“Həmsədrlərin bu qərardan nəticə çıxaracağını demək çətindir” - Azay Quliyev
Tarix: 18-06-2015, 12:01 | Çap et
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin müsahibəsi: - Azay müəllim, iyunun 12-də Bakı şəhərində ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi. Bununla bağlı təəssüratlarınızı bilmək istərdik...
- Açılış mərasimi o qədər möhtəşəm və mükəmməl oldu ki, təəssüratları bir neçə cümlə ilə ifadə etmək çox çətindir. Hamı kimi mən də əmin idim ki, Mehriban xanım Əliyevanın rəhbəri olduğu təşkilat komitəsi cənab Prezidentin yaxından dəstəyi ilə bu tədbiri ən yüksək şəkildə təşkil edəcəkdir. Ancaq etiraf edim ki, onun bu qədər maraqlı, rəngarəng, yüksək zövq və innovasiyalarla zəngin, həm Avropanın, həm də milli mədəniyyətimizi və tariximizi çox ustalıqla və peşəkar formada təqdim edilməsi çox yaxşı bir sürpriz oldu.
Ona görə də dünyanın hər yerində Azərbaycanın bu təqdimatı təqdir edildi və alqışlandı.
Hətta Azərbaycanı sevməyən və ölkəmizə qarşı xoş niyyətdə olmayanlar belə açılış mərasimi haqqında xoş sözlər deməyə məcbur oldular. Xarici ekspertlər İlk Avropa Oyunlarının açılış mərasimini London və Soçi olimpiyaları ilə müqayisə edərkən açıq şəkildə “Bakı 2015” –in daha mükəmməl və daha innovativ olduğunu etiraf etdilər.
Hörmətli Mehriban xanımın sözləri ilə desək Azərbaycan xalqı tarix yazmağı bacardı. Artıq olimpiya hərəkatına və idman leksikonuna yeni bir anlayış- “Azərbaycan standartı” anlayışı daxil edildi. Yəqin bundan sonra keçiriləcək bu kimi mötəbər tədbirlərin təşkilatçıları üçün Azərbaycanın rekordunu və əldə etdiyi yüksək nəticələri təkrarlamaq və ya ondan önə keçmək o qədər də asan olmayacaq.
Fürsətdən istifadə edib Azərbaycan xalqına belə bir özgüvən və qürur hissi yaşatdığına, dövlətimizin qüdrətini və ölkəmizin yüksək təşkilatçılıq potensialını dünyaya nümayiş etdirdiyinə görə bir vətəndaş olaraq hörmətli Prezidentimiz cənab İlham Əliyevə və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir və belə tarixi nailiyyətə görə təbrik edirəm.
- Sizcə, birinci Avropa Oyunları Azərbaycana nə verəcək? Ölkəmizə hansı dividentlər gətirəcək?
- Bu hadisə artıq ölkəmizə dividentlər gətirməkdədir. Məhz bu tədbirin nəticəsidir ki, bütün dünya Azərbaycanı yaxından tanımağa və onunla maraqlanmağa başlayıb. Hamı gördü ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq bu cür məsuliyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündədir. Avropalılar ölkəmizin stabil inkişafının və ictimai-siyasi sabitliyinin şahidi oldular. Bizim qədim mədəniyyətimiz, dadlı mətbəximiz, qonaqpərvərliyimiz, millətindən və dinindən asılı olmayaraq hər kəsin dostluq və sülh şəraitində yaşaması, o cümlədən sivil və dünyəviliyimiz ölkəmizi xaricilərə daha da sevdirdi və yaxınlaşdırdı. Bütün bunlar, əlbəttə, bizə Azərbaycanı şərqin və qərbin ən yaxşı nümunələrini özündə əks etdirən və Avropanın bir parçası olan müasir bir ölkə kimi təqdim etməyə imkan verdi.
Əminəm ki, hazırda Bakıda olan qonaqlar və ya televiziya vasitəsilə oyunları xaricdən seyd edənlərin böyük əksəriyyəti Azərbaycanla bundan sonra da maraqlanacaq və buraya gəlmək istəyəcəklər. Biz həm də unutmamalıyıq ki, ermənilər və onların havadarları ölkəmiz və xalqımız haqqında uzun müddət mənfi rəy yaratmağa çalışıblar və indi də bu çirkin işlərindən əl çəkmirlər.
Bizim dünyanın müdafiə etdiyi Ermənistan kimi düşmənimiz və Dağlıq Qarabağ kimi problemimiz var. Ona görə də indiyə kimi əleyhimizə olan təbliğatın tam əksinə olaraq xalqımızın haqq etdiyi müsbət təqdimatı baxımından da bu tədbirin əvəz olunmaz əhəmiyyətini də dediklərimə əlavə etmək istərdim. Təsadüfi deyik ki, təşkilat komitəsi açılış mərasimində I Avropa Oyunlarının məşəlini stadiona gətirməyi iki dəfə paralimpiya oyunları çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyevə həvalə etdi, Qarabağ şikəstəsi və sarı gəlin xalq mahnısını səsləndirdi və bununla dünyaya incə və eyni zamanda açıq şəkildə “Qarabağ” mesajı vermiş oldu.
Bunun isə xalqımızın birliyi və torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı dünyaya bir daha anlatmaq baxımından çox mühüm əhəmiyyəti vardır. Digər tərəfdən bu tədbirin Azərbaycana gələcək investisiyaların həcminin daha da artmasına, iqtisadiyyatın və xüsusilə turizmin inkişafına müsbət təsir edəcəyi də şəksizdir. İdman və olimpiya hərəkatı baxımından isə əldə etdiyimiz qazanclar daha çoxdur.
Artıq Azərbaycan dünya idman tarixinə 1-ci Avropa Oyunlarının vətəni kimi daxil edildi. Bu oyunların standartlarını müəyyənləşdirdi. Avropa və dünya idmanının inkişafına çox böyük töhfə vermiş olduq. Və nəhayət yaradılan idman infrastukturu və əldə olunan təcrübə hələ uzun müddət ölkəmizə fayda gətirməkdə davam edəcəkdir.
- Ölkəmizə qarşı təzyiqlər də az olmadı. Qeyd etdiyiniz kimi Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünya, o cümlədən Avropa dəyərlərini dəstəkələmiş oldu. Belə olan halda, Avropadakı müəyyən dairələrin Azərbaycana qarşı apardıqları kampaniyanın arxasında hansı amillər dayanır?
- Əlbəttə bizim bu qədər zəhmətimiz, etdiyimiz jest və xoş niyyət qarşılığında ölkəmizə qarşı edilən haqsızlığı və aparılan qarayaxma kampaniyasını sakit izləmək və buna üzülməmək mümkün deyil.
Biz bu barədə dəfələrlə danışmış və öz etirazımızı bildirmişik. Biz bu gün faktik olaraq Avropadan və ABŞ-dan idarə olunan bir sıra maraqlı dairələrin total hücumuna və mənəvi terroruna məruz qalırıq. Hətta mən deyərdim ki, nə Soçi olimpiadasında Rusiyaya, nə də Pekin olimpiadasında Çinə qarşı belə məkrli və çirkin kampaniyalar aparılmamışdır.
Ölkəmiz əleyhinə aparılan kampaniyanın təşkilatçıları və iştirakçıları artıq “insan haqları və söz azadlığı” kimi ümumi prinsiplərin arxasında gizlənə və əsl məqsədlərini ört-basdır edə bilmirlər.
Çünki hadisələri analiz edəndə görürsən ki, baş verənləri sadəcə tənqid kimi qəbul etmək mümkün deyil. Əslində biz heç vaxt sağlam tənqidin əleyhinə də olmamışıq. Bir mövzu haqqında bir və ya bir neçə dəfə yazılan yazıları da anlamaq olar. Amma biz nəyi müşahidə edirik? Kütləvi hücumun və əsassız ittihamlarla aşağılamaq cəhdlərinin.
Məsələn, təkcə bu ilin aprel ayında Azərbaycanla bağlı əsasən Avropa və ABŞ-da 1279 məqalə çap edilibdir. Bunların da böyük əksəriyyətinin sifarişli olduğu qərəzli məzmunundan və eyni mövzunu dönə-dönə təkrar etmələrindən bəlli olur. Və yaxud təkcə son iki həftədə 1-ci Avropa Oyunları ilə bağlı Almaniyada 29, Böyük Britaniyada 26 və ABŞ-da 19 məqalə çap olunmasını götürərk. Əgər eyni mövzuda və eyni stildə bir ölkə haqqında gündə 2 və ya 3 məqalə yazılırsa, onların necə deyərlər süjet xətti demək olar ki, fərqlənmisrə onda buna nə ad verəsən? Bu qərəzlilik və kampaniyaçılıq deyilsə, bəs nədir?
Onların qeyri-səmimi və məkrli olduğunu sübut edən başqa bir detala- Avropa Oyunlarının açılş mərasiminin Avropanın aparıcı KİV-lərinın yanaşmasına diqqətinizi çəkmək istərdim. Biz burada nəyin şahidi olduq: Azərbaycana qarşı qisqanclıq və onun uğurlarını həzm etməmək hissi bir çox Avropa mediyasında o qədər güclü oldu ki, onlar açılış mərasimini ümumiyyətlə və ya tələb olunan səviyyədə işiqlandırmağı da lazım bilmədilər. Sual olunur: Avropaya bir başa aidiyyatı olan və ilk dəfə keçirilən belə bir möhtəşəm idman tədbirini niyə işiqlandlrmaqdan imtina edirsən? Niyə millyonlarla avropalını sevdiyi idman oyunlarına baxmaqdan məhrum edirsən?
Çünki, onlar əgər bunu etsəydilər, o zaman ölkəmizi müsbət fonda təqdim etməyə məcbur olacaqdılar və bu da görünür indiyə kimi onların həyata keçirdikləri qarayaxma kampaniyasının konsepsiyasına uyğun olmayacaqdı. Məsələn, bir faktı deyim. BBC Oyunların açılışı mərasimi ilə bağlı reportaja tənqidlə başladı. Sonra onlar Azərbaycandakı müxbirləri ilə bağlantı qurdular.
Müxbir ilk Avropa Oyunlarının açılışı haqda müsbət fikirlər bildirdi və dərhal onun sözünü yarımçıq kəsərək efirdən ayırdılar. Bax, budur onların səmimiyyəti və insan haqları və söz azadlığı uğrunda apardığı “mübarizələrinin” əsl mahiyyəti.
Bu fakt açıq şəkildə bir daha onu göstərir ki, Azərbaycan nə edirsə etsin, bu kimi dairələr onun gördüyü pozitiv işləri qiymətləndirmək istəməyəcəklər. Digər bir məsələyə diqqət yetirək. ABŞ konqresmeni, Helsinki komissiyasının sədri Kristofer Smit deyir ki, «Azərbaycanın açılış mərasimində göstərdiyi nəticələr və onun möhtəşəmliyi heç kimin gözünü qamaşdırmamalıdır. Və heç kim heç bir halda Azərbaycanı tənqid etməkdən çəkinməməlidir».
Əslində, o, bu tədbirin möhtəşəmliyini etiraf edir və bundan narahatlığını gizlətmir. Elə Almaniya Bundestaqında Azərbaycan haqqında qəbul edilən qətnamənin iyunun 12-də baş tutması da bu qəbildən olan planın tərkib hissəsi idi. Bilirsiniz ki, belə faktları çox sadalaya bilərik. Bir daha təəssüflə qeyd edirəm ki, Avropanın aparıcı KİV-ləri, bəzi siyasətçilər bu məsələdə doğurdan da siyasi maraqlar baxımından yanaşdılar, qısqanclıqlarını açıq şəkildə nümayiş etdirdilər. O ki, qaldı bütün bunların əsl səbəbinə, bu da çox sadədir:
Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, milli maraqlarımızın daima qorunması, Dağlıq Qarabağ münaqişəsində güzəştə gedilməməsi, hər hansı bir bloka və kiminsə çətiri altına girməməyimiz və əlbəttə iqtisadi baxımdan heç kimdən asılı olmamığımız bütün bu anti-Azərbaycan kampaniyasının şərtləndirən əsas amillərdir. Bu kampaniyanın təşkilatçıları, o cümlədən keçmiş səfir Arif Məmmədov kimi adamları “piştaxta”dan çıxarıb həssas məqamda siyasi səhnəyə gətriməklə ondan hakimiyyət əleyhinə istifadə etməyə ümid edənlər bilməlidirlər ki, onalrın bu cəhdlərinın Azərbaycanda heç bir perspektivi yoxdur.
- Azərbaycanın qeyri-hökumət təşkilatlarının mütləq əksəriyyəti ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara eiraz edirlər. Bəs bu prosesin daha effektli olması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərlə hansı səviyyədə əməkdaşlıq edilir?
- Bu sahədə müəyyən tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bir çox layihələrə dəstək verib. Bu layihələr haqqında ictimaiyyət məlumatlanıdırılıb. Amma müəyyən səbəblərdən bəzi layihələr ictimiləşdirilmir. Əlbəttə ki, Avropada sağlam düşüncəli, ədaləti müdafiə edən ictimai, siyasi xadimlər çoxdur. Hamı Riçard Kozlariç, Kristofer Smit və Ulrike Lunaçek kimi düşünmür.
Onların arasında Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı dərk edən, buna yüksək səviyyədə qiymət verən siyasətçilər də var. Müxtəlif vaxtlarda xaricdə Azərbaycana dəstək kampaniyaları da keçirilib. Amma müəyyən dairələr isə yalnız neqativ məqamları gündəmdə saxlamağa maraqlıdırlar. Təəssüf doğuran hallardan biri də budur ki, ölkəmizə qarşı aparılan qərəzli kampaniyaya yerli mediada da dəstək verənlər var. Azərbaycanı yalnız bir rəngdə- qara rəngdə görmək istəyi bunların hamısını birləşdirən və səfərbər edən əsas şərtdir.
- Azay müəllim, bugünlərdə Avropa İnsan Haqları Məhkəməsi «Çıraqovların işi» haqqında qərar qəbul etdi. Bu qərarın əhəmiyyəti nədən ibarətdir?
- Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Çıraqovların Ermənistana qarşı iddiası üzrə tarixi bir qərar qəbul etdi. 10 il idi ki, bu şikayətlə bağlı məsələyə baxılırdı. Və nəyahət ki, gözlədiyimiz qərarı ala bildik. Qərarın həm hüquqi, həm də siyasi baxımdan çox böyük əhəmiyyəti var. İlk növbədə onu qeyd etmək lazımdlr ki, bu qərarla Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiq etmiş oldu. Ermənistan bundan sonra işğalçı mahiyyətini inkar edə bilməyəcək.
İkinci AHİM qondarma DQR varlığını haqlı olaraq öz qərarl ilə rədd edərək Azərbaycanın işğal altında olan ərazilərə tək məsuliyyət daşıyan ölkənin Ermənistan olduğunu rəsmiləşdirdi. Üçüncü, bu qərar gələcək məhkəmə çəkişmələri üçün yaxşı bir presedent rolunu oynayacaq.
Bundan sonra eyni mahiyyət üzrə edilən şikayətlərə buna oxşar və adekvat qərar çıxarılacaq. Dördüncü, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın haqlı mövqeyini daha da möhkəmləndirəcəkdir.
Bundan başqa Çıraqovlar ailəsinin şikayətinin təmin etməyin və probleminin aradan qaldırmağın tək yolunun Ermənistanın işğal faktına son qoymasından asılı olduğunu məhkəmə dolayısı ilə təsdiq etmiş oldu.
Nəhayət, şikayətçilərə dəymiş ziyana görə Ermənistanın ödəyəcəyi maddi və mənəvi kompensasiyanın əhəmiyyətini qeyd etmək lazımdır. Çünki, bu işğala və insanlıq əleyhinə törətdiyi ağır cinayələrə görə Ermənistanın və onun rəhbərlərinin gələcəkdə ödəyəcəyi çox ağır bədəlin başlanğıcı olacaqdır. Şübhəsiz ki, bu Azərbaycanın böyük uğurudur və bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gələcək həllinə öz töhfəsini verəcəkdir. Mən bilirəm ki, 10 ildən artıq davam edən bu proses cənab Prezidentin şəxsi nəzarətində olub və fürsətdən istifadə edib hörmətli Prezidentimizə və bu işdə zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.
- Necə hesab edirsiniz, Minsk qrupunun həmsədrləri öz fəaliyyətlərində bu sənədə istinad edəcəklərmi?
- Həmsədrlərin bu qərardan nəticə çıxaracağını demək çətindir. Onlar hələki sadəcə gəlib getməkdən başqa bir işlə məşğul olmurlar. Onların nəticə çıxarmalı olduğu ən böyük sənəd BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Ancaq, şübhəsiz ki, Avropa İnsan Haqları Məhkəməsinin bu qərarını da onlar nəzərə almadırlar.
Əminəm ki, Azərbaycan bu qərardan gələcəkdə geniş şəkildə istifadə edəcək, ayrı ayrı beynəlxalq sənədlərdə bu qərara istnad olunacaq. Bu, həmçinin, danışıqlar prosesində hüquqi çərçivənin daha aydın şəkildə formalaşması üçün əsas istinad nöqtələrindən biri olacaqdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
|