“Bu gün mənə desələr ki, gəl baş nazir ol, deyərəm ki, məni ələ salmısınız?”
Tarix: 13-04-2015, 09:03 | Çap et
Keçmiş baş nazir Rəhim Hüseynovun Moderator.az saytına və "Hürriyyət" qəzetinə verdiyi müsahibənin ikinci-sonuncu hissəsini təqdim edirik:
Əvvəli BURADA
-Bu cür sərt devalvasiyaya getməyə ehtiyac vardımı?
-Xeyr, yox idi. Mən bu işlərə qarışmıram. Istəmirəm ki, heç fikir də bildirim. Amma bu barədə fikir bildirmək üçün iqtisadiyyatı bilməyə də ehtiyac yoxdur, belə bir addıma gərək yox idi.
-Hələ 2009-cu ildə qlobal maliyyə böhranı yenicə başlayanda o vaxtkı Hesablama Palatasının sədri Milli Məclisdə belə bir ifadə işlətmişdi ki, böhran Azərbaycan iqtisadiyyatına sürtünüb keçdi. Amma bu dəfə deyəsən böhran iqtisadiyyatımızı ortadan dəlib keçdi...
-Bilirsiniz, heç kimə sirr deyil ki, bizim iqtisadiyyatımız neftdən asılıdır. Mərkəzi Bank da bilmirəm nəyə əsaslanıb belə bir oyun çıxardı və manatın məzənnəsini korladı. Hökumət gərək suyu üfürə-üfürə içərək kövrək dayaqlar üzərində dayanan iqtisadiyyatımızın təlatümə düşməməsi, az maaş alan imkansız təbəqənin bu dəyişikliklərdən əziyyət çəkməməsi üçün önləyici tədbirlərdən sonra belə bir addım ataydı.
-Manatın məzənnəsinin hələ xeyli düşəcəyi və az qala bir dolların 3 manat səviyyəsində qərarlaşacağı proqnazlaşdırılır. Sizin qənaətinizə görə, Mərkəzi Bank obrazlı desək, manatın arxasından əlini çəksə onun real məzənnəsi təxminən nə qədər olar?
-Əgər siz dediyiniz kimi manatın məzənnəsi bu templə düşsə, iqtisadiyatımız da çox zərər görəcək, millətimiz də. Əksinə, Azərbaycan kimi ölkələrdə Mərkəzi Bank çalışmalıydı ki, qeyri-təbii yolla olsa belə manat dollardan həmişə baha, heç olmasa onunla bərabər olsun. Mərkəzi Bankın da bunu etməyə imkanı vardı, amma buna baxmayaraq tamam fərqli addım atıldı.
-Axı Elman Rüstəmov Milli Məclisdə and-aman etdi ki, bu addımı atmasaydıq, qısa zamanda 12 milyardlıq rezervimizin yerində siçanlar oynayacaqdı...
-(əsəbi şəkildə) O Mərkəzi Bankın sədrini dəyişmək lazım idi. Neçə il idi işləmişdi, onu kənarlaşdırmaq doğru olardı. Elə bu zibilləri çıxaran da odur. Onların hamısı mənimlə işləyiblər, hamısını yaxşı tanıyıram. O yaxşı bankirdir və bank işini yaxşı bilir, amma gərək ona ciddi tapşırıq verilsin ki, bu addımlara görə cavab verəcəksən, eksperimentlə iqtisadiyyatımızı risk altına atma. Özü də Mərkəzi Bank bu gün çoxlu pullar qazanır. Özü də Mərkəzi Bankın əlavə pullar cəlb etmək üçün o qədər potensialı var ki. Sadəcə nədənsə bu addımlara əl atılmır. Başqa bir problem bizim zavod və fabriklərimizin işləməməsidir. Bir şeyi hökumət anlamalıdır ki, istehsalat hərəkətə keçməsə heç nə yaxşılığa doğru dəyişən deyil.
-Qeyri-neft sektorunun inkişafı barədə nə deyərdiniz?
-Qeyri-neft sektoru çox bərbad və deyərdim ki, yox səviyyəsindədir. Mən rayonlara çox gedirəm. Camaat artıq əkin-səpinin başını buraxıb. Çoxları bilmir kartofu, pomidor-xiyarı harda əkib-becərirlər. Rayonlarda əhali heç əlinə bel də almır. Halbuki Lənkəran sovetlər dönəmində adla deyilən böyük baza idi. İndi isə kənd təsərrüfatı əldən gedir. Taxılçılıqda bizim dövrümüzdə çox böyük inkişaf vardı, indi tamam fərqli vəziyyətdir. Balıqçılıq ad çıxarmışdı, indi bilən yoxdur ki, bu sahə var, ya yoxdu. Bilirsiniz, indi də bu sahələrdə iş gedir, amma kimlərsə monopoliyaya alıb və bilən yoxdur ki, gəlirlər hara gedir, kimin cibinə axır.
-Sizin vaxtınızda Azərbaycanda kölgə iqtisadiyyatının həcmi nə qədər idi? Bəs indi nə qədər olar təxminən?
-Dəqiq demək çətindir. Bir də ki, gördüm sözüm eşidilmir, ona görə də bu məsələlərə o qədər də qarışmıram. Bilirsiniz, gərək iqtisadiyyatı elə adamlar idarə etsin ki, onlar bütün varlıqlarıyla bu sahəyə bağlı olsunlar, işləməyə enerjiləri və səriştələri kifayət etsin. Bax sizə bir şey deyim. Bir neçə gün öncə-aprelin 5-də mənim 79 yaşım tamam oldu. Bu gün mənə desələr ki, gəl baş nazir ol. Bunlara deyərəm ki, məni ələ salmısınız, 79 yaşda baş nazir işləmək olar? Baş nazir gərək 60-65 yaşdan çox olmasın. Əgər o doğrudan da dövlət xadimidirsə özü desin ki, axı belə olmaz. Deməlidir ki, mənim yerimə elə bir adam qoyun ki, heç olmasa 10-15 il işləmək potensialı olısun. Bu günki baş nazir məndən 5 yaş kiçikdir. Mən onu özümə müavin götürəndə özü anket yazmışdı ki, mən 1931-ci ildə anadan olmuşam. Amma deyirlər bu yaxınlarda 80 yaşı tamam olub. Bu qədər yalan olar? Mən də dedim ki, o ya özü yaşını düzəldib, ya da pasportunu dəyişdirib. İş onda deyil ey, Allah ömür versin hələ 50 il də yaşasın, amma gərək adamda bir qürur da olsun ki, hər şeyin vaxtını-vədəsini bilsin. Özü də bizdə bu gün o qədər peşəkar və orta yaşlı kadrlar var ki. Amma o bu yaşda baş nazirlikdən imtina etmək istəmir. Hərdən İlham Əliyevin iclaslarına, müşavirələrinə baxıram, prezident danışır, baş nazirimiz də oturub mürgü vurur.
-Tək baş nazir o yaşda olsa dərd yarıydı. Hökumətin 90 faizini elə ona görə cəmiyyətdə ahıllar klubu adlandırırlar.
-Əgər nazir 70 yaşındadırsa, mən onu nazir saymıram. O artıq nazir deyil və belələrini dövlət xadimi adlandırmaq günahdır. Onun gərək vicdanı olsun və desin ki, çox sağ olun, bu günədək mənə qiymət verdiniz işlədim, indi mənim yerimə ya filankəsi hazırlamışam, məsləhət bilsəniz onu təyin edin, ya da öz namizədiniz kimdirsə onu qoyun.
-Sözünüzdən belə çıxır ki, prezident köklü kadr islahatları aparmalıdır.
-Bilirsiniz, gərək bunun üçün prezidentin aparatı işləsin. Amma bu gün Prezident Aparatı yoxdur.
-Onun da yaşı elə baş nazirin yaşı qədərdi.
-Allah ona da can sağlığı versin, amma onun da səmərəli işləmək vaxtı deyil. Məgər bu ölkədə onu əvəz edəcək kadr yoxdurmu?
-Rəhim müəllim, sabah İlham Əliyev təsadüfən sizi dəvət edib iqtisadiyyatımız üçün təkliflərinizi dinləmək istədiyini bildirsə cavabınız nə olacaq?
-İlk növbədə qeyri-neft sektorunu böhrandan çıxarmaq, ağır və yüngül sənayeni, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Real iş yerlərinin sayını artırmaq, rəqabət qabiliyyətli məhsul istehsal etmək lazımdır. Sosial məsələlər də bu sahənin inkişafından asılıdır. Yoxsa ticarətlə, alıb-satmaqla məhdud sayda adamlar qazanc götürür. Ağzı qıfıllı müəssisələri işə salmaq, onları özəlləşdirənlərə dəstək vermək lazım ki, emal sənayesi inkişaf etsin. Amma hələlik bu sahədə nəzərəçarpacaq addımlar atılmır, ixracyönümlü məhsullarımız barmaqla sayılacaq qədərdir.
-Dünya bazarında neftin qiymətləri hər gün dəyişir. Proqnozlarınız necədir, qiymətlərin gələcək aqibətini nə gözləyir?
-Neftin qiyməti son 20-30 ildə daha çox siyasiləşib və real qiymətlərdən bəzən dəfələrlə artıq, bəzənsə az qala maya dəyərinə yaxın olub. Bunların da səbəbləri bəllidir və bu barədə uzun-uzadı danışmağa ehtiyac bilmirəm. Sabah qiymətlərin necə olacağını demək çətindir. Amma mənə elə gəlir ki, indiki qiymətlər Amerikanın hoqqasıdır və neftin qiyməti ən azı 10-15 dollar artmalıdır.
-Rəhbər vəzifələrdə işləyəndə dönə-dönə getdiyiniz Qarabağın qanayan yarasını sağalda biləcəyikmi? Bu münaqişənin sülh yolu ilə həlli varmı?
-Yoxdur. Mən bunu baş nazir olanda da, sonradan Beynəlxalq Sülh Federasiyasının üzvü kimi BMT-dəki çıxışımda da demişəm. BMT-də demişəm ki, bizə hörmət etmirsiniz, heç olmasa özünüzün 4 qətnamənizə hörmət edin və demişəm ki, heç kimin haqqı yoxdur ki, torpaqlarımızı silah yoluyla azad etməyə qalxanda bizə qarşı çıxsın. Bilirsiniz, oğul, mən erməniləri çox yaxşı tanıyıram. Hələ o vaxtlar bizdən qorxurdular. Onların havadarları olmasa 3 gün lazımdır ki, onları aparıb gəldikləri yerə qədər qovaq.
-Rusiya amili hər zaman “Qordi düyünü”nə çevrilib bizim üçün...
-Elə bilirsiniz Amerika istəyir ki, bu münaqişə bizim xeyrimizə həll olunsun? Elə bu məsələdə Rusiya ilə ABŞ hiylə işlədərək eyni mövqedən çıxış edirlər. Bilirlər ki, Azərbaycan işğaldan xilas olsa bölgədə çox böyük söz sahibi olan və müstəqil siyasət aparan bir dövlətə çevriləcək, bu isə həmin qüvvələrə sərf etməyəcək.
-Son vaxtlar Rusiyanın dağılacağıyla bağlı da fikirlər intensivləşib...
-Mən inanmıram buna. Rusiya çox nəhəng ölkədir. Bunu deyənlər Rusiyanı yaxşı tanımırlar. Rusiya elə bir dövlətdir ki, onun tamamilə zəiflədilməsi və dalana dirənməsi də risklidir və bunu edənlər çox peşman ola bilərlər. Amma mən heç vaxt Putinin səmimiliyinə inanmamışam və onun Azərbaycana münasibətindən də heç vaxt yaxşı heç nə gözləmirəm. Mən vaxtilə Rusiyanın bir çox siyasi xadimləriylə, dövlət və hökumət rəhbərləriylə işləmişəm, Putin onların heç birinə bənzəmir. Ona heç nədə etibar etmək olmaz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|