Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                 

“YAP 125 dairənin hər birindən namizəd irəli sürəcək” - Siyavuş Novruzov
Tarix: 10-07-2015, 09:48 | Çap et
“YAP 125 dairənin hər birindən namizəd irəli sürəcək”
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Modern.az saytına siyasi mövzudakı suallarını cavablandırıb.

- Son zamanlar Azərbaycanla Qərb ölkələri arasında münasibətlər arzuladığımız səviyyədə deyil. Halbuki, bir neçə il bundan öncə məsələlər tam başqa cür idi. Avropa ilə münasibətlərin gərginləşməsinin səbəbini nə ilə izah edərdiniz?

- Ümumiyyətlə, mən qeyd edim ki, Azərbaycan həmişə ikitərəfli münasibətlərin yaxşı olmasının tərəfdarıdır. Azərbaycan istər beynəlxalq təşkilatlarla, istər ayrı-ayrı irili-xırdalı dövlətlərlə hərtərəfli münasibətlərin qurulmasını və bunun bərabər əsaslarda olmasını istəyir. Təəssüflər olsun ki, indi standartlar tamam başqa formada, başqa istiqamətlərdə dəyişir.

Birinci istiqamət ondan ibarətdir ki, müstəqil siyasət aparan və getdikcə güclənən dövlətlər sevilmir, arzuolunmaz ölkələrə çevrilir. İkinci istiqamət odur ki, hər bir təşkilat və yaxud da iri dövlət hesab edir ki, digər dövlətlər bunun diktəsi ilə oturub durmalı, fəaliyyət proqramı, fəaliyyət istiqamətlərinin hər biri razılaşdırılmalıdır.

Lakin Azərbaycanın öz yolu, öz xətti var. Azərbaycanda ciddi iqtisadi, sosial islahatlar gedir, böyük inkişaf var.

- Azərbaycanın Ermənistan çıxmaq şərti ilə qonşuları ilə əlaqələrini necə şərh edərdiniz?

- Çin kimi böyük bir dövlət böyük-kiçikliyindən asılı olmayaraq ilk növbədə ətraf qonşuları ilə xoş münasibət saxlayır.

Çinin xarici siyasət proqramı ondan ibarətdir ki, qonşuları ilə əlaqələr mütləq yaxşı olmalıdır.

İkinci beynəlxalq təşkilatlar, üçüncü iri dövlətlər, dördüncü isə ondan sonrakı ölkələrlə münasibətlər prioritet təşkil edir.

Bu baxımdan Azərbaycan da öz siyasətində Ermənistanı istisna olmaqla iri dövlətlərlə, beynəlxalq təşkilatlarla bərabərsəviyyəli, xoş münasibətli əlaqə qurur və bu atmosferi saxlamaq istəyir. Bu gün Azərbaycanı hansısa tərəfə çəkmək istəyən, hansısa bloka qoşmaq və yaxud da hansısa blokun əleyhinə getməyi arzu edən ölkələr, dövlətlər, qurumlar yanılırlar. Azərbaycan müstəqildir, müstəqil siyasətini aparır və bundan sonra da belə davam edəcək.

Azərbaycan prezidenti cənab İlham Əliyev də xalqımızın maraqlarını dünyada təmsil edir.

- Siyavuş müəllim, belə iddialar da var ki, Qərbin təzyiq metodlarını işə salmaq istəməsi Azərbaycanın enerji layihələrində iştirak etməsi ilə bağlıdır...

- Avropanın Azərbaycana qarşı ədalətsiz, qeyri-obyektiv, düzgün olmayan mövqeyi ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət yeritməsin, onların diktəsi ilə nələrisə həyata keçirtsin.

Onlar istəyir ki, Azərbaycan Rusiya əleyhinə bloka qoşulsun.

Azərbaycan heç bir dövlətin, qurumun razılığı, rəyi olmadan özünün enerji resurslarını ölkədən çıxartmaq xəttilərini müəyyənləşdirir. Bu isə təbii ki, enerji ixrac edən ölkələrə də çox böyük təsir edir, müxtəlif təzyiqlər ortaya çıxır.

Məsələn, TANAP, TAP sırf Azərbaycan xalqının, dövlətinin maraqları çərçivəsində həyata keçirilir.

Bu gün biz dünyaya nəzər salanda görürük ki, dünyada təbii ehtiyatları olan ölkələrin təbii sərvətləri əllərindən alınır və onların güzəştsiz şəkildə istifadə olunması prosesi gedir.

Azərbaycanı, Orta Asiyanı da bu proseslərə qoşmaq arzusunda olan dövlətlər var. Lakin Azərbaycan öz strategiyasını elə qurub ki, burada bir dənə də olsun nöqsan yoxdur.

- Bu ilin noyabr ayında ölkədə parlament seçkiləri keçiriləcək. Xarici müşahidəçilərin bu seçkilərdə iştirakı prosesindən nə gözləyirsiniz?

- Bununla əlaqədar Milli Məclis və Mərkəzi Seçki Komissiyası ayrı-ayrı qurumlara müraciət edir ki, gəlib burada seçkilərə nəzarət edilsin. İstər Avropa Şurası, istər ATƏT öz tövsiyə və təcrübələrindən bizə nəsə versinlər.

Avropa Şurası və ATƏT-in Azərbaycana göndərəcəyi nümayəndə heyətinin tərkibində ermənipərəst qüvvələr də var.

Ermənistanla sıx əlaqəsi olan, dəfələrlə işğal altındakı Qarabağa gedən şəxslərin Azərbaycanda seçkiləri monitorinq etmək üçün göndərilməsində hansı ədalətdən, hansı obyektivlikdən, hansı düzlükdən söhbət gedə bilər?

Azərbaycan Xarici İşlər Nazirliyinin notası var ki, bizdən icazəsiz Dağlıq Qarabağa gələn müğənni, şair, yazıçı, deputat “qara siyahı”ya daxil olacaq.

“Qara siyahı”ya daxil olmaq o deməkdir ki, bu adama Azərbaycan viza vermir. Bu, Azərbaycanın ədalətli prinsipidir, Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ərazisidir, ayrılmaz bir hissəsidir.

Belə olan halda artıq Avropa Şurası Parlament Assambleyası və ATƏT Azərbaycana monitorinqə Dağlıq Qarabağda dəfələrlə olmuş şəxsləri göndərəcək. Bu zaman da Azərbaycan onların gəlməsinə qadağa qoyacaq.

Avropa isə bu zaman deyəcək ki, Azərbaycan seçkini müşahidə edəcək nümayəndələri seçkilərə buraxmır. Bu yaxınlarda ATƏT Parlament Assambleyasının Helsinkidə keçirilən sessiyasına Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin buraxılmadı. Çünki onun adı “qara siyahı”da idi. Azərbaycan isə belə bir şeyi tətbiq etsə, bizi qeyr-demokratiklikdə ittiham edəcəklər.

Burada bir daha biz qeyri-obyektivliyi, milli, irqi, dini ayrıseçkiliyin şahidi oluruq. Yəni, bu gün Avropa strukturlarının mövqeyi budur.

Avropa Şurası Parlament Assambleyasının axırıncı keçirilən yay sessiyasında müzakirə olunan məsələdə Ermənistanın işğalçı kimi bəyannamədən adının çıxarılması diqqət çəkir.

Dağlıq Qarabağ məsələsi Avropa Şurasında dəfələrlə müzakirə olunub və işğal faktı qəbul edilib. İndi belə çıxır ki, AŞPA öz prinsiplərinin əleyhinə gedir.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması vurğulanıb.

NATO Parlament Assambleyası da işğal faktını qəbul edib.

Bundan sonra AŞPA-nın belə bir addım atmasına başqa ad vermək olmaz. Ermənistanda baş verən hadisələrlə bağlı heç bir dənə də olsun qərar, qətnamə, müzakirə yoxdur. Avropa Oyunları keçirildi, 50-yə yaxın ölkə iştirak etdi, lakin bir kəlimə də olsun orada bu məsələ haqqında danışılmadı.

- Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bəyan etdi ki, Azərbaycan AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyini nəzərə alıb, bu qurumdan çıxa bilər. Azərbaycan Avropanın bu mühüm strukturundan çıxsa, vəziyyət necə olacaq ?

- Biz ora öz istək, arzumuzla, yəni Avropa dəyərlərinə hörmətimizlə qoşulmuşuq. Biz Avropa ailəsinin üzvüyük və Avropanın strukturları ilə də əməkdaşlıq edirik, inteqrasiya edirik.

O cümlədən də biz Avropa Şurasının üzvüyük və burada da fəaliyyət göstəririk. Qarşılıqlı etimad və qarşılıqlı hörmət əsasında münasibətlər qurulmalıdır. Rusiyanı Ukraynanın ərazisinə müdaxilə etdiyinə görə AŞPA-da onu səsvermə mandatından məhrum ediblər. Yaxşı, Rusiyaya bunu tətbiq edirlərsə, bəs Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini niyə demirlər?

Bəs bu addım Ermənistana qarşı niyə tətbiq olunmur?! Deməli ikili standartlar mövcuddur.

- Belə fikirlər var ki, bütün bu hadisələr Azərbaycanı Rusiya ilə daha yaxın edib. Görünən odur ki, Azərbaycan indi Rusiya ilə daha çox yaxındır...

- Rusiya Azərbaycanın daxili işlərinə qarışmır. Buna aid onlarla misal gətirə bilərəm.

Avropa bizə deyir ki, Rusiyaya qarşı antirus blokuna qoşulmaq lazımdır. Deyirik ki, biz buna qoşulmuruq. Eyni zamanda Rusiyaya da bildiririk ki ki, biz Avropa və ABŞ-ın əleyhinə onun diktəsi altında olan təşkilatda təmsil olunmaq istəmirik . Biz hər bir ölkəylə bərabər münasibət qururuq.

- Azərbaycan kimi kiçik dövlət belə bir siyasətlə hər şeyə sonacan davam gətirə biləcəkmi ?

- Sağa-sola qaçan ölkələrin sonu qeyri-müəyyəndir. Götürək vaxtilə MDB məkanındakı bəzi ölkələrin, o cümlədən bizə qonşu olan dövlətlərin apardığı siyasəti. Bu siyasətin həmin ölkələr üçün hansı problemlər gətirdiyi məlumdur.

Azərbaycan ən düzgün yolu tutub. Burada əsas olan xalqla iqtidarın birliyidir. Avropa Oyunlarında da bütün dünya gördü ki, Azərbaycan nə qədər demokratik, inkişaf etmiş ölkədir. Böhtan, şantaj, qarayaxmaların heç birinin əhəmiyyəti yoxdur. İstər insan hüquqları, istərsə də demokratiya məsələlərində Azərbaycan qədər qanunlara əməl edən yoxdur. Leyla Yunus, Arif Yunus qeyri-qanuni yolla Ermənistana gedib .Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla görüşürsə, Azərbaycanın dövlət, hərbi sirlərini onlara verirsə, niyə görə məsuliyyətə cəlb olunmalı deyil?

- Amma Azərbaycan hakimiyyəti Leyla Yunus və Ari Yunusun Ermənistanda olmasından xəbərdar idi. Bəs niyə məhz bu məsələ yeni gündəmə gəldi?

- Jurnalist Rauf Mirqədirovun həbsindən sonra araşdırmalar, ifadələr nəticəsində yeni faktlar ortaya çıxdı.

- Leyla Yunusda dövlət sirləri haradan ola bilər?

- Leyla Yunus kifayət qədər Müdafiə Nazirliyi sistemində işləyib. Bir çox informasiyaları bilib. Mən demirəm ki, o, hər şeyi Ermənsitana deyib.

İkincisi o, qanunu pozub. Ermənistana rəsmi şəxslər hər hansı bir beynəlxalq toplantıda iştirak etmək üçün gedə bilər. O da sırf hər iki ölkənin qarantiyası əsasında baş tutur.

Tutaq ki, Azərbaycan vətəndaşı kimi Ermənistan Leyla və Arif Yunusu güllələyərdi və yaxud girov götürərdi, bu zaman hadisəyə görə kim məsuliyyət daşıyacaqdı? Bunu düşünmək beləmi çətindir?!

- Nəzərə alaq ki, Rusiya ilə Qərbin öz geostrateji maraqlarını təmin etmək üçün seçdikıləri mübarizə metodu bir-birindən kəskin fərqlənir. Rusiya hər şeyi güc yolu ilə edir və açıq şəkildə buna bəraət qazandırır. Qərb isə öz maraqlarını bəzən demokratiya adı altında pərdələyir. Böyük güclərin mübarizəsi fonunda Azərbaycan hansı mövqedə olmalıdır?

- Misirdəki prezident seçkilərində Məhəmməd Mursi qalib gələndə ATƏT-in rəsmi bəyanatı bu oldu ki, həmin seçkilər azad, ədalətlli, demokratik şəkildə keçirilib.

Bu cür seçkilərin nəticəsində “Müsəlman qardaşlar” hakimiyyətə gəldilər. 6 aydan sonra qanuni prezidenti həbs etdilər və təzəlikcə Məhəmməd Mursi haqqında ölüm hökmü verdilər. Başqa bir nümunə deyim.

Əfqanıstanda 90% əhali yazı-pozu bilmir. Lakin prezident seçkilərində həmin ATƏT, həmin ABŞ və digər Avropa ölkələri orada keçirilən seçkiləri demokratik adlandırdılar.

Amerikanın ərazisində son 6 ayda 100-ə yaxın başqa irqə mənsub insan güllələnərək öldürülüb.

Kütləvi aksiyalar dəhşətli şəkildə dağıdılıb 70-dən artıq jurnalist məsuliyyətə cəlb olunub. İŞİD təşkilatı insanları kütləvi şəkildə qətlə yetirir. Bəs onlar insan deyil, onların hüquqları yoxdur ? Amma danışmırlar. Çünki İŞİD İraqın da, Liviyanın da neftini 10 dollardan elə həmin ölkələrin şirkətlərinə satır. Onlar da 45-50 dollardan dünya bazarlarına çıxarırlar. Özlərinin yaratdığı sistemdir, istək isə odur ki, anarxiya olsun, həmin ölkələrin xalqları öz hüquq və haqqını tələb edə bilməsin. Səddam Hüseyni günahlandırırlar ki, onun dövründə 165 adam ölüb. Bu gün İraqda rəsmi açıqlamalara görə 1 milyon insan ölüb, 6 milyonu isə şikəstdir. Nə qədər evlər dağılıb, bütün təbii sərvətlər isə Böyük Britaniya və ABŞ auksionlarında satışdadır.

Biz özümüz NATO Parlament Assambleyasının assosiativ üzvüyük. Burada edilən müzakirələrə, hesabatlara qulaq asırıq. Məsələn,ABŞ Əfqanıstana girəndən sonra narkotik dövriyyəsi 60 dəfə artıb. Bunlar Siyavuş Novruzovun yox, NATO-nun hesabatlarıdır. Bu gün demokratiya pərdəsi altında mənimsəmələr gedir. Liviyanın 220 milyard dollar neft fondunda pulu var idi. Orta məktəb müəllimləri, həkimlər yüksək əməkhaqı alırdılar. Təzə doğulan uşağın adına 20000 dollar vəsait qoyulurdu, uşağın ailəsinə ev tikmək üçün 30 illik faizsiz kredit verilirdi.

İndi yeməyə çörək tapa bilmirlər. Avropa dövlətləri 220 milyard dolları onların əlindən aldılar və istədikləri kimi xərcləyirlər. Nə qədər biznesmenlərin hesablarını bağladılar, mənimsədilər. Artıq beynəlxalq hüquq güc hüququna çevrilib.

- Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bildirirsiniz. Amma zamanla bizə qarşı təzyiq edənlərin yeri də dəyişir. Avrasiya İttifaqının yaranması ərəfəsində daha çox Rusiyadan təzyiqlər hiss edilirdi. Düzdür, birbaşa, rəsmi bəyanatlar verilmirdi, amma sanki Rusiyadan idarə olunan gizli bir əl Azərbaycanda vəziyyəti qarışdırmaq istəyirdi. Bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, hər bir ölkənin marağı var. Heç bir ölkə istəmir ki, qonşuluğunda güclü dövlət olsun. Azərbaycan Avrasiya İttifaqı, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmur.

Azərbaycan necə antirus blokuna qoşulmursa, eləcə də bu təşkilatlara üzv olmur, onlarla əməkdaşlıq etmir. Bu baxımdan da ən gözəli balanslaşdırılmış siyasətdir.

- Qarşıdan seçkilər gəlir, lakin YAP-ın əsas funksionerləri başqa vəzifələrdədirlər. Seçki kampaniyasında əsas yük sizin üzərinizə düşəcək. Çətin olmayacaq ki?

- Hər kəsin üzərinə düşən vəzifələr var və İdarə Heyətinin verdiyi qərarlara əsasən hər kəs üzərinə düşəni yerinə yetirir.

Bununla əlaqədar iki proqram hazırlamışıq. Biri mərkəzi qərargahın, digəri isə yerli rayon, şəhər qərargahlarının fəaliyyət proqramıdır. Bu proqramlar əsasında da biz işlərimizi aparırıq. Seçici siyahılarını başqa kateqoriyalara uyğun müəyyənləşdiririk ki, gələcək proqramlarımızı hazırlayanda onlardan istifadə edək. Bütün dairələrdə təhlillər gedir, hər dairənin ərazisinə 3 nəfər partiya fəalını təhkim etmişik.

Hazırkı dövrdə yerli və rayon şəhər qərargahlarını yaradırıq. Bu seçki qərargahları bütün avadanlıqlarla təmin olunub. Hər dairə üzrə 10 nəfər imza toplayan şəxs müəyyənləşdirilir. Bu 10 nəfər bizim namizədlərimizin imzalarını toplayacaqlar, təxminən 1250 nəfərə yaxın insan bu prosesdə iştirak edəcək. Çıxarışlar hazırlamışıq ki, imza toplayan və imza yığan şəxslər öz hüquqlarını bilsinlər. Texniki məsələlərin həlli tam hazırdır, digər məsələlərin həllinə isə avqust ayının əvvəlində başlanılacaq.

- Mətbuat səhifələrində YAP-ın seçki ilə bağlı siyahısı ətrafında müxtəlif iddialar ortaya atılır. Sizin dediyinizdən isə belə başa düşmək olur ki, yazılanlar həqiqət deyil.

- Bəli, çünki belə məsələlərlə bağlı mətbuata məlumatlar verilmir. Sadəcə olaraq həmin yazılar ara qatmaq, təxribat yaratmaq və yaxud da kimlərisə çaşdırmaq məqsədi daşıyır.

Bu gün kifayət qədər yaxşı təhsil almış, vətənini sevən, dövlətinə sədaqətli nəsil yetişib. Azərbaycanı beynəlxalq aləmdə təmsil edə biləcək, Azərbaycanın hüquqlarını müdafiə edəcək insanlar və s. Bunlar hamısı partiya tərəfindən öyrənilir, təhlillər aparılır.

Bütün üzdə olan tanınmış insanlar çalışır ki, bu prosesdə deputatlığa namizəd kimi iştirak etsinlər. Bütün təbəqələr- ziyalısı da, siyasi partiya rəhbəri də, müəllimi də, həkimi də, jurnalisti də və s. bu baxımdan çoxluq təşkil edirlər.

Elə olur ki, bəzən bir dairədə 20-25, bəzən də 30-36 namizəd qeydiyyatdan keçir.

O baxımdan burada da bütün siyasi partiyalar bəyanat verib ki, bu seçki prosesində iştirak edəcəklər və namizədlərini irəli sürəcəklər. Ona görə də biz hansı partiyadan kimlər gedəcəyi və onların alternativləri kimlər olacağını müəyyənləşdiririk. Hətta ola da bilər ki, biz müxtəlif dairələr üzrə namizədlərimizin yerdəyişməsini də edək.

- YAP-ın parlament seçkiləri ərəfəsindəki potensialı sizi qane edirmi?

- Bu gün YAP-ın gücü, qüdrəti elədir ki, onun alternativi yoxdur. YAP-ın 650 mindən yuxarı üzvü var. Hələ iqtidarı demirəm, onları müdafiə edənlərin sayı milyonlarladır. Elə hər partiya üzvü özü ilə 5 nəfər gətirsə, bu 3 milyondan artıq seçici deməkdir, bu da seçicilərin 70%-ni təşkil edir.

Partiyanın rəhbəri cənab prezidentdir və bütün işlər də onun adı ilə bağlıdır, seçicilər də ona görə səs verirlər. Bu baxımdan biz müəyyən güzəştlərə də gedirik.

-Deyəsən əvvəlki illərdən fərqli olaraq YAP bu seçkidə iqtidaryönlü partiyalara güzəştə getməyəcək?

- Bu il biz çalışırıq ki, 125 dairənin hər birindən namizəd irəli sürək.

- Müxalifətin əvvəlki illərlə müqayisədə gücü nə qədərdir ?

- Müxalifətin imkanları məhduddur. Bilirsiniz ki, müxalifət iki formada mübarizə aparır: Parlamentdə təmsil olunan və olunmayan müxalifət.

Onlar da 3 istiqamətdə fəaliyyət göstərirlər. Qəzet üzərində fəaliyyət göstərənlər – onların heç bir sosial bazası, elektoratı yoxdur.

Bir qismi Bakı, Sumqayıt, Abşeronda fəaliyyət göstərən partiyalardır. Azərbaycanın müəyyən rayonları daxil olmaqla fəaliyyət göstərən partiyalar—bunların da vəziyyəti o qədər ürəkaçan deyil.

Bunlar hamısı ilk növbədə yeni fikir, yeni ideya cəmiyyətə təbliğ edə bilmirlər. İkincisi, öz partiya daxilində islahatlar aparılmır. Partiya daxilində söz, fikir plüralizmi boğulur. Azad fikrə qarşı təhdidlər var, bu, hətta partiyadan çıxarılmağa qədər gedib çıxır.

Müxalifətin qaragüruhçu hissəsi hər şeyi bir rəngdə, qara görürlər. Onlar cəmiyyətdə hansısa bir fərdin narazılığından sui-istifadə etməyə çalışırlar. Və hər ay neftin qiymətinin düşməsinə sevinirlər. Neftdən gələn gəlirlə məktəb, bağça tikilir, yol çəkilir. Bundan hər kəs istifadə edir. Böhran olduğu halda isə bu hər kəsə təsir göstərir. Həmin müxalifətə demək lazımdır ki, siz bu xalqın nümayəndəsi deyilsiniz? Digər bir şərt isə xalqla bağlılıqdır. Bəzi müxalif partiyalar var ki, xarici diktə ilə oturub-dururlar. Onların dediklərinə əməl edirlər, o qədər təsir altına düşüblər ki, artıq özləri də bundan çıxa bilmirlər. Qatığa qara desələr, bunlar da elə deyəcək. Bunu da cəmiyyət görür. Bunlar xalq marağını deyil, şəxsi maraqlarını, öz vəsaitlərini artırmaq və verilən tapşırıqları yerinə yetirmək haqqında düşünürlər.

- Keçmiş deputat Nazim Məmmədov bildirib ki, Konstitusiyaya görə, parlament seçkiləri majoritar qaydada keçirildiyi halda, siyasi partiyaların vahid namizəd siyahıları müəyyənləşdirməsi düzgün deyil. Bu həqiqətən təzadlı deyil?

- İlk növbədə qanunu oxuyub sonra hər hansı bir şərh vermək lazımdır. Ola bilər ki, onun iqtisadiyyatdan başı çıxır.

Konstitusiya ilə seçki sistemi təmin olunmur, tənzimlənmir. Seçki Məcəlləsində göstərilir ki, müraciətlər hansı formada irəli sürülə bilər. Seçki Seçki Məcəlləsi ilə tənzimlənir. Konstitusiyada o normalar göstərilir. Normaların şərhi, açılışı qanunla müəyyən olunur. Seçki Məcəlləsində göstərilir ki, hansı hallarda deputatlığa namizədliyi irəli sürmək olar.

Öz təşəbbüsü, seçici bloku təşəbbüsü ilə, siyasi partiya və onların blokları tərəfindən namizədlər irəli sürülə bilər. Bütün dünyada bu praktika mövcuddur.

Hətta 60 dairədən yuxarı siyasi partiyanın namizədi qeydiyyatdan keçirsə, o vahid şəkildə təbliğat apara bilər. Siyasi partiyanın əsas funksiyası seçki ilə məşğul olmaqdır. Proporsional ilə mojoritar sitem fərqlidir. Mojoritar sistemin də üstünlüyü çoxdur. Siyasi partiya bilavasitə, hər bir namizədi üçün müəyyən funksiyaları yerinə yetirir. Namizəd özü heç bir seçki dairəsinə sənəd aparmır, partiyanın təyin etdiyi səlahiyyətli nümayəndə onun sənədlərini təhvil verir.

- Nazim Məmmədov YAP-a qarşı çıxır, amma özü də YAP-ın üzvüdür...

- Partiyada fikir plüralizmidir, indi o öz fikrini söyləyir. Nazim Məmmədov namizədliyini fərdi qaydada vermək istəyirsə, buyursun, yolu açıqdır. Konstitusiyada hər bir vətəndaşın seçib-seçilmək hüququ var. Amma partiya sənin namizədliyini irəli sürəcək, ya yox bu başqa məsələdir.

- Bəzi müxalifət partiyaları deyir kii, YAP-ın Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası kimi nüfuzu aşağı düşəcək. İddilara necə aydınlıq gətirərdiniz?

- Səhv danışırlar. YAP mütəmadi olaraq öz tərkibində islahatlar aparır. YAP bütün üzvləri üçün, xüsusilə də gənclər üçün geniş meydan açır. Adi bələdiyyə seçkilərində hər il gənc namizədlərin sayını artırırıq. Bu il 30 faizdən yuxarı oldu. YAP-ın 2015-ci ilin yarım ili ərzində sıralarına 14 min insan qatılıb, onların da əksəriyyəti gənclərdir. Hətta biz qəbul sıralarına da məhdudiyyət qoyuruq.

Rayon-şəhər konfransları keçiriləndə hər bir tərkibdə 20, 25, 30 faiz dəyişikliklər edirik.

Bu günlə ayaqlaşan, partiyanı irəli apara biləcək şəxslər növbəti mərhələyə seçilirlər. İstər partiyanın qurultayında, istər Siyasi Şuranın, istərsə də İdarə Heyətinin tərkibində mütəmadi dəyişikliklər gedir, daim yenilənmə olur.

Müsavat qurultay keçirtdi, neçə yerə bölündü. Çünki partiyada ədalətsilzik var. Bizdə isə qurultay keçiriləndə hər şey rayon təşkilatının seçimi əsasında olur. Müsavat Partiyasında isə özünə uyğun adamları, kimlər ki, səs verəcək qurultaya daxil edirdilər. Buna görə də ədalətsizliyin nəticəsində partiya tamamilə dağıldı. Partiyada yaradıcı, qurucu olan insanların hamısı ordan uzaqlaşdı. Nəticədə legitimlik yoxdur.

AXCP isə sadəcə olaraq bir fabrik, zavod, müəssisədir, partiya deyil. Bir müəssisə rəhbəri var, hamı ona işləyir. Onların işi kompüter arxasında oturub sosial şəbəkələrdə status yazmaq, yerdə qalanlarınkı isə onu bəyənməkdir. Onlar partiya funksiyasını yerinə yetirmir.

- Onu da etiraf edək ki, sosial şəbəkələrdə müxaliflər partiyanızı üstələyir...

- Bizim sosial şəbəkələrdə kifayət qədər iştirak edən adamlarımız var. Onlarda isə şişirdilmə rəqəmlər var. Bu sosial şəbəkələrin mərkəzi xaricdədir. Xaricdə istəsən, bu sayı 1 yox, min edə bilərsən. Rəqəmdir, yaz getsin. O baxımdan da bunlar rəqəm yazırlar. Görürük ki, çox az sayda adamlardır, bunlar da hamısı partiya funksionerləridir. Bir qrup isə xaricdə qaçqın, mühacir statusu almış, insanlardır. Bir adam 5-6 ad altında yazır. Hansı ad altında yazırlar yazsınlar, dəsti-xəttindən tanınırlar. Mən kim hansı ad altında yazır-yazsın, hamısını dəst-xəttindən tanıyıram.

- Müxalifət biri-birini hakimiyyətə işləməkdə ittiham edir. Bizə maraqlıdır, sizə işləyənlər varmı?

- Kimsə obyektiv bir mövqe bildirirsə, normal bir şeydir. İndi hakimiyyətlə dialoqlar olur. Lakin Müsavat və AXCP-dən başqa bütün partiyalar orada iştirak edir. Bu iki partiya isə gözləyir ki, ATƏT gəlib ağsaqqallıq etsin, sonra dialoqda iştirak etsinlər. Onlar istəyir ki, ATƏT bir tərəfdə siyasi partiyaları, digər tərəfdə iqtidarı oturtmalıdır və özü də hakim olmalıdır. Bunları qarşı-qarşıya qoyub bir-biri ilə vuruşdurmalıdır, özü də ləzzət almalıdır. Sonra da elan etməlidir ki, Azərbaycanda siyasi partiyaların birgə yığılması yoxdur.

Azərbaycan iqtidarının təşkil etdiyi dialoqda hərə öz təklifini irəli sürür. Burada ədalətsiz nə var ki, nə ürəyin istəyir yaz gətir? Hansı təsnifi istəyirsən müzakirə edə bilərsən. Konsensus əsasında da qərar qəbul edilir.

Həmin məsələlər sıralanır, müzakirəyə çıxarılır, sonda da ümumi bir qərara gəlinir. Müsavatda legitimlik yoxdur. Buna görə də bəlli deyil ki, Müsavat Partiyası diloqda iştirak etsə belə, onları kim təmsil edəcək. Bu gün nə Arif Hacılının, nə də Qubad İbadoğlunun Müsavat Partiyası adından danışmağa hüquqi əsası var. AXCP də ancaq xaricdən gələn tapşırığa əsasən işləyir, əgər onlara deyilsə ki, iştirak et, səhər tezdən orada gəlib qapının ağzını kəsdirərlər. İqtidara işləmək məsələsinə gəlincə bunu deyəcəyəm. Hakimiyyətə işləmək xalqa, millətə işləməkdir. Erməniyə işləmirlər ki?! Qorxulusu erməniyə işləmək, hansısa səfirin əlaltısı olmaqdır.

-Bəs sizin müxalifətdə “kəşfiyyatçılar”ınız varmı ?

- Bizim hər yerdə kəşfiyyatçılarımız var.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru