Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... .....                     Bu gündən bəzi məktəblərdə dərslər başlayıb .....                     Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... .....                     Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... .....                     Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... .....                     “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib .....                     "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" .....                     Qənirə Ataşovanın instagram hesabı bərpa olundu .....                     Muxtar Respublikada nə baş verir? .....                     MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir .....                     Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq .....                     "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... .....                     Rusiyadakı azərbaycanlılar təhlükədə .....                     Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                     De sən öl, Həsən ağanın qohumuyam? .....                     Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                 

“Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da” - Sərdar Cəlaloğlu
Tarix: 12-06-2024, 15:30 | Çap et
“Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da”
Rusiya Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi şəhərində baş konsulluq açmaq niyyətini bəyan etdikdən sonra məsələ ətrafında müzakirə səngimir. Azərbaycanın əksər siyasiləri, təhlükəsizlik üzrə mütəxəssislər bunun indiki məqamda ölkəmiz üçün xeyirli olmadığı, əksinə, təhlükə vəd etdiyi fikrini bölüşürlər. Amma Rusiyanın Qarabağda konsulluq açmasının çox da təhlükəli olmadığını dilə gətirənlər də var.

Qeyd edək ki, Rusiya Parlamentinin yuxarı palatasının - Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin ötən ayın sonlarında Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu barədə fikir səsləndirib.

“Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir. Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı deputat bildirib.

Onun sözlərinə görə, Baş Konsulluğun 2024-cü ildə açılması ideal olardı: “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”.

Siyasətçi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AYNA-ya müsahibəsində deyib ki, bu, Rusiyanın xoş olmayan planıdır:

- 200 il əvvəl Azərbaycan parçalanandan, işğal olunandan sonra Rusiyanın birinci işi Qarabağda rus hərbi qarnizonunu yaratmaq oldu. Sonradan erməniləri bölgəyə gətirdilər. SSRİ dövrü aydındır, erməni mövcudluğu ilə Qarabağı nəzarətdə saxladılar. SSRİ-nin süqutunun başlanğıcı illərində isə Qarabağda xüsusi rejim yaratdılar, separatizmi alovlandırdılar və s. Rusiyanın Qarabağla bağlı siyasətinin tarixinə baxanda dəhşətə gəlməmək mümkün deyil. Rusiya dövlətinin Qarabağı nəzarət altında saxlamaq barədə 200 illik zəncirvari planı var. İndiki dövrdə həmin planın bir hissəsi Rusiya hərbçilərinin sülhməramlı adı altında bölgəyə gətirilməsi idi. 44 günlük müharibədən sonra Qarabağa yerləşdirilən Rusiya hərbi kontingenti dəyişən şərait, geosiyasi dəyişikliklər, atılan addımlar nəticəsində bu il bölgədən çıxdı. Daha doğrusu, çıxmağa məcbur oldu. Hərbçiləri çıxan Rusiya Qarabağda varlığını saxlamaq üçün konsulluq adı altında bölgədə mərkəz yaratmaq istəyir. Hesab edirəm ki, buna yol vermək, icazə vermək olmaz. Çünki konsulluğun fəaliyyət göstərməsi Qarabağdan çıxan sülhməramlılardan daha təhlükəlidir.

- Bunda hansı təhlükələr var?

- Birincisi, bu konsulluğun açılması ilə bağlı fikirlərin deyilməsi qaydasına baxın. Milli Məclisin komitə sədri Səməd Seyidovla görüşdə Qaluzin deyib ki, 2024-cü ildə Rusiya Qarabağda konsulluq açacaq, Azərbaycandan da buna kömək istəyib. Adam demir ki, icazə istəyirik, deyir kömək istəyirik. Qaluzinin dediyi odur ki, onsuz da Qarabağda Rusiya konsulluq açacaq. Qaluzin kimdir ki, Azərbaycan dövlətinin razılığı olmadan, siyasi iradə olmadan Rusiyanın Qarabağda konsulluq açacağını desin?! İkincisi, niyə Rusiya məhz 2024-cü ildə konsulluq açmaq istəyir? Çünki rus əsgərləri bu il Qarabağdan çıxdılar və proses davam edir. Deməli, Rusiya əsgərinin çıxması ilə paralel olaraq, Rusiya diplomatiyası bölgəyə yerləşmək istəyir. Məlumdur ki, konsulluq təkcə diplomatik xidmətlə məşğul olmur, konsulluq adı altında kəşfiyyat işləri həyata keçirirlər. Bu mənada, konsulluğun fəaliyyəti sülhməramlıların fəaliyyətindən daha təhlükəli sayılmalıdır.

- Yeri gəlmişkən, Qarabağda Rusiya vətəndaşları yoxdursa, diplomatik yardım kimlərə göstəriləcək?

- Əsas məsələ də budur. Qaluzinə demək lazımdır ki, sizin konsulluq Qarabağda kimə diplomatik xidmət göstərəcək, diplomatik yardım edəcək?! Məsələ budur ki, Rusiya Qarabağa “diplomatik nəzarət” imkanı əldə etmək istəyir. Rusiya 44 günlük müharibədən sonra gah bəyan etdi ki, Qarabağda slavyan icması var, gah dedilər ki, Qarabağda Rusiya vətəndaşı olan ermənilər var və s. İndi burada məqsəd odur ki, Rusiya vətəndaşı olduğunu iddia etdiyi erməniləri Qarabağa qaytarsın, onlara konsulluq xidməti göstərsin. İkinci məqsəd Azərbaycanın Qarabağ bölgəsində casus şəbəkəsi yaratmaqdır.

Yenə deyirəm, məlumdur ki, konsulluqların böyük əksəriyyəti casusluq fəaliyyəti ilə məşğul olur. Bu, sirr deyil və dünyada dəfələrlə konsulluqlardakı casus şəbəkələri ilə bağlı qalmaqallar yaşanıb. Ən önəmlisi odur ki, Azərbaycanın icazəsi olmadan Rusiya Xankəndidə konsulluq açırsa, bu, o deməkdir ki, Azərbaycanın maraqlarına və iradəsinə zidd istənilən addımları atacaqlar. Ermənilərin Qarabağa qaytarılması, yaxud Azərbaycanın nəzarətindən kənar şəkildə ermənilərlə müxtəlif əlaqələrin yaradılmasını bu konsulluq vasitəsilə həyata keçirə bilərlər.

- Amma bəzi ekspertlər, partiya sədrləri Qarabağda Rusiya konsulluğunun açılmasının elə də təhlükəli olmadığını deyirlər...

- Bu, absurd yanaşmadır. Azərbaycanda elə politoloqlar, partiya sədrləri var ki, Azərbaycan dövlətinin və millətinin əleyhinə hansısa xəyanətə haqq qazandırmaq tapşırılsa, çıxıb buna haqq qazandıracaqlar. Həm də tamamilə “elmi” şəkildə “arqumentlərlə” çıxış edəcək, deyəcək ki, bu, Azərbaycan xalqının xeyirinədir. Yəni o potensialda siyasilərimiz təəssüf ki, var. Necə ki, Rusiya 44 günlük müharibədən sonra qoşunlarını sülhməramlı adı altında Qarabağa yeridərkən, bunun Azərbaycanın xeyirinə olduğunu deyirdilər. Halbuki son 4 ildə sülhməramlılar Azərbaycana nə qədər ziyan vurdular, təxribatlar törətdilər, separatçılara yardımlar etdilər.

Təsəvvür edin ki, Qarabağa, Xankəndiyə hələ nə qayıdış var, nə köç var, amma Rusiya bizdən qabaq oraya getmək, konsulluq açmaq istəyir. Sual olunur: Rusiyanın Qarabağla bağlı həyəcanının səbəbi nədir? Səbəb bəllidir – təxribat, ərazilərimizə nəzarət, casusluq. Bir sözlə, xoş niyyət yoxdur.

Düşünürəm ki, nəinki indi, bundan sonra 50 il Qarabağda Azərbaycan dövlətindən başqa hər hansı dövlətin hər hansı şəkildə mövcudluğu olmamalıdır. Bu mövcudluq olacaqsa, o zaman konflikt bitməyəcək. Anlamaq lazımdır ki, Qarabağ problemi hələ bitməyib. Bunu həll edilmiş problem kimi qəbul etmək olmaz. Əgər Rusiyanın Qarabağda konsulluğu varsa, o zaman Moskva orada istədiyi oyunu oynayacaq. Çünki Rusiyanın Qafqazla bağlı siyasətinin əsas mərkəzlərindən biri elə Xankəndidir. Rusiyaya orada hansısa istinad nöqtəsi lazımdır. Ya Qarabağda ermənilər olmalıdır ki, Moskva onları ayağa qaldırsın, separatizmi körükləsin, konflikt yaratsın və toqquşmalar baş versin. Ya hərbi varlığı olmalıdır ki, təzyiq göstərsin. Ya da diplomatik mövcudluğu olmalıdır ki, bu pərdə arxasında Azərbaycana qarşı düşmənçilik etsin.

İndi Qarabağda erməni yoxdur, sülhməramlı adı altında da hərbçiləri çıxıb. Yerdə qalıb diplomatik mövcudluq ki, bunu təmin etmək istəyirlər. Ona görə də buna qətiyyən yol vermək olmaz. Bir şeyi bilmək lazımdır, Rusiyanın Azərbaycan xalqına və dövlətinə qarşı heç vaxt xoşməramlı niyyəti olmayıb, olmayacaq da.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40
Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33
Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31
“Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29
"Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28
Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20
Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18
MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16
Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59
Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru