"Ayrı-ayrılıqda kim Ukraynaya, kimsə də Rusiyaya dəstək verən bəyanatlar verib" - Partiya sədri
Tarix: 3-03-2022, 08:34 | Çap et
Rusiyanın Ukraynaya hücumunun 8-ci günüdür. Azərbaycan cəmiyyətinin buna sərt təpkisi günbəgün artmaqdadır.
Ölkə müxalifət isə bu istiqamətdə fəaliyyətsiz görünür. Doğrudur, bir sıra partiyalar öz etiraz bəyanatlarını qəbul ediblər. Lakin bundan o tərəfə gördükləri ciddi bir iş gözə çarpmır.
Bir neçə gün öncə Ukrayna səfirliyi önündə bu ölkəyə dəstək aksiyası keçirildi, kifayət qədər kütləvilik müşahidə olundu. Amma bu aksiya ictimaiyyətin ümumi aksiyası kimi yadda qaldı.
Müxalifət niyə toplanmır, iclas keçirmir, bəyanat verib, Ukraynanı, məsələn, yaxud tutaq ki, Rusiyanı müdafiə etmir? Rusiya səfirliyi önündə etiraz aksiyası da keçirmirlər? Ümumiyyətlə, son 1 həftədə müxalifət partiyaları nə ediblər?
ALDP rəhbəri Fuad Əliyev suala sualla cavab verdi: “Müxalifət niyə toplanmalıdır? Ayrı-ayrılıqda kim Ukraynaya, kimsə də Rusiyaya dəstək verən bəyanatlar verib. Bundan qabaq Qazaxıstanda baş verən hadisələr az qala öz problemlərimizi yaddan çıxartmışdı. İndi də Ukrayna-Rusiya münaqişəsi. Səhər açılan kimi ancaq bu mövzudan xəbərlər verilir. Məgər bizim başqa problemlərimiz yoxdur? Bəyəm hər gün qiymətlər qalxmır? Korrupsiya, rüşvət yoxdurmu? On minlərlə işsiz vətəndaş işmi tapıb? Şəhid ailələrinin, qazilərin problemləri həll olunub? Dövlət başçısı İlham Əliyev Göyçay rayon icra başçısını vəzifəsindən azad etdi. Müxalifət buna bir reaksiya verdimi? Bundan qabaq məmurlar işdən çıxarılanda, həbs ediləndə müxalifət dərhal reaksiya verirdi. “Müxalifət partiyaları 1 həftə ərzində nə ediblər” sualına gəlincə, partiyamızın fəaliyyəti ilə bağlı deyə bilərəm ki, biz iki istiqamətdə fəaliyyətimizi fokuslaşdırmışıq. Birinci, müraciət edən vətəndaşların problemlərinin həlli ilə bağlıdır. İkinci isə bizdə qurultaya hazırlıqdır. Digər məsələlərə də öz mövqeyimizi bildirmişik”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev müxalifət olaraq mövqe ifadə olunduğunu qeyd etdi: “Rusiya insanlığı, beynəlxalq hüququ ayaqlar altına salaraq, tapdayaraq müstəqil bir dövlət olan Ukraynaya hərbi təcavüzdə bulunub.
Biz müharibənin başlanmasından dərhal sonra Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətini, hərbi təcavüzünü qətiyyətlə pisləmiş, Putin başda olmaqla, Rusiya rəhbərlərini müharibə cinayətlərində ittiham etmişik və bu mövqeyimizi ardıcıl olaraq mediada işıqlandırmaqdayıq. Biz bütövlükdə müxalifət adından danışmaq səlahiyyətində deyilik, amma ümumilikdə Azərbaycanda müxalifətin Rusiyanın işğalçılıq siyasətini, hərbi təcavüzünü, müstəqil bir ölkəyə və xalqa qarşı vəhşiliyini pislədiyini görürük".
AĞ Partiya başqanının təşkilatı məsələlər üzrə müavini Rüfət Hacıbəyli bütün imkanları ilə Ukraynaya dəstək verdiklərini söylədi: “Biz AĞ Partiya olaraq əsasən təşkilatı işlərlə məşğuluq. Bakı şəhər təşkilatlarının, şəhər və rayon təşkilatlarımızın hər həftə Tural Abbaslı ilə görüşünü təşkil edirik.
Hər zaman Rusiyanın və onun Azərbaycandakı “beşinci kolon”unun qarşısında olmuşuq. Rusiya-Ukrayna savaşında Ukrayna dövlətinin və məzlum Ukrayna xalqının yanında olduğumuzu həm rəsmi bəyanatımızla, həm də əməlimizlə bildirmişik. İnformasiya resurslarımızla bütün sosial şəbəkələrdə Azərbaycan cəmiyyətinə Ukraynada baş verən hadisələri, Ukrayna xalqının haqq səsini çatdırmışıq və çatdırmaqda davam edirik. Gücümüz, imkanımız buna çatır. Müasir dünyada ən önəmli mübarizə üsullarından biri də həmçinin informasiya müharibəsidir.
Qaldı ki, digər siyasi partiyalara, özlərini müxalifət adlandıran həmin təşkilatlar son bir həftəyə yaxındır ki, ancaq AĞ Partiyaya qarşı sosial şəbəkələrdə qeybət və təhrif olunmuş informasiyalar yaymaqla məşğuldurlar. Onların məşğuliyyəti bundan ibarətdir. Partiyamıza olan xalq rəğbətini kiçik beyinləri ilə qəbul edə bilmirlər.
Rusiya səfirliyinin qarşısındakı etiraz aksiyası məsələsinə gəldikdə isə 2008- ci ildə Rusiya Gürcüstanı işğal edəndə başqanımız Tural Abbaslı askiyanı təşkil etmiş və həbs olunmuşdu. Rusiya Krımı ilhaq edəndə isə Tural bəyin göstərişi və mənim təşkilatçılığımla Rusiya səfirliyinin qarşısında etiraz aksiyası təşkil olunmuş və səfirliyə etiraz bəyanatı verilmişdi.
Belə aksiyaları bir dəfə də gecə-gündüz özlərini dırnaqarası Ukrayna aşiqi elan edən Qərb aşiqləri olan partiyalar etsin".
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov aksiyaların keçirilməməsinin səbəblərini açıqladı: “AMİP həm Donetsk və Luqanskin tanınması zamanı, eləcə də ondan sonra Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar bəyanatlarla çıxış edib. Eyni zamanda üzvü olduğu beynəlxalq təşkilata da bu təcavüzla bağlı müraciətimiz oldu. Bundan başqa, əməkdaşlıq etdiyimiz siyasi partiyalarla, konkret olaraq Pənah bəyin rəhbərlik etdiyi Xalq Partiyası və Tural bəyin rəhbəri olduğu AĞ Partiya ilə elə hadisələrin ilk günündə görüş keçirilib, müvafiq məsləhətləşmələr aparılıb, Ukraynanı dəstəkləyən mövqe ifadə olunub. Bundan başqa, partiya üzvlərinin mütəşəkkil şəkildə Ukrayna səfirliyinin önündə keçirilən Ukraynaya dəstək aksiyasında iştirakı təmin olunub. Eyni zamanda Bakı və rayon təşkilatlarımıza Ukraynaya humanitar dəstək aksiyasında fəal şəkildə iştirakla bağlı çağırış edilib. Bir partiya olaraq imkanlar daxilində nələr etmək mümkündürsə edilib. O ki qaldı səfirliklərin önündə aksiyaların keçirilməsinə, bununla bağlı hələ ki bir qərarımız yoxdur. Bununla bağlı məsləhətləşmələr də aparılmayıb. Bilirsiniz ki, pandemiya qaydalarına görə 5-6 nəfərdən artıq toplanışa icazə verilmir. Qərarsızlıq da daha çox bununla əlaqədardır. Ukrayna səfirliyinin qarşısında keçirilən aksiya tamam fərqli məsələdir. Heç bir təşkilatın təşkilatçılığı olmadan insanlarımızın o formada keçirdikləri aksiyanın dağıdılması da mümkün deyil. Bu düzgün də olmazdı. Bilirsiniz ki, piket və etiraz aksiyalarının keçirilməsi üçün əvvəlcədən müraciət olunmalıdır. Pandemiya səbəbindən yer verilmir. Bunun üçün də konkret olaraq o məsələ gündəmdə deyil”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
|