“Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq” - AÇIQLAMA
Tarix: 26-12-2023, 14:00 | Çap et
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 15-ə çatıb. MSK dekabrın 21-də namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq. Adətən prezident seçkilərində siyasətçilər öz namizədliyini irəli sürür. Amma budəfəki seçkilərdə iştirak etmək istəyən namizədlər arasında iqtisadçı-ekspertlərin də adına rast gəlirik. Həmin şəxslərdən biri də prezident seçkilərinə namizədliyini öz təşəbbüsü ilə irəli sürən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifovdur. Onun fikrincə, prezident seçkilərinə qatılmaq bir insanın həyatında çox önəmli hadisədir. F.Yusifov axar.az-a açıqlamasında əsas rəqibinin (İlham Əliyev - red.) çox güclü olduğunu da vurğulayıb: “Seçkiyə qatılmaq qərarı verən hər bir kəs anlamalıdır ki, bu, sıradan bir seçki deyil, bir dövlətin başında dayanmaq uğrunda yarışa qatılmaqdır. Bu səbəbdən seçkinin məsuliyyəti yetərincə böyükdür. Azərbaycan xalqına Qarabağ zəfəri qazandırmış İlham Əliyevin qarşısında şansımın böyük olacağını düşünmürəm. Ancaq buna baxmayaraq, bu seçkidə iştiraka üstünlük verirəm. Bu platformadan edəcəyim çıxışlarla ölkə iqtisadiyyatına və onun maliyyə sektoruna daha çox töhfə verə biləcəyimi düşünürəm”. İqtisadçı-alim prezident seçkisi zamanı təqdim edəcəyi proqramından da bəhs edib: "Mən ölkə iqtisadiyyatının və onun maliyyə sektorunun bütün problemlərini, onların həlli yollarını bilirəm. Seçkiyə getməkdə də əsas məqsədim bu seçki platformasından istifadə edib, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edə biləcək iqtisadi islahatlar proqramımı cəmiyyətə təqdim etməkdir”.
Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, qanunvericilikdə buna bir qadağa yoxdur. İstənilən şəxs öz təşəbbüsü ilə prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürə bilər: “Amma onların namizədliyinin qeydə alınıb-alınmayacağı sual altındadır. Proses çox çətindir. Bunun üçün 40 min artıq imza toplamaq lazımdır və bu imzalar 60 seçki dairəsini əhatə etməlidir. Amma ümumi yanaşsaq, müxtəlif sahələr üzrə ixtisaslaşan ekspertlərin seçkilərdə namizəd olaraq iştirak etmək istəyi təqdirəlayiqdir. Hesab edirəm ki, seçki prosesindən istifadə edərək iqtisadi problemlərin həlli yolları ilə bağlı diskussiyalar da açmaq olar. Azərbaycan dövləti ən böyük problemini, Qarabağ münaqişəsini həll edib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Bu, çox böyük bir nailiyyətdir. Hökumətin qarşısında duran ən böyük vəzifə iqtisadi yüksəliş və rifah dövlətinin qurulmasıdır. Bu problemin həlli üçün də iqtisadçıların fikirləri, təklifləri əhəmiyyətlidir. Ümid edirəm ki, seçki prosesində əsas müzakirə mövzusu məhz iqtisadi problemlərin həlli yolları olacaq”.
Seçkilərdə iştirakın müxtəlif formaları olduğunu xatırladan N.Cəfərli deyib ki, Real Partiyası Prezident seçkilərindən kənarda qalmayacaq. Onun sözlərinə görə, REAL-ın Gənclər Təşkilatı müşahidəçi institutunun formalaşdırılması üçün seçki prosesindən istifadə edəcək: “Çünki prezident seçkisindən bir neçə ay sonra parlament seçkilərinin keçiriləcəyi istisna deyil. Parlament seçkilərinə hazırlıq çərçivəsində isə bizim yüzlərlə müşahidəçiyə ehtiyacımız olacaq. Partiya olaraq ilkin qərarımız odur ki, müşahidəçilik institutunun genişləndirilməsi, müşahidəçilərin təcrübə toplaması, protokolların yazılması, məntəqələrin tanınması kimi sahələrdə təcrübə əldə edilsin. Hətta müşahidəçi statusunda iştirak edəcək gəncləri artıq Mərkəzi Seçki Komitəsində qeydiyyatdan keçiririk. Bundan əlavə partiya üzvlərinə çağırışımız da olacaq ki, REAL üzvləri seçkilərdən kənarda qalmasın. Hər kəs seçki prosesində aktiv iştirak edib istədiyi namizədə səs versin. REAL-ın öz namizədinin olub-olmayacağı sualına gəldikdə isə N.Cəfərli bu məsələnin müzakirəsinin hələ ki açıq qaldığını deyib: “REAL-ın İdarə Heyətində 8 üzv var. Onların 3-ü seçkilərdə öz namizədimizlə iştirakın əleyhinə, üç nəfər lehinə, 2 nəfər isə bitərəf qalmışdı. Həftənin sonuna yaxın İdarə heyəti təkrar toplaşıb bu mövzunu müzakirə edəcək. Prezident seçkilərinə REAL Partiyasının öz namizədi ilə iştirakının müsbət və mənfi tərəfləri ilə bağlı bütün nüansları müzakirə etdikdən sonra, Yeni il ərəfəsində ictimaiyyətə məlumat veriləcək. Lakin istənilən halda bəzi partiyalar kimi boykot çağırışımız olmayacaq. Siyasi partiyaların prezident seçkilərini boykot etməsi məntiqsiz bir haldır. Bazanın təkmilləşdirilməsi, təcrübə nöqteyi-nəzərindən hər bir partiyanın seçkilərdə bu və ya digər formada aktivlik göstərməsi mühüm şərtdir". Qeyd edək ki, N.Cəfərli prezidentliyə namizəd olaraq özünün iştirakının müzakirə predmeti olmadığını deyib. Onun sözlərinə görə, REAL Partiyası prezident seçkilərində namizəd olaraq, sadəcə, İlqar Məmmədovun iştirakını müzakirə edir: “Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq. Əks halda partiya başqa şəxsin namizədliyini irəli sürməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32 |
|
|
|
|