“Mən onları silahdaşlarına xəyanət etməkdə günahlandırmışam” - Arif Hacılı
Tarix: 26-01-2015, 10:58 | Çap et
dia-az.life Müsavat Partiyasının başqanı Arif Hacılının Lent.az-a müsahibəsini təqdim edir: - Qarşıdan 2015-ci ilin parlament seçkiləri gəlir və siz bu ərəfələrdə bir sıra müxalifət partiyaları ilə görüşlər keçirdiniz. Müsavat partiyası olaraq, bu seçkilərə hər hansı bir siyasi blokun tərkibində getməyi hazırlaşırsınız, yoxsa təkbaşına ? - 2015-ci il parlament seçkilərinə xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, bu il ölkədə siyasi vəziyyət əsaslı sürətdə dəyişə bilər. Bunun üçün cəmiyyəti fəallaşdırmaq niyyətindəyik. Seçkilərdən əvvəl seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində də islahatların aparılması istiqamətində fəaliyyət göstərmək niyyətindəyik. Biz qeyd etdiyim sahələr üzrə siyasi partiyalarla əməkdaşlığa hazırıq, siyasi partiyalara funksional əməkdaşlıq təklifi irəli sürmüşük. Seçki blokunun yaradılmasına gəldikdə isə bu, bir az mürəkkəb məsələdir. Seçki blokunda yalnız ideoloji-siyasi xətti uyğun olan, hədəfləri yaxın siyasi partiyalar iştirak edə bilər. Təəssüf ki, Azərbaycanda Müsavat Partiyası ilə hədəfləri üst-üstə düşən siyasi partiyaların sayı çox azdır, amma hər halda biz seçki blokunun yaradılması ehtimalını istisna etmirik və buna da cəhd göstərəcəyik. Əgər seçki blokunun yaradılması mümkün olmasa, Müsavat təkbaşına öz namizədləri ilə seçkilərdə iştirak edəcək. - Sizin AXCP sədri Əli Kərimli ilə görüşünüzdən sonraAXCP funksionerləri Müsavatla hər hansı bir əməkdaşlıq müzakirə olunmadığını və bunun etika xətrinə bir görüş olduğunu bildirdilər. - Biz siyasətə peşəkar yanaşırıq və Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının resurslarının birləşdirilməsini zəruri sayırıq. Əgər bu ümumiləşdirilmə mümkün deyilsə, heç olmasa onların fəaliyyətinin uzlaşdırılmasına çalışırıq. AXCP sədri Əli Kərimli ilə görüşümüz də bu istiqamətdəki siyasətimizin həyata keçirilməsi yolunda bir addım idi. Mən öz mövqeyimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım, ancaq əgər, kimlərsə bizim bu konsepsiyamızı məqsədəuyğun saymırsa, bu, onların seçimidir. Kimlərsə özünütəcrid siyasəti yeritmək niyyətindədirlərsə, biz onları öz siyasətlərini dəyişməyə məcbur edə bilmərik. Biz bundan sonra da siyasi qüvvələrin resurslarının birgə fəaliyyətinə nail olmaq, müxalifətin içindən siyasi qarşıdurmanı çıxartmaq və müxalifət qüvvələrin səylərini hakimiyyətə qarşı birləşdirmək səylərimizi davam etdirmək niyyətindəyik. Hesab edirəm ki, bu yolda bizimlə eyni mövqedən çıxış edəcək qüvvələr olacaq. - Bu görüş barədə bəzi media orqanlarında yazıldı ki, guya gələcək əməkdaşlıq üçün Əli Kərimli sizdən Rauf Arifoğlunun Müsavat Partiyasından uzaqlaşması tələbini qoyub. Ümumiyyətlə, həmin görüşdə bu barədə müzakirə olubmu? - Bu və buna bənzər bəzi məsələlər mətbuatın uydurmasıdır. Bizim aramızda belə qeyri-ciddi məsələlər müzakirə oluna bilməz. - Nədənsə sizə qarşı olan qüvvələr həmişə belə bir iddia səsləndir ki, Arif Hacılı intriqabazdır və partiya daxilində parçalanmaya meyllidir. - Siyasətçi üçün pis cəhət onun unudulması ola bilər. Kimin tərəfindən deyildiyini xatırlamıram, ancaq tanınmış siyasətçilərdən biri deyib ki, əsas məsələ adımın və soyadımın düzgün yazılmasıdır, mənim haqqımda nə yazılmasının isə əhəmiyyəti yoxdur. Siyasətçi üçün ən vacib məsələ onun unudulmaması və onun apardığı siyasətin cəmiyyətdə müzakirə olunmasıdır. Mən 25 ilə yaxındır ki, peşəkar siyasətlə məşğulam. Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin və üzvü olduğum Müsavat Partiyasının mənafeləri nə cür siyasət aparmağımı tələb edibsə, o cür siyasət aparmışam. Bu gün də Müsavat başqanı olaraq Azərbaycan cəmiyyətinin və partiyamızın mənafeləri mənim ümumi barışdırıcı mövqedə durmağımı, siyasi qüvvələri bir araya gətirmək istiqamətində səy göstərməyimi, siyasi mübarizəni müxalifətin içərisindən çıxarmağa cəhd göstərməyimi tələb edir və mən bu tələblərə uyğun fəaliyyət göstərirəm. - Müsavat daxilində sizi istəməyən qüvvələr deyir ki, “Arif Hacılı İsa Qəmbərin kölgəsində gizlənir”. - Azərbaycanda birlikdə fəaliyyət göstərən siyasətçilər çox olub, ancaq zaman-zaman onlar bir-birlərindən ayrılıb və bir çox hallarda bir-birilərinə qarşı çox kəskin mövqedə dayanıblar. Mən 90-cı ildən ümumi siyasi proseslərdə İsa Qəmbərlə birlikdə fəaliyyət göstərmişəm, bir çox hallarda eyni mövqedən çıxış etmişik. Bizim bu cür münasibətlərimizin bu gün də davam etməsi Azərbaycan siyasət tarixinin fenomenal hadisələrindən biridir. İsa Qəmbər Azərbaycan siyasətinin ən önəmli simalarından biridir və əgər kimlərsə mənim adımın daim İsa Qəmbərlə birgə səsləndirməsini siyasətçi olaraq mənfi hal hesab edə bilər, mən belə hesab etmirəm. - Bəs İsa Qəmbər Arif Hacılının qərarlarına təsir edir? - Bilirsiniz, daim deyirdilər ki, Müsavat Partiyası ilə AXCP-nin isti münasibətlərinin yaranmasına Arif Hacılı maneçilik törədir. Amma bu günlərdə mətbuatda oxudum ki, guya mən AXCP ilə münasibətlərin yaxşılaşdırılmasını, müttəfiqlik münasibətlərinin qurulmasını istəyirəm, ancaq İsa Qəmbər buna imkan vermir. Ona görə bu fikirlər daha çox jurnalistlərin və bizi özlərinə opponent sayan siyasətçilərin uydurması kimi dəyərləndirməlidir. Müsavat Partiyası Azərbaycanda kollegial idarə olunan yeganə siyasi partiyadır. Bütün qərarlar kollegial olaraq qəbul olunur və təbii ki, Azərbaycan siyasətində ən mühüm simalardan olan İsa Qəmbər də Müsavat Partiyasında qəbul olunan qərarların müzakirəsində iştirak edir və onun da fikirləri müzakirələr zamanı nəzərə alınır. - Qurultaydan sonra seçkinin nəticəsindən narazı olanların istefaları Müsavatı bir qədər zəiflətdi. Arif Hacılı partiyanın əvvəlki əzəmətini qaytara bilibmi? - Səkkizinci qurultay partiyamız üçün keçid qurultayı idi. Bu qurultayda həm Müsavatın başqanı, həm də rəhbərlik tam heyətlə dəyişdi. Müsavat Partiyasının rəhbərliyinə yeni qüvvələr, siyasi xadimlər gəldi və istənilən quruluşun daxilində bu cür keçid prosesi fəsadlarsız ötüşmür. Düzdür, bu keçidin müəyyən fəsadları oldu, ancaq adətən nəsil dəyişmə prosesindən sonra istənilən quruluş güclənir, Müsavat Partiyası da istisna olmayacaq. Partiyamızda güclənmə prosesi artıq başlayıb və yaxın zamanlarda səkkizinci qurultayın ləngiməsi, nəsil dəyişməsi prosesi ilə əlaqədar ortalığa çıxan fəsadların yaratdığı problemlər tamamilə aradan qalxacaq. Müsavat Partiyası yeni nəfəslə, yeni güclə Azərbaycanda ümumi siyasi vəziyyətin dəyişməsində həlledici rol oynayacaq. - Qubad İbadoğlu bildirmişdi ki, təklifləri əsasında Müsavat Partiyasının 2015-ci il üçün fəaliyyət proqramı hazırlanıb. Bu partiya daxili problemlərin səngiməsi kimi qiymətləndirmək olar? - Müsavat Partiyası Azərbaycanda demokratik prinsiplərin əsasında idarə olunan yeganə partiyadır. Partiyanın bütün strukturlarında seçkilər alternativ qaydada, namizədlər elan olunmaqla gizli səsvermə yolu ilə keçirilir. Ona görə də, hər bir təşkilat üzvü Müsavat Partiyası strukturlarında partiyanın nizamnaməsinə və proqramına uyğun fəaliyyət göstərə bilər. Müsavat Partiyasının fəaliyyəti istiqaməti ilə bağlı sənədlərin layihəsini uzun illər mən hazırlamışam və mənim rəhbərlik etdiyim icra aparatı hazırlayıb. 2015-ci il üçün fəaliyyət istiqamətləri ilə əlaqədar sənəd də Müsavat Partiyasının icra aparatının nümayəndələri, başda Elman Fəttah olmaqla digər rəhbər şəxslər tərəfindən hazırlanıb, partiyanın divanında bu sənədə əlavə və dəyişikliklər edilib, partiyanın Məclisində müzakirə olunub və Məclisdə verilən təkliflər də fəaliyyət istiqamətində öz əksini tapıb. Mən bunu yalnız müəllif hüquqlarının tapdalanmaması baxımından qeyd etməyi zəruri sayıram. Partiyanın fəaliyyət istiqamətləri ilə əlaqədar məsələlər müzakirə olunarkən bir çox partiya üzvləri tərəfindən müəyyən təkliflər irəli sürülüb, Məclisdə də müəyyən təkliflər irəli sürüldü və bunlar nəzərə alındı. - Qurultaydan sonra partiya daxilində yaranmış narazılığa sabiq başqan qısaca olaraq belə münasibət bildirdi: “Kənardan necə görünməsindən asılı olmayaraq mübarizə Müsavat Partiyası ilə hakimiyyət arasında gedir”. Arif Hacılı bunu kənardan və daxildən necə görür? - Hakimiyyət dairələri Müsavat Partiyası haqqında daim düşünür, onun zəifləməsində maraqlıdır. Mənim 3 müavinim indi həbsdədir. Partiyamıza qarşı televiziya kanallarında, hakimiyyətə yaxın media orqanlarında kampaniyalar ara vermir. Eləcə də hakimiyyət dairələri Müsavatın içində konflikt yaratmaq və bu konfliktləri idarə etmək üçün çox səylər göstərir. Bu baxımdan Azərbaycanda əsas siyasi mübarizənin hakimiyyətlə Müsavat Partiyası arasında getdiyi göz önündədir. - Siz partiyadan gedənləri xəyanətkar adlandırdınız. Amma tərəfdarınız olmayan, lakin partiya üçün fədakarlıq edən gənclər bu sözünüzü onların illərdi apardığı mübarizəyə “qara ləkə” olduğunu bildirdilər. - Mən Müsavat Partiyasının üzvlərini xəyanətkar adlandırmamışam. Partiyadan çıxıb getmiş şəxsləri, artıq partiyasının üzvü olmayan şəxsləri Müsavat Partiyasına və partiyada olan silahdaşlarına xəyanət etməkdə günahlandırmışam. Bunlar fərqli məsələlərdi. Mən onları vətənə xəyanətdə və ya başqa məsələlərdə xəyanətkar olmaqda günahlandırmamışam. Bildirmişəm ki, Müsavat Partiyasına qarşı hakimiyyət tərəfindən bu qədər basqıların olduğu bir məqamda illər boyu birlikdə fəaliyyət göstərdikləri silahdaşlarını tərk edərək partiyadan çıxmaq və Müsavatı onun etmədiyi məsələlərdə günahlandırmaq – Müsavat Partiyasına qarşı xəyanətdir. - Tural Abbaslı bildirib ki, partiyada fraksiya yaradacaq. Bu barədə nə deyə bilərsiniz? - Müsavat Partiyasının nizamnaməsində fraksiya yaratması nəzərdə tutulmur. Ona görə də, partiya üzvləri fraksiya yaradılması ideyasına mənfi yanaşır. Fraksiyanın yaradılmamasının da əsas səbəbi də budur. Çünki bu ideyanın tərəfdarları çox azdır. Bir dəfə bu fikri səsləndirmişəm, bir daha təkrar edirəm ki, kimsə partiyanın içində hansısa qruplar, fraksiyalar yaratmaq istiqamətində fəaliyyət göstərəcəksə, bu adamlar partiya üzvlərinin özlərinə olan etimadı daha da itirəcəklər. Bu, həm də mənim təcrübəli bir siyasətçi kimi ekspert rəyimdir. - Siz başqan seçildikdən sonra sabiq başqan İsa Qəmbər yenə öz kabinetində qaldı, amma digər namizədlər seçiləcəkləri təqdirdə sabiq başqandan kabineti təhvil alacaqlarını bildirirdilər. - Mənim hədəfim kabinet deyil, mənim hədəflərim çox böyükdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
|