Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi? - İLGİNC GƏLİŞMƏ
Tarix: 15-02-2022, 08:57 | Çap et
AMEA prezidenti Ramiz Mehdiyev, nəhayət, postundan istefa verib. O, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə rəsmi ərizəsini bu gün (15 fevral) təqdim edəcəyini açıqlayıb.
AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, fevralın 14-də keçirilən iclasda Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.
O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:
“Ramiz Mehdiy2ev bildirib ki, fevralın 15-də cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.
Mehdiyev təmsilçisi olunduğu hakim komandaya asi çıxmaqda davam edirdi və istefası də qarşılıqlı olaraq tələb edilirdi. “Boz kardinal” isə çıxışlarında nəinki hökuməti hədəf alır, hətta onu istefaya çağıranları açıq şəkildə təhdid edir, ən müxtəlif ifadələrlə aşağılayırdı.
Onun davranışları radikal müxalifətdən heç də fərqlənmirdi. İstefasından sonra onun daha sərt mövqe tuta biləcəyi ehtimal olunur.
Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi?
İllər öncədən Mehdiyevin müəyyən kanallarla radikallarla əlaqəsinin olmasına dair söyləntilər vardı. Hətta müxalifətin keçirdiyi bəzi mitinqlərin göstərişinin “Boz kardinal” tərəfindən verildiyinə dair iddialara da rast gəlinib. Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Fəqət, onun bu gün hakimiyyətə qarşı ən radikal siyasi fiqura çevrildiyi göz önündədir.
Son proseslərdə bir mənzərə də diqqətləri xüsusilə çəkir. Belə ki, özlərini radikal müxalifət adlandıran qurumların rəhbərləri var ki, hələ də R.Mehdiyev məsələsinə münasibət bildirməyiblər. Halbuki bloger müxalifəti kimi özlərini aparan bu siyasətçilər hakimiyyəti tənqid etmək üçün gecə-gündüz bəhanələr, yollar axtarırlar.
ALDP rəhbəri Fuad Əliyev Mehdiyevin müxalifətlə əlaqələrini istisna etmir: “Ramiz Mehdiyevin nəinki radikal müxalifətlə, digər bəzi müxalif partiyalarla birləşməsini də istisna etmirəm. Bu partiyalar onun geniş imkanlarından yararlanmaq üçün hətta onu özləri üçün lider elan edə bilərlər. Vaxtilə Əli İnsanovla bağlı dediklərini unutmayaq. Ona korrupsionerdir, rüşvətxordur deyənlər, sonradan bunu yaddan çıxarıb onunla görüşüb əməkdaşlıq haqqında razılaşdılar. Müxalifət nümayəndələri, vətəndaşları qeyri-qanuni həbs etdirən Eldar Həsənovu müdafiə edirlər. Prinsiplərdən uzaq olan bu müxalifət nümayəndələri öz şəxsi maraqlarını həyata keçirmək üçün istənilən ”vurulmuş" korrupsioner, rüşvətxor məmurla birləşməyə hazırdırlar. Bəziləri isə çoxdan bu məmurların “cib” müxalifətidir. Ona görə Mehdiyevin bəzi müxalifət nümayəndələri ilə birləşməsini istisna etmirəm, hələ bəlkə də çoxdan birləşiblər".
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov bu birləşməni mümkünsüz qəbul edir: “Zənn etmirəm ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev hansısa müxalifət partiyası ilə birləşsin. Akademik hələ ki təkbaşına öz işinin öhdəsindən gəlməyi bacarır. Onun müxalifətlə birləşməsi, yaxud da hansısa əlaqəyə girməsi siyasi intihara səbəb olardı. Onun hücum və özünümüdafiə taktikası çox hiyləgərcəsinə və düşünülmüş şəkildədir. Bir tərəfdən deyir ki, mərhum prezident Heydər Əliyev və onun varisi İlham Əliyevə sadiqəm, amma digər tərəfdən isə onların qurduğu siyasi sistemi açıq-aşkar hədəf alır. Parlamentə və deputatlara ”saxta" deyir, ayrı-ayrı məmurları və dövlət strukturlarını bu və ya digər şəkildə ciddi ittiham edir. Məncə, onun müxalifətlə birləşməsi hakimiyyətdaxili qruplaşmaların dəstəyindən də məhrum edə bilər. Digər tərəfdən, düşünmürəm ki, hansısa müxalifət partiyası hakimiyyətə qarşı “vabank” gedən Ramiz Mehdiyevlə əlaqə quraraq özünü zərbə altında qoysun. Yəni müxalifət düşərgəsinin də, hətta siz dediyiniz radikal müxalifətin də R.Mehdiyevlə birləşməsini mümkün hesab etmirəm. Buna baxmayaraq, bu qarşıdurmalardan yararlanıb proseslərin daha da şiddətlənməsini maraqla izləyəcəklər. Təbii ki, müxalifətin müəyyən kəsimi və maraqlı qüvvələr Ramiz Mehdiyevin daha da qızışmasına və daha sərt davranışlar sərgiləməsinə çalışacaq. Fikrimcə, akademiki radikallaşdıran həm də hakimiyyət daxilindəki bəzi qruplaşmalardır. İqtidar bu qruplaşmanın qabağını ala bilməsə hadisələr daha çirkin xarakter ala və təhlükəli fazaya keçə bilər".
REAL-ın icraçı katibi Natiq Cəfərli isə dedi: “İndi çox həssas, həm də unikal bir şans yaranıb. Postsovet məkanında çox ciddi proseslər gedir. Ukrayna hadisələri ciddi suallar yaradır ki, proseslər necə sonluqla nəticələnəcək. Bir sözlə, postsovet məkanının yenidən Rusiyanın əsarətinə keçməsinə cəhdlər olunur. Belə bir şəraitdə Azərbaycanda ”beşinci kolon"un quyusunun birdəfəlik qazılması üçün unikal bir şans yaranıb. Uzun illər davam edən iqtidar-müxalifət münasibətlərinin nəyə xidmət etdiyini iqtidar çox yaxşı bilir. İndi iqtidarın boynunun borcudur ki, bu məsələləri tam şəffaf şəkildə əhaliyə çatdırsın. Burada hakimiyyətin özü də çox maraqlı olmalıdır. 2000-ci il seçkilərində nə baş verdi? Niyə Müsavatın haqlı qələbəsi əlindən alındı? Nə üçün AXCP ilə gizli müqavilələr imzalandı? Nədən onlar parlamentə buraxıldı? Hansı anlaşmalar, danışıqlar olub? Niyə 2013-cü ildə “Milyarderlər İttifaqı” və Milli Şura Rusiyanın əlində bir alətə çevrildi? Azərbaycana təzyiq vasitəsi kimi bunlardan istifadə etdilər? Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov namizəd göstərildi? Bütün bu sualların cavabını iqtidar yaxşı bilir. İndi unikal şans yaranıb ki, bu sualların cavablarını açıqlasınlar. Bununla da Azərbaycan siyasi səhnəsi təmizlənəcək. Görünən odur ki, son olaylarda məqsədli şəkildə hədəfin yayındırılmasına cəhdlər var. Əsasən də rusdilli mediada Qərbin burada inqilab etmək isterikası yaradılır. Rusiyanın buradakı “5-ci kolon”unun tamamilə sıradan çıxarılması şansı baltalanır. Yaranan bu şansı əldən verməməliyik".
ADP sədri Sərdar Cəlaloğlu Azpolitika.info saytına açıqlamasında bu məsələyə də dolayısı ilə toxunub: “Mehdiyev özü uzun müddət Prezident Aparatının rəhbəri olduğu üçün müxalifətdə kimin kim olduğunu ondan yaxşı bilən olmayıb. Çünki kimsə onun yanına pula gedib, bəzisi mandat almağa gedib, bəzisi vəzifə istəyib və s. Bu mənada Mehdiyev kimin kim olduğunu yaxşı bilir. Amma onun dediklərinin şəxsən mənə heç bir aidiyyəti yoxdur. ”Avtobus müxalifəti" ifadəsini işlədərkən guya bizim Şuşaya, Ağdama səfərimizi nəzərdə tutur. O dövrdə həmin yerlərə fərdi şəkildə getmək təhlükəli olduğundan biz Prezident Administrasiyasının təşkil etdiyi səfərə qatılmışıq. Tamamilə də doğru etmişik. Çünki Qarabağın işğaldan azad edilməsindən sonra bizim mənəvi haqqımız çatırdı ki, ən azından gedib həmin torpaqlarımızı görək. O torpaqlar uğrunda bizim minlərlə övladımız şəhid olub. Əlbəttə, belə məsələlər Mehdiyev üçün əhəmiyyətli olmaya bilər.
Bu gün isə istənilən vətəndaş avtobusa əyləşərək Qarabağa gedə bilir. Onda deyək ki, bizim xalqımız “avtobus xalqıdır”? Bunlar olduqca gülünc məsələlərdir". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
|