Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                 

"Ən azı tarixə düşmək üçün gələn il keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etməyin özü şərəfdir" - Partiya sədri
Tarix: 29-12-2023, 08:15 | Çap et
"Ən azı tarixə düşmək üçün gələn il keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etməyin özü şərəfdir"
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini irəli sürənlərin sayı artmaqdadır. Namizədliyini irəli sürmüş şəxslərdən biri də “Olaylar” qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuzdur. Yunus Oğuz öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. O, 2023-cü ildə fəaliyyətini dayandıran Milli Vəhdət Partiyasının sədri olub. Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək. İndiyədək 16 nəfər namizədliyini irəli sürüb.
Namizədliyini irəli sürməsi ilə bağlı "Sherg.az"a danışan Yunus Oğuz deyib ki, növbədənkənar prezident seçkisi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu dövrə təsadüf edir. Onun sözlərinə görə, əvvəlki seçkilərin heç biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu dövrdə keçirilməyib:

"Ən azı tarixə düşmək üçün gələn il keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etməyin özü şərəfdir. Mənim ideoloji platformam var və onun həyata keçməsi üçün ictimai rəyə çatdırmaq lazımdır. Çünki bu platforma çox gərəklidir və Azərbaycanın gələcək taleyini müəyyənləşdirən məsələdir. Hər halda normaldır ki, Azərbaycan vətəndaşı kimi prezidentliyə namizədliyimi verirəm. Özü də partiya üzvlüyü ilə yox, fərdi qaydada namizədliyimi irəli sürürəm. Partiyamız fəaliyyətini dayandırıb. Namizədlərin çoxluğu ondan xəbər verir ki, əqli və psixoloji tarazlığı pozulmayan istənilən vətəndaş seçkidə namizəd ola bilər".
Y.Oğuz hələlik imzatoplama mərhələsində olduqlarını söyləyib: "Seçki Qərargahımız, səlahiyyətli nümayəndələrimiz var. Proses gedir, hələ 10 gün vaxtımız var. İmzalar toplanıb MSK-ya veriləndən sonra neçə namizədin təsdiqlənəcəyi bəlli olacaq. Namizədliyini irəli sürənlərin sayının çoxluğu müstəqil dövlətdə demokratiyanın və söz azadlığının təntənəsi kimi başa düşülür. Namizədliyi təsdiqlənənlər öz sözlərini, fikirlərini deyəcək, təbliğatlarını aparacaqlar. Hər kəs öz potensialını göstərə bilər. Ən azı fikirlərimizin lokomotivi, trendi nə olacaq, bunu cəmiyyətə, siyasi aləmə və dünyaya çatdıra bilərik".
Həmsöhbətimiz vurğulayıb ki, seçki təbliğatı televiziya, qəzet və saytlar, həmçinin sosial şəbəkələr üzərindən həyata keçiriləcək: "Təbliğatımızı bunlar vasitəsilə aparacağıq. Nə mümkündürsə, edəcəyik".
Yunus Oğuz seçkidə namizədlə iştirak etməyən bəzi partiyaların "biz resurslarımızı parlament, bələdiyyə seçkisinə saxlamışıq" fikirlərinə də münasibət bildirib: "Mən bu cür açıqlamaları qənaətbəxş hesab etmirəm. Partiyalar növbədənkənar prezident seçkisində iştirak etməklə eyni zamanda parlament və bələdiyyə seçkilərinə də hazırlıq görmüş olarlar. Öz komandalarını yenidən gözdən keçirərlər, rayonlarda, kəndlərdəki vəziyyətlə tanış olarlar, kimlərin onlara dəstək olacağını, səs verəcəyini görərlər. Bunun özü gələcək seçkilər üçün ən yaxşı hazırlıqdır. 40-45 min imza toplamağın özü ağır prosesdir. Məsələn, partiyaların qeydiyyatı üçün 5 min üzv tələb olunurdu. İndi bəziləri deyir ki, 5 min üzv toplaya bilmədilər, partiyanı buraxdılar. Bizim partiyanın bununla bağlı problemi yox idi, özümüz qərar verərək fəaliyyətimizi saxladıq. Düşünürəm ki, partiyaların seçkilərdə iştirakı vacibdir. İnsanlarla görüşmək, onları inandırmaq lazımdır ki, adamlar sizə etimad göstərsinlər və qarşıdakı parlament, bələdiyyə seçkilərində səs versinlər. Başa düşürəm, vaxt azlığı oldu. Amma indi dünya qaynayır. İndiki dövrdə prezident seçiləcək şəxsə 7 illik mandat veriləcək. Azərbaycana etibarlı geosiyasət lazımdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru