Qənirə Ataşovanın instagram hesabı bərpa olundu .....                     Muxtar Respublikada nə baş verir? .....                     MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir .....                     Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq .....                     "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... .....                     Rusiyadakı azərbaycanlılar təhlükədə .....                     Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                     De sən öl, Həsən ağanın qohumuyam? .....                     Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                 

"Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir" - YOXSA...
Tarix: 25-05-2024, 08:53 | Çap et
"Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir"
“Türkiyənin İzmir şəhərində yas mərasimində yemək verilmə adətinin ləğvi barədə xəbəri eşitdik. Bu haqda həmişə düşünmüşəm, lakin çəkinmişəm ki, toylarda, yaslarda israfçılığın aradan qaldırılması barədə təkliflər versəm, bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Ona görə də bu haqda həmişə ehtiyatla söz demişəm. İndi isə dövlət orqanlarına deyil, şəxsən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət etmək istəyirəm ki, belə bir qərar qəbul etsinlər, yas mərasimlərində yemək vermək adəti yığışdırılsın. Bu, bahalıq şəraitində yaxını vəfat etmiş insanlara həddən artıq böyük yükdür. İnsanlara çox çətinliklər yaradır. Bilmirlər, dəfnlə məşğul olsunlar, yoxsa camaata yemək versinlər”. Bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. “Ümumiyyətlə, ehsana qarşı deyiləm. Kim ehsan vermək istəyirsə, müəyyən yerlərdə verə bilər. İmkanı olan şəxslər hansısa kəndə yol çəkilməsini həyata keçirə, yaxud qəbiristanlıq yolunu düzəldə, abadlıq işləri apara, kimsəsizlər evinə yardımlar edə bilərlər. Bəlkə, bu, vəfat edənin ruhu üçün daha xoş olar. Xahiş edirəm, bu təklifimə baxsınlar. Azərbaycanda yas mərasimlərində yemək vermək adətinin aradan qaldırılması barədə fətva versinlər”, - deputat bildirib.

Qeyd edək ki, hələ 2014-cü ildə Azərbaycanda “ehsan qadağası” tətbiq edilməyə başlamışdı. Belə ki, yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başladı, ehsan süfrələrinin açılmaması tövsiyə olundu. Hətta bəzi yerlərdə qadağaya riayət edilməməsi ilə əlaqədar sərt tədbirlərə əl atıldı. Bir müddət bu sahədə normal durum yaransa da, sonradan ənənəvi vəziyyət bərpa olunmağa başladı.

Bəzi yerlərdə məsələlər həllini tapdı. Məsələn, Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırıblar.

Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildiriblər.

Eləcə də ötən il Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcəyi açıqlanmışdı. Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildirimişdilər.

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, məsələ ilə bağlı müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinə ehtiyac var: “Əslində bu məsələ uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur. Mən də dəfələrlə bu mövzunu mediada səsləndirmişəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinə ehtiyac var.

Əslində Qafqaz Müsəlmanları İdarəsinin yas yerlərində israfçılıqla bağlı çağırışları olub. Burada cəmiyyətin də üzərinə ciddi vəzifə düşür. Burada iki istiqamətdə iş getməlidir. Birincisi, ya biz cəmiyyət olaraq bu məsələlərdə fəal iştirak etməliyik, Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir, ya da məsələ qanunvericilik formasında tənzimlənməlidir. Bu gün cəmiyyətin böyük bir hissəsi bu məsələdən əziyyət çəkir, israfçılıqla üz-üzədir. Bu yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə özünü açıq-aydın göstərir. Bu baxımdan, biz bu məsələyə ciddi yanaşmalıyıq və düşünürəm ki, iki yoldan birini seçməliyik.

Bununla bağlı fətva da verilə bilər. Amma hesab edirəm ki, təkcə fətvanın verilməsi vəziyyətdən çıxış yolu deyil. Qeyd etdiyimiz məqamlar, məsələlər hər biri ciddi şəkildə və dəqiqliklə nəzərə alınmalıdır".

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə mövzuya bu cür şərh bildirib: “Azərbaycanda uzun illər əvvəl bəzi bölgələrdə yas mərasimində yemək ləğv olunub. 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkə üzrə yeməkli ehsan süfrələrinin qadağan edilməsi kampaniyası başlayıb. Ancaq müəyyən zamandan sonra bəzi rayonlarında yenə bərpa olunub. Bu, dini məsələ deyil. Dində dəfn qaydaları müəyyən olunur. Ehsan süfrələri isə belə demək olarsa, xalq adətidir. İnsanlar dünyasını dəyişənin adına süfrə açıb, başsağlığı üçün gələn insanlara adət olaraq yedirib yola salıb. Ancaq zamanla bu adət bütün digər adət-ənənələrimiz kimi məqsədini aşıb, israf elementləri müşahidə olunub. Bunu aradan qaldırmaq üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Məcburən, inzibati qaydada bu cür adətləri ləğv eləmək mümkün deyil. Üstəlik, tamamilə ləğv eləmək də mümkün deyil, çünki qonağa süfrə açmaq adətdəndir. Bunu insanlara qadağan eləmək olmur. Sadəcə, israfçılıq aradan qaldırmalıdır. Dediyim kimi, bunu yalnız maarifləndirmə işləri ilə etmək olar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20
Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18
MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16
Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59
Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru