'Bakı qanuni haqlarından bir addım geri çəkilməyəcək' - deputat
Tarix: 16-01-2024, 06:23 | Çap et
Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında Prezident İlham Əliyevin yerli mediaya açıqlamasında toxunduğu məqamlara dair fikirlərini söyləyib. Baş nazir iddia edib ki, Bakının son bəyanatları sülh prosesinə ciddi zərbədir. Paşinyan bildirib ki, Bakı və İrəvan qəti şəkildə razılaşıb ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır. Onun sözlərinə görə, Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir: "Almatı Bəyannaməsində məhz belə deyilir: - Sovet ittifaqı dağıldı, dövlətlər öz ərazilərində müstəqillik əldə etdilər, sovet dövlətləri arasında inzibati sərhədlər dövlət sərhədinə çevrildi". Paşinyanın qənaətincə, bu o deməkdir ki, sərhədin demarkasiyası prosesi sərhəd yaratmaqdan deyil, 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq mövcud olan sərhədlərin bərpasından gedir. Qeyd edək ki, Nikol Paşinyan bu vaxta qədər 1975-ci il (1974-78-ci illər) xəritələrindən istifadə ilə delimitasiya və demarkasiya prosesinin aparılmasını təklif edirdi. Lakin Prezident Əliyev İrəvanın niyə bu təklifdə israr etdiyini detallarına qədər aydınlaşdırdıqdan sonra Nikol Paşinyan “Almatı prinsipini” rəhbər tutmağa başlayıb. Baş nazir həmçinin iddia edib ki, Bakı 4 kəndini istəyirsə, İrəvan da Azərbaycan tərəfinin "işğal" etdiyi 32 kəndi tələb edir: "Azərbaycan 4 kəndin, Ermənistan isə Göyçə rayonu ərazisi də daxil olmaqla, həyati əhəmiyyətli əraziləri Azərbaycanın nəzarətində olan 32 kəndin məsələsini qaldırır. Başkənd 30 ildir ki, Azərbaycanın “işğalı” altındadır. Biz xəritəni canlandırmalıyıq və yeni razılaşmalar əldə etməliyik”. Ermənistan baş naziri bildirib ki, Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. Vurğulamaq lazımdır ki, Paşinyan “32 kənd məsələsi” ilə sadəcə olaraq manipulyasiya edir. “32 kənd” dediyi ərazilər işğal olunmayıb, sadəcə, “nəzarət edilir” ki, bu da heç bir halda mübahisə predmeti ola bilməz. Yüksəkliklər Azərbaycan ərazisidir və əgər bu erməni kəndləri Azərbaycana aid yüksəkliklərin yaxınlığında yerləşirsə, bunun eksklavların qaytarılmasına heç bir aidiyyəti yoxdur. Görünür, Paşinyan yenə də siyasi müstəvidə oyunlara başlayıb. Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan "Bakı sülhə zərbə vurur” bəhanəsi ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Deputat vurğulayıb ki, 10 noyabr üçtərəfli bəyannaməyə əsasən, Ermənistan öz ərazisindən Naxçıvana və əks istiqamətdə Azərbaycan vətəndaşlarının, avtomobillərinin maneəsiz keçidini təmin etməlidir. Ancaq 3 ildən artıq müddət ötməsinə baxmayaraq, həmin bənd icra olunmur:
"Nikolun bunu İranla əlaqələndirməsi, nəqliyyat, kömrük tariflərinin tətbiq edilməsi tələbi cəfəngiyyatdan başqa bir şey deyil. Adama deyərlər, "öhdəlik götürmüsən, imza atmısan, zəhmət çək, yerinə yetir". Əks halda Laçın nəzarət-buraxılış postunun qoyulmasını, Fərrux dağı və digər əməliyyatları, separatçıların məhvini yada salsınlar. Paşinyanın sərhədlərin delimitasiyasında hansı xəritələrin əsas götürülməsi, anklavların qaytarılması, 32 kəndi "işğal"da olması kimi absurd iddialarına cənab Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində aydınlıq gətirib. 30 il qonşu dövlətin torpaqlarını işğalda saxlamış və əlavə torpaqlar uğrunda müharibəyə hazırlaşan bir ölkənin başçısı hansı haqla işğaldan danışır? Sərhədlər konkret siyasi və xronoloji metodologiyalara əsasən müəyyənləşdirilməlidir. Paşinyan sovet Azərbaycanı və sovet Ermənistandan danışır, 1991-ci il Almatı Bəyannaməsinə istinad edir. SSRİ zamanında qonşu müttəfiq respublikalar arasında otlaq və örüş sahələrinin, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədləri üçün torpaqların müvəqqəti istifadəyə verilməsi təcrübəsi var idi. O dövrdə Azərbaycan əraziləri Ermənistana müvəqqəti olaraq verildiyindən, sovetlər dağılanda Almatı deklarasiyasında nəzərə alınmamışdı. Ona görə də Almatı deklarasiyasının və yaxud 1970-ci illərin xəritələrinin əsas götürülməsi ciddi yanlışlıq olardı. Prezident İlham Əliyev haqlı olaraq delimitasiya və demarkasiya proseslərinin uzun müddət davam edəcəyini bildirdi. Dövlət başçısı Gürcüstanla Azərbaycan arasında həllini tapmamış nöqtələrin qaldığını misal gətirdi. Amma bütün bunlar sülh müqaviləsinin bağlanmaması üçün bəhanə olmamalıdır. Paşinyanın görməli olduğu əsas məsələ isə sülh müqaviləsini, çərçivə sənədini dərhal imzalamaq və kommunikasiyaların açılmasını reallaşdırmaq olmalıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30 |
|
|
|
|