"Bizim işğalçı Rusiyaya dəstəkçi görünməyimizə nə ehtiyac vardı?" - ETİRAZ
Tarix: 25-02-2022, 08:23 | Çap et
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dünyanın diqqət mərkəzindədir. Rus ordusu fevralın 24-ü səhər saat 5:00 radələrində bir neçə istiqamətdən Ukraynaya qarşı hücuma keçib. Hazırda təmas xətti boyu ağır artilleriya və aviasiyanın iştirak etdiyi ağır döyüşlər gedir. Başda ABŞ və Böyük Britaniya, Avropa İttifaqı olmaqla Qərb dünyası Ukraynanın müdafiəsinə qalxıb. İlk növbədə Rusiyaya qarşı məhvedici sanksiyaların qoyulması gözlənilir.
Təkcə Ukraynaya deyil, eləcədə dünya düzəninə hücum edən Rusiya adlı qüvvə fevralın 22-də Moskvada imzalanmış “Qarşılıqlı fəaliyyət və müttəfiqlik haqqında” Bəyannaməyə uyğun olaraq Azərbaycanın müttəfiqi sayılır. 43 bəndlik sənəddə dövlətlərarası əlaqələrin keçmişinə, bu gününə, gələcəyinə nəzərə salınır, qarşılıqlı öhdəliklər, əməkdaşlıq istiqamətləri müəyyən edilir.
Bəs bu sənədin hazırkı geosiyasi qarşıdurmanın pik nöqtəsində imzalanması Azərbaycana lazım idimi? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Türkiyənin nüfuzlu universitetlərində dərs deyən tarixçi professor Xaləddin İbrahimli Pressklub.az-a geniş şərh verib. O, bildirib ki, indiki dövrdə imzalanan bu bəyannamə haqlı olaraq Azərbaycan cəmiyyətini narahat edən bir bəyandır.
“Çünki Rusiya ilə müttəfiqlik tarixən Azərbaycan xalqında narahatlıqlar doğurub. Hər zaman bu “müttəfiqliyin”, “dostluğun” zərərini görmüşük. Tarixi təcrübə də bizə Rusiyadan çox az faydalı şeyin gəldiyini deyir. Xalqımız haqlı olaraq Rusiya ilə bağlanan istənilən sənədə şübhə ilə yanaşır. Bu tarixdən gələn acı təcrübələrə bağlıdır”, – professor vurğulayıb.
X.İbrahimli deyir ki, məsələnin ikinci tərəfi Rusiya ilə Azərbaycan arasındakı mövcud fərqlərlə bağlıdır: “Aydın məsələdir ki, bu bəyannamə eyni statusda, eyni hüquqda qarşılıqlı fəaliyyətə gətirib çıxarmayacaq. Rusiya böyük dövlətdir, istənilən vaxt özünün yeni şərtlərini diktə edə, maddələri dəyişdirə, yaxud özünə sərf edən şəkildə yorumlaya bilər. Yaxud, ölkənin içərisində bir nəzəri fəaliyyət ortaya qoya bilər. Məsələn, Qazaxıstana müdaxilə guya bu ölkədə beynəlxalq terrorçuların olması ilə bağlı idi. Rusiya üçün istənilən ölkədə “terrorçu” tapmaq çətin məsələdirmi? Əlbəttə yox!”
Professor üçüncü məsələ kimi Putin Rusiyasını göstərir. Onun sözlərinə görə, bu Rusiya işğalçıdır, başqa ölkələr üçün problemlər yaradır, potensial təhlükə mənbəyidir: “Bu barədə uzun danışmağa ehtiyac yoxdur. 2000-ci ildən bəri Gürcüstanda, Ukraynada, Azərbaycanda elədikləri məlumdur. Ona görə də, Putin Rusiyası ilə qarşılıqlı müttəfiqlik fəaliyyətini nəzərdə tutan bəyannamə imzalamaq hansı zərurətdən doğur? Buna indiki şəraitdə hansı ehtiyac var? Əlbəttə, bu ayrıca müzakirəyə ehtiyacı olan mövzudur. Rusiya ilə qarşılıqlı müttəfiqlik münasibətində olmaq təbii ki, sabah Azərbaycan üçün ciddi problemlər yarada bilər. Rusiya ilə müttəfiq olmaq Ukraynanı tanımamaq, Krımın ilhaqı ilə barışmaq sayıla bilər”.
Xaləddin İbrahimli əlavə edir ki, sabah Rusiya həmin bəyannaməyə istinad edib Azərbaycana Ukraynada yaratdığı qondarma DNR və LNR tanımağı tələb edə bilər. “Biz bu qondarma rejimləri tanıya bilərikmi? Bu addımı atmaq asandırmı? Eyni zamanda Krımın Rusiya torpaqları kimi tanımağı da tələb edə bilərlər. O zaman Azərbaycan Türkiyə ilə münasibətlərini hara qoyacaq? Çünki qardaş, müttəfiq ölkəyə qarşı əks siyasət ortaya qoymuş olacağıq. Bütün bunları nəzərə alanda əlbəttə Rusiya ilə müttəfiq olmaq elə də asan deyil. Ümumiyyətlə, başqa dövlətlər üçün də Putin Rusiyası ilə müttəfiq olması çox çətin məsələdir. O zaman bizimkilər niyə bu reallıqları gözardı edirlər? Putinlə müttəfiq olmaq niyə hörmətli işə çevrilib, bunu da anlaya bilmirəm”.
Tarixçi alım vurğulayır ki, Bəyannamənin müddəalarına baxanda bir çox məsələlərdə Azərbaycanın Rusiyanın patronajlığını qəbul etmək zorunda olduğu aydın görünür: “Hazırda sənədin birinci maddəsinə çox istinad edirlər. Amma orada sərhədlərin toxunulmazlığı məsələsi yenə də mücərrəd şəkildə qoyulub. Əgər orada qeyd olunsaydı ki, dünya birliyinin, BMT-nin tanıdığı dövlət sərhədləri, bu başqa məsələ olardı. Çünki Rusiya üçün Azərbaycan və Ermənistanın dövlət sərhədləri mübahisəlidir. Çünki delimitasiya və demarkasiya prosesi getməyib”.
Professor daha sonra Bəyannamədəki 4-cü maddəyə diqqət çəkir: “Qeyd olunub ki, Azərbaycan və Rusiya beynəlxalq və regional problemlərdə eyni və yaxın mövqelərdən çıxış edirlər, qarşılıqlı fəaliyyət göstərəcəklər. Niyə biz Rusiya ilə eyni və yaxın mövqelər tutmalıyıq? Bütün istiqamətlərdə eyni və yaxın mövqe tutulacaqsa, o zaman bu, bir dövlət olur. Biz Türkiyəyə “iki dövlət, bir millət” deyirik. Bu zaman isə Rusiya ilə bir dövlət, iki millət oluruq. Heç bir dövlət başqa ölkə ilə xarici siyasətində eyni və yaxın mövqe tuta bilməz. Bu, heç Türkiyə ilə də yoxdur. Məsələn, ABŞ-la Böyük Britaniya anqlo-sakson dövlətlərdir. Amma bütün məsələlərdə eyni mövqelərədən çıxış edirlər?! Eyni mövqe tutmaq o anlama gəlir ki, artıq ya Rusiya, ya da Azərbaycan yoxdur. Amma hazırkı kontekstdə sanki Azərbaycan ortalıqda görsənmir”.
Tarixçi professor qeyd edir ki, ümumiyyətlə sənəddə yer alan bütün bəndlərə nəzər salanda indiki dövrdə bu bəyannamənin nə üçün qəbul edildiyini anlaya bilmir: “Rusiyanın Ukraynaya təcavüz etdiyi, ərazisində qondarma dövlətlər yaratdığı bir şəraitdə bu addımı atmağa nə ehtiyac vardı? Bizim işğalçı Rusiyaya dəstəkçi görünməyimizə nə ehtiyac vardı? Hesab edirəm ki, bu sənəd yersiz və lazımsızdır, onunla irəli getmək mümkün deyil”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
|