“İran Almaniyada din bayrağı adı altında xüsusi işlər görür, azərbaycanlıları cəlb edir” - FAKT BUDUR!
Tarix: 14-03-2023, 08:19 | Çap et
Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından (martın 4-ü) 10 gün ötür. Ancaq hələ də ondan xəbər yoxdur. Artıq məlumdur ki, Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.
Yada salaq ki, Fərid Səfərli Yena Universitetində təhsil alıb. Bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib. Dostları bildirib ki, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlı olub, sosial şəbəkələrdə görünməyib. Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən verilən məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur.
DİA.AZ-ın məlumatına görə, oğlundan günlərdir ki, xəbər almayan Fəridin anası Dilarə Əsgərova “Yeni Müsavat”a dedi ki, hələ də bir xəbər yoxdur: “Elə indicə Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq, İran heç bir məlumat vermir. Biz də hələ ki heç nə öyrənə bilməmişik, gözləyirik”.
Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdani gənc tələbənin siyasi səbəblərlə tutulması ehtimalının yüksək olduğunu deyib (Axar.az): “Böyük ehtimalla ortada siyasi səbəblər var. 27 yanvarda elçiliyimizə hücumdan sonra İran və Azərbaycan arasında gərginlik yaşanır. Həmçinin Azərbaycan dövləti İranın casuslarını üzə çıxardı. Yəni Azərbaycan uzun illər onlara səbirlə davranırdı, çalışırdı bu məsələyə toxunulmasın. Səfirliyimizə hücumdan sonra Azərbaycan İran casuslarını ölkədən çıxarmağa başladı. İran da buna təpki verir. İsraillə Azərbaycan arasında olan yaxınlaşma da İranı narahat edən məsələlərdəndir. Dəfələrlə İran tərəfindən buna görə hədələr gəlib”.
İranın başqa ölkənin sivil vətəndaşlarından siyasi məqsədlərlə istifadə etdiyini dilə gətirən Əmir Mərdani bildirib ki, Tehran bundan öz maraqları üçün istifadə edəcək: “İran hər zaman bu məsələlərdən öz ambisiyaları naminə yararlanıb. İranda səfərdə olan əcnəbi vətəndaşları tutaraq, onları girov kimi saxlayır ki, sonra istifadə etsin. Bu, İranın tanınmış metodlarından biridir. Bunu son zamanlarda Belçikaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya, İsveçə tətbiq edib. Çox sayda ölkələr var ki, onların vətəndaşını tutub, müzakirələrdə istifadə edib, girovları buraxmağın qarşılığında öz casuslarını o ölkələrdən geri qaytarıb. Girovlar üçün pul da alır. Yəni belə şarlatanlıq və yolkəsənlik edir. Belə görünür ki, İran azərbaycanlı tələbənin tutulmasından faydalanmaq istəyir. Fərid Səfərlinin yoxa çıxmasında şəxsi məsələ yoxdursa, böyük ehtimalla ona "casusluq" ittihamı veriləcək. Bu, İran tərəfindən normalda istifadə olunan yöntəmdir. Tutduğu şəxsin vətəndaşı olduğu ölkə ilə münasibətindən çıxış edərək ona cəza tətbiq edir".
O, İranın bununla bağlı bənzər təcrübələrindən də danışıb. Bu versiya nə dərəcədə real ola bilər? İran niyə Bakının notasına cavab vermir?
dia-az.life-ın məlumatına görə, sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əgər şəxsi zəmində baş verməyibsə, digər variant ağlabatandır: “Qız arxasınca getdiyinə görə şəxsi zəmin elementləri də ola bilər. Ola bilsin qısqanclıq zəminində qızın qohumları, yaxud nişanlısına görə nə isə ola bilər. Amma bu deyilsə, ikinci variantdır. Ona görə ki, bu ilk deyil. Dəfələrlə İran xüsusi xidmət orqanları hətta bizim tanınmış şairlərimizi Fəridlə Şəhriyarı da uzun müddət saxlamışdılar. Nəyəsə məcbur etmək istəyirdilər. Tanınmış jurnalistlərimizi də saxlayıblar, şantaj ediblər, hətta onlar aradan çıxmaq üçün razılaşıblar, amma sonradan gəlib dövlətə etiraf ediblər, cinayət məsuliyyəti daşımayıblar. Xüsusilə bilirəm ki, İran Almaniyada din bayrağı adı altında xüsusi işlər görür. Almaniyada azərbaycanlılara təsir etmək üçün başqa məzhəbdən olanları özlərinə cəlb edirlər. Oradakı azərbaycanlıları Azərbaycana qarşı çıxarmaq üçün işlər görürlər. Ola bilsin ki, Fəridə qarşı da Almaniyada yaşadığına görə bu istiqamətdə işlər görürlər ki, özlərinə məxfi əməkdaş etsinlər, Almaniyada tapşırıqları yerinə yetirsinlər. Burada daha çox məntiqli görünən versiyalardan biri İran xüsusi xidmət orqanlarının məhz azərbaycanlı olan gənclərin harada fəaliyyət göstəməsindən asılı olmayaraq onlara xidmət göstərməsinə nail olmaq cəhdləridir. Çünki bu, İranın xüsusi xidmətlərinin metodlardan biridir. Onlar üçün məxfi informasiya daşıyıcısı önəmli deyil, onlar üçün siravi insanın belə tapşırıqları yerinə yetirməsi kifayətdir. Əsasən də ideologiya ilə bağlı, misal üçün, bir evdar qadın belə çıxıb məscidin qarşısında bunlara "ağam" desin, bunlara bəs edəcək. Hətta bu istiqamətdə cəlbetmələrlə məşğuldurlar".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub: “Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı F.Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
|