Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                 

Ukrayna xalqı öz ordusuna inanır - Elxan Nuriyev
Tarix: 23-02-2022, 08:41 | Çap et
Ukrayna xalqı öz ordusuna inanır
DİA.AZ xəbər verir ki, Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert Elxan Nuriyev hafta.az-a növbəti geniş müsahibəsində ölkə və ölkə ətrafındakı son durum, Rusiyanın hücum ehtimalı, Ukrayna xalqının öz ordusuna münasibəti, ölkə ordusunun real durumu, Donbasdakı gerçək vəziyyət və s. haqda ətraflı məlumat verib.

-Ukrayna artıq 8-ci ildir ki, Rusiya tərəfindən demək olar, müharibə vəziyyətinə salıb. 2014-cü ildə Putin Krımı ilhaq etdi və Şərqi Ukraynanın xeyli hissəsini –Donbası nəzarətə götürdü. Bunu da Qərbin təhrikləri etmədi ki?

Bütün bunlarla və hazırkı təhdidləri ilə Rusiya ilk növbədə özünü çox mürəkkəb duruma salıb. Qərbin qəbul etdiyi sanksiyalarla beynəlxalq aləmdə təklənib. Bu gün Belarusdan başqa Rusiyanın yanında duran ikinci bir ölkə, demək olar ki, yoxdur. Və Rusiya bu saat arzuolunmaz, əlisıxılmaz bir dövlət statusundadır. Belə bir şəraitdə, təbii ki, Qərbdə də Rusiya probleminin biryolluq həll olunmasını istəyən qüvvələr, o cümlədən siyasətçilər var...

Və belə bir şəraitdə Rusiya aylarla öz daxilində müharibə təbliğatı aparır. Bu günlərdə “Levada” mərkəzinin keçirdiyi sorğuların nəticələrinə görə, Rusiya əhalisinin yarıdan çoxu Ukrayna ilə müharibə tərəfdarı deyil. Çünki Rusiya cəmiyyəti də baş verənləri obyektiv dərk edir. Təbii ki, hamısı yox. Təəssüf ki, hələ də işğalçı, şovinist xislətlilər də var...

Amma Rusiya özü-özünü bu vəziyyətə gətirib çıxardı. Başını soxdu depressiv regionlara: Donbasa, Krıma. Əlavə xərc qoyub həmin regionları millitarlaşdırdı. Məsələn, 2014-cü ildən bəri Krımın militarlaşdırılması 5 dəfə artıb. Yəni oradakı hərbi qüvvə və texnikanın sayı 5 dəfə çoxalıb. Fəqət, Rusiyanın təhdidlərinə baxmayaraq Ukrayna bu gün də NATO-ya və Avropaya Birliyinə üzv olmağa can atır. Bu, ölkə konstitusiyasında da təsbit edilib və Ukrayna xalqı da bunda iddialıdır. Son sorğulara görə NATO-ya üzvlük tərəfdarları olan vətəndaşlar əhalinin təxminən 70 faizini təşkil edir. Odur ki, vəziyyət gərgin olaraq qalır. Ötən ilin aprelindən bəri Ukraynanın şərq, cənub-şərq və şimal(yəni Belarusla) sərhədləri boyu Rusiya 150-170 minə yaxın hərbi qüvvə toplayıb. Və mənim bir hərbi mütəxəssis olaraq əsas təhlükə gözlədiyim istiqamətlərdən biri məhz Belarusdur, çünki Lukaşenko hakimiyyətinin Ukraynaya münasibəti bəllidir. Bundan başqa Qara dəniz, Kerç boğazı, Azov dənizi, Mariopol istiqamətləri də həssasdır. Bunu da Rusiyanın Krımla quru əlaqələrini genişləndirmək niyyəti ilə bağlamaq olar. Amma nəzərə almaq gərəkdir ki, Ukrayna ordusu artıq 2014-cü ildəki ordu deyil. Ölkə də kifayət qədər hazırlıqlı və təchiz olunmuş 200 min nəfərlik ordu var. Və rəsmi Kiyevin arxasında NATO kimi hərbi blok və bütövlükdə Qərb dünyası dayanır…

-Ukrayna xalqının ümumi əhval-ruhiyyəsi necədir? Orduya inam varmı?

-Son müşahidə və təhlillərimə görə, belə nəticəyə gəlmişəm ki, hazırda Ukrayna cəmiyyətində təşviş və qorxu hissi yoxdur. Ukrayna xalqı da sıx birləşib və öz ordusuna inanır və onunla bir yerdədir. Özü də ölkədəki rusdilli əhalinin böyük əksəriyyəti də öz vətənlərini istənilən təcavüzdən qorumağa hazırdır. Mən Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri kimi tez-tez müharibə bölgəsində, Donbas ətrafında oluram. Orduda və ehtiyatda olan yüksək vəzifəli rus mənşəli hərbçilərin çoxunu tanıyıram. Onların da hamısı özlərini Ukrayna vətəndaşı kimi bu ölkəni qorumağa borclu hesab edir. Bu mənada xarici təcavüz təhdidi Ukrayna xalqını birləşdirib. Və bunda yoldaş Putinin də böyük “xidmətləri” olub. Eyni zamanda Ukrayna xalqı öz ordusuna inanır. Ötən həftə keçirilmiş sorğulara görə əhalinin 86 faizi “Ən çox etibar etdiyiniz dövlət qurumu hansıdır?” sualına cavab olaraq Ukrayna ordusunun adını çəkib...

-Bir keçmiş döyüşçü, hərbi mütəxəssis kimi Ukrayna Silahlı Qüvvələrinin mövcud durumunu necə xarakterizə edərdiniz? Bu ordu Rusiya ordusunun genişmiqyaslı hücumundan müdafiə olunmağa hazırdırmı?

-Ukrayna ordusu, dediyim kimi, son 8 ildə çox güclənib. Hərbçilərin, o cümlədən generalların əksəriyyəti 2014-cü ildən bəri böyük döyüş təcrübəsi qazanıb. Öncə onu deyim ki, Ukrayna ordusu artıq peşəkar ordu sisteminə keçir. Çağırışçılar azlıq təşkil edir və onlar da ağır, hərbi cətdən çox təhlükəli məntəqələrə yerləşdirilmirlər. Silahlı Qüvvələrin təchizatı normaldır. Hazırda Ukrayna ordusunda ən aşağı rütbəli hərbçilərin əmək haqqı 700 dollardır. Yüksək rütbəlilər isə 2 min dollaradək maaş alır. Eyni zamanda döyüş yeri və tapşırıqlardan asılı olaraq Ukrayna ordusunda daha yüksək maaşlar da mövcuddur. Onu da vurğulamaq gərəkdir ki, Ukrayna ordusu digər sırf hərbi aspektlərlə yanaşı, maliyyə sistemi ilə bağlı da tam NATO standartlarına keçmək üzrədir…

Son illər ordu kifayət qədər yüksək texnologiyalı öldürücü silahlarla təchiz olunub. Hava hücumundan müdafiə məqsədli “Nlov”, “Stinger” tipli silahlar, tank əleyhinə müasir raket qurğuları var ki, Rusiya ordusunda belə, onların alternativi yoxdur…

Həmçinin Ukrayna ordusu Qərb təlimatçılarının da dəstəyi ilə yaxşı təlim də görüb. Ordu yüksək keyfiyyətli rabitə sistemi ilə təchiz olunub. Ukraynanın bir az çəkindiyi həssas Qara dəniz bölgəsində isə 3 dost böyük dövlət Türkiyə, ABŞ və Böyük Britaniya ilə texniki dəstək barədə razılıqlar əldə olunub…

Onu da deyim ki, 200 minlik ordudan əlavə, Ukrayna xalqı özü də bütövlükdə döyüşməyə hazırdır. Dünən mən Kiyevdə Mərkəzi Zabitlər Evində baş növbətçi idim, könüllü orduya yazılmaq istəyən vətəndaşların telefon zənglərinin ardı-arası kəsilmirdi. Və digər ekspertlərlə birgə hesablarımıza görə, bu gün Ukraynada 8 milyondan çox vətəndaş silah götürməyə hazırdır... Bu saat ölkənin 560 minlik ehtiyat ordusu var. Ərazi prinsipi ilə onlarla könüllü yeni taborlar yaradılır. Onların üzvləri mütəmadi təlimlər keçir. Amma hər biri öz evində olur və genişmiqyaslı müharibə zamanı hər biri harada, hansı mövqedə olacağını və hansı silah, yaxud texnika ilə döyüşəcəyini dəqiq bilir. Buna Ukrayna qanunları da icazə verir. Bu haqda həm Prezident fərmanı, həm də Nazirlər Kabinetinin qərarı var. Eyni zamanda mülki müdafiə məsələlərinə də ciddi diqqət yetirilir. Xüsusən iri şəhər və qəsəbələrdə əhalinin hava və artilleriya hücumlarından qorunması üçün mümkün qədər sığınacaqlar hazırlanır. Çünki biz Rusiyadan hər cür alçaq addım gözləyirik... Ancaq dediyim kimi, ölkədə güclü xalq-ordu birliyi var. Hətta hamının tam rusdilli hesab etdiyi Xarkov vilayəti əhalisinin də azı 60-70 faizi Ukrayna ordusunun yanındadır, hərbi hissələrə könüllü yardımlar edirlər, özləri orduya yazılırlar və s.. Odur ki, bu və digər səbəblərdən hətta Rusiyanın genişmiqyaslı hücumu olduğu təqdirdə belə, ölkənin böyük ərazisinin işğal oluna biləcəyini ehtimal etmirik. Hücum olacaq. Amma hansı formada olacağı bir az qaranlıqdır. Birbaşa genişmiqyaslı hücum olacaq, yoxsa sadəcə, Ukrayna daxilində müxtəlif təxribatlar ediləcək? Bunu söyləmək çətindir. Fəqət, Putin hansısa formada düşdüyü pat vəziyyətindən çıxmalıdır. Bütün hallarda Ukrayna vətəndaşları, xüsusən xidmətdə və ehtiyatda olan hərbçi və döyüşçülər - hər birimiz öz postumuzda gözləyirik və hər cür qarşılıq verməyə hazırıq…

-Donbas regionunda son durum necədir? Xəbərlərdə deyildiyi kimi, doğrudanmı Ukrayna ordusu oradakı separatçı rejimlərin qanunsuz silahlı qüvvələrinə atəş açır, yoxsa?

-Həftələrdir ki, Rusiyanın mərkəzi və regional rəsmi və iqtidaryönlü kanalları guya Ukrayna ordusunun Donbasa hücum etməsindən, dinc əhalini qətlə yetirməsindən və s. danışır. Amma reallıqda belə bir şey yoxdur. Ukrayna dövləti milliyyətindən asılı olmayaraq hər bir vətəndaşının həyatını qorumağa çalışır. Və əslində Donbas və Luqanskda təmas xəttinin o tərəfindəki adamları da öz vətəndaşı hesab edir. Halbuki, o ərazilərdəki 1,4 milyona yaxın vətəndaşa qanunsuz olaraq Rusiya pasportu verilib. Ukrayna ordusu, sadəcə, separatçı qüvvələrin açdığı atəşlərin cavabını verir və o, buna məcburdur…

Bu günlərdə mən də Zabitlər Birliyinin digər rəhbər üzvləri ilə birgə Donetsk yaxınlığındakı Marianka şəhərində olmuşam və baş verənləri durbinlə müşahidə etmişəm… Atışmalar heç zaman Ukrayna ordusunun təşəbbüsü ilə başlamır. Hər şey Donbasdakı separatçı qurumların qanunsuz silahlılarının təxrubatlarıyla başlayır. Amma təbii ki, onlar cavab atəşi ilə susdurulurlar…

-Qərbin, ABŞ-ın Ukrayna ilə bağlı siyasətinə əhalinin münasibəti necədir?

-Qərb, təbii ki, birbaşa fiziki gücü ilə Ukraynadakı prosesdə iştirak etmir. Amma yaxşı bilir ki, Ukrayna Rusiya ilə onun arasında ön səngərdir. Ona görə də müəyyən mənada Ukraynanı dəstəkləmək məcburiyyətindədir…

-Ukrayna xalqının inamı varmı ABŞ-ın, Avropanın sonadək onun yanında olacağına? Yoxsa şübhə edir ki, 2008-ci ildə Gürcüstanda olduğu kimi, Ukraynanı da dar ayaqda qoya bilər?

-Təbii ki, inanırlar… Və Gürcüstanı dar ayaqda qoyub getmələri başqa məsələdir. Çünki Ukrayna kontinental Avropanın mərkəzi hissəsində böyük bir dövlətdir. Gürcüstan isə Ukraynanın kiçik bir vilayəti boydadır… Və burada artıq prinsipial məsələdir. Çünki dünyanın inkişaf vektoru Ukraynanın “bədəni”ndən keçir… Qərb də bunu yaxşı bilir. Sadəcə, onlar gəlib ukrayınlar əvəzindən səngərdə vuruşan deyil ki… Özlərindən asılı olanı edirlər… Qərb silah verir, maliyyə yardımı edir, hərbi təlimatçı verir. Bundan artıq nə etməlidir ki? Bu mənada Türkiyənin üzərinə çox böyük məsuliyyət düşür. Və Ukrayna xalqı da daha çox Türkiyənin sözünə etibar edir…

Qısası, bu gün Ukraynada sivilizasiyalar savaşı gedir; ya demokratiya, Avropa yönlülük, ya da Rusiya tipli, avtoritar, diktatura tipli dövlət idarəçiliyi… Bu mənada Ukrayna Rusiyanın boğazından keçmir.. Bir yandan da tarixi mübahisələr uğrunda mübarizə gedir: Kiyev Rus dövləti məsələsi uğrunda… Çünki əgər Ukrayna Rusiyanın yanında olmursa, bu, Rusiyanın tarixini böyük şübhə altına alır…Və bəzən ukrayınlar arasında da belə çağırışlar olur ki, elə bu minillik tarixi söhbəti Rusiyanın indiki durumunda birdəfəlik həll etmək gərəkdir. Çünki Rusiya bugünkü qədər zəif, incidilmiş, gözdən düşmüş vəziyyətdə olmayıb. Faktiki olaraq II Dünya savaşından bəri ilk dəfədir ki, Rusiyaya qarşı azad dünyanın vahid koalisiyası yaranıb… O dövrdə Hitler Almaniyasına qarşı yarandığı kimi… Amma belə zəif durumda da Kremldəkilər, Putin rejimi hər şeyə gedə bilər. Çünki imperiyanın kökündən dağılma prosesi başlayıb. Və bu çox ağrılı-acılı bir prosesdir…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru