Belə olan təqdirdə, hansı qənaətə gəlmək olar: Fransadakı növbəti prezident seçkilərindən sonra vəziyyət Azərbaycanın əleyhinə dəyişə bilərmi? C.Məmmədov: “Hesab edirəm kimin prezident seçilməsindən asılı olmayaraq, diasporanın fəaliyyətini nəzərə alsaq, bu dəstək hər zaman olacaq. Ancaq bu, Azərbaycanın yaratdığı yeni reallığı dəyişə bilməyəcək. Müəyyən cəhdlər və təzyiqlər olsa da Azərbaycan məqsədlərinə doğru qətiyyətlə addımlamağa davam edəcək. Nə Ermənistan, nə də Fransa boş yerə vaxt itirməsinlər. Əməkdaşlıq və sülh müqaviləsinin imzalanması barədə düşünsünlər”.
QAT sədri Akif Nağı da mövcud situasiyadan məmnundur: “Azərbaycan rəhbərliyi konkret reallıqdan çıxış edərək , mövqe sərgiləyir. Eyni zamanda hansı dövlətlə necə danışmağın da yolunu artıq tapmışıq. Ən əsası isə odur ki, heç bir dövlət və ya beynəlxalq qurum bizimlə diktat dilində danışa bilmir. İran, Fransa belə cəhdlərdə bulundular, istədikləri nəticəni almadıqlarına, sərt təpki gördüklərinə görə ”yumşaldılar". Hətta ABŞ da əvvəl-əvvəl sərt şəkildə “status məsələsi”ni qoyurdu, indi artıq o, məsələnin üstündən sükutla keçməyə üstünlük verir. Məncə, Brüssel görüşü bir çox məsələlərə aydınlıq gətirdi. Orada heç bir “həll” məsələsi müzakirə olunmadı, nəqliyyat, yol, sülh müqaviləsi, sərhədlərin delimitasiyası kimi məsələlərdən danışıldı. Bunlarla bağlı isə Azərbaycanın mövqeyi əsas götürüldü". A.Nağının sözlərinə görə, Ermənistanın baş naziri Paşinyanın ölkə parlamentindəki son çıxışı da göstərir ki, ermənilər bütün məsələlərdə yumşalma yolunu tutublar: “Rusiya prezidentinin sözləri də təsadüfi deyil, həm öz istəklərini dilə gətirir, həm də Azərbaycanın mövqeyi ilə hesablaşdığını göstərir. Bu, həm də Azərbaycan, Türkiyə, Rusiyanın birgə fəaliyyətindən, vacib məsələlərdə əməkdaşlıqlarından xəbər verir. Bu üç ölkənin regionla bağlı razılaşdığı istənilən məsələ digər dövlətlər tərəfindən də qəbul edilir. Bu, artıq ciddi bir normaya çevrilməkdədir”.
QAT sədri də Fransadakı seçkilərdən sonra vəziyyətin indikindən fərqli olmayacağını düşünür: “Əlbəttə, vəziyyət dəyişməyəcək. Bu reallığı hamı qəbul edir. Böyük ehtimalla, Makron yerində qalacaq. Onun elə də ciddi rəqibləri yoxdur. Hətta başqası seçilsə də, Azərbaycanın mövqeyi ilə hesablaşmalı olacaq”.
Politoloq İlyas Hüseynov da hesab edir ki, fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın videoformatda keçirilmiş görüşü regionda sülh quruculuğu baxımından çox önəmli idi: “Bununla yanaşı, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də görüşə qatılmışdı. Keçirilmiş görüşdə humanitar məsələlər, etimad quruculuğu, mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər danışıqlar predmetinə çevrilmişdi. Şarl Mişelin 2021-ci ilin yayında regiona səfəri zamanı da bir sıra önəmli məsələlər müzakirə olunmuşdu. Nəzərə almaq lazımdır ki, Fransa prezidenti Emmanuel Makron dördtərəfli görüşə ATƏT-in Minsk Qrupunun həmsədri kimi yox, Avropa İttifaqında sədrliyi həyata keçirən dövlətin başçısı kimi qatılmışdı. Moskva, Soçi və Brüssel görüşündən sonra 4 fevral görüşü siyasi dialoqun davam etdirilməsi, tərəflər arasında etimad atmosferinin gücləndirilməsi nöqteyi-nəzərindən də mühüm əhəmiyyət kəsb edirdi”. İ.Hüseynov qeyd etdi ki, Ukrayna ətrafında yaranan böhranın aradan qaldırılmasını hədəfləyən Putin-Makron görüşündə də Cənubi Qafqazda baş verən proseslərin müzakirə olunduğunun şahidi olduq: “Müşahidələrimiz bunu göstərir ki, Fransa tərəfi postmünaqişə dövrünün gerçəkliyini qəbul etməkdədir. Fransa prezidenti Makron bu reallığı Moskvada Rusiyanın prezidenti Vladmir Putinlə görüşdə bir daha anladı. Digər tərəfdən, qeyd edək ki, Qarabağla bağlı Putin-Makron təmasları tez-tez keçirilib. Hətta hər hansısa ”yol xəritəsi" ilə bağlı fikirlər də mövcuddur. Putin-Makron görüşündə Rusiyanın dövlət başçısı Putinin "Minsk Qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdır" tezisi ilə rəsmi Bakının mövqeyi üst-üstə düşür". Ekspert hesab edir ki, artıq fundamental problemlər ATƏT-in Minsk Qrupunun inhisarından kənarda qalıb və bu, yeni reallıqdır: “Bu reallığı 10 noyabr bəyanatı da nümayiş etdirir. ATƏT-in Minsk Qrupu öz funksiyalarını icra edə bilmədiyi üçün siyasi deqradasiyaya və ya iqtisadi terminlə ifadə etsək, kəskin inflyasiyaya uğradı”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|