İlin sonunadək sülh müqaviləsi imzalanacaq - Zərdüşt Əlizadə
Tarix: 4-05-2024, 08:43 | Çap et
Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi istiqamətində atılan addımlar bir reallıqdır. Artıq ortada faktlar var və iki ölkə arasında ilkin mərhələdə 35 sərhəd dirəyi basdırılıb. Bu, tezliklə Bakı və İrəvanın sülh sazişi imzalayacağına və normallaşma prosesinin uğurla davam edəcəyinə ümidləri artırır. Azərbaycanla Ermənistan arasında danışıqların birbaşa və ikitərəfli davam etməsi də nəzərdə tutulan yaxınlaşmaya impuls verir. Onillər ərzində beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən görüşlərin tərəflərə heç bir faydası olmadı, lakin rəsmi Bakı ilə İrəvanın birbaşa, vasitəçilərsiz danışıqları məhsuldar nəticələr verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib: “Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər”. Bu günlərdə Ermənistan parlamentində müxalifət sayılan qruplaşmanın demarkasiyaya dair bəyanat layihəsi rədd edilib. Layhənin müəllifi keçmiş prezident Robert Koçaryanın sponsoru olduğu “Hayastan” fraksiyasıdır. Onlar baş verənləri təhrif etməklə ölkədə qarşıdurma yaratmağa, eyni zamanda hökumət başçısı Nikol Paşinyanı istefaya göndərməyə çalışıblar. Göründüyü kimi, Azərbaycanın bütün ərazisi üzərində suverenlik hüquqlarını bərpa etməsi bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlardan irəli gələn əsas vəzifələrdən biri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Cənubi Qafqazda təhlükəsizliyin bərpasını təmin etməkdir. Bölgədə sülhün bərqərar olması ilk növbədə bölgə ölkələrinin mənafeyinə xidmət edəcək. Politoloq Zərdüşt Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında bütün məsələlər ikitərəfli, qarşılıqlı razılaşma əsasında həllini tapır. Ekspert vurğulayıb ki, artıq delimitasiya, hətta demarkasiya prosesi başa çatıb: "Əminəm ki, bundan sonra tərəflər qarşılıqlı şəkildə müzakirələri davam etdirərək problemləri həll edəcək və irəliyə doğru gedəcəklər. Razılaşmanın nəzəri əsası nəhayət ki, tapılıb. Bu da Almatı Bəyannaməsidir. Tərəflər razılaşıblar ki, proses mövcud xəritələr əsasında həyata keçirilsin. Azərbaycan tərəfi təklif edir ki, əhalinin sıx yaşadığı yerlərdə əvvəlki inzibati xəritələr, sərhəd xətləri onsuz da bəlli idi, sərhədlərin müəyyənləşməsi də həmin yerlərdən başlansın. Sərhədin 60-70 faizi delimitasiya və demarkasiya ediləndən sonra yerdə qalan 30-40 faizi yavaş-yavaş, qarşılıqlı güzəştlər əsasında həllini tapacaq. Əminəm ki, bu ilin sonunadək, COP29 tədbirindən əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Hətta COP29-da Ermənistan Baş naziri Nikol Paşinyanın Bakıya gələcəyini düşünürəm. Burada şişirdiləsi məsələ yoxdur. Dünya dövlətlərinin rəhbərlərinin əksəriyyəti Bakıya gəlirsə, Nikol Paşinyan niyə gəlməsin? Sülhdən sonra Ermənistan normal əməkdaşlıq edəcəyimiz qonşu dövlət olacaq. Aramızda müharibə olmayacaq. İrəvan-Bakı arasında sülh əldə olunandan sonra Ermənistanla Türkiyə arasında da sərhədlər açılacaq, sazişlər imzalanacaq, münasibətlər qurulacaq. Artıq bütün sənədlər hazırdır. Bu da Cənubi Qafqaz bölgəsinə əmin-amanlığın gəlməsi deməkdir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
• Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40 |
|
|
|
• Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33 |
|
|
|
• Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31 |
|
|
|
• “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29 |
|
|
|
• "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28 |
|
|
|
• Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20 |
|
|
|
• Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18 |
|
|
|
• MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16 |
|
|
|
• Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09 |
|
|
|
• "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55 |
|
|
|
• Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47 |
|
|
|
• Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40 |
|
|
|
• De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31 |
|
|
|
|