Gələcəyi olmayan müxalifət
Tarix: 10-07-2015, 11:19 | Çap et
Ölkə müxalifətinin sıraları getdikcə daha çox seyrəlir və deyəsən, bu gedişlə o cameədə adamı günorta vaxtı çıraqla axtaracağıq. İstər Müsavat, istərsə də AXCP olsun, hər ikisi hazırda böhran yaşayır. Belə ki, sözügedən partiyalara üzvlükdən istefa verənlərin sayı durmadan artır.
Əvvəlcə Müsavat Partiyası haqda məlumat verək. Belə ki, təşkilatın əsas simalarından olan Rauf Arioğlunun partiyadan getmək istədiyi haqda iddialar təsdiqini tapıb və o, partiyadan uzaqlaşmaq haqda qərarını mediaya açıqlayıb. Bildirib ki, sadəcə olaraq, 49 yaşının tamam olmasını gözləyir və ad günündən dərhal sonra istefa ərizəsini yazacaq: “Partiyadan getmək barədə qərarı çoxdan vermişəm. Hələ qurultaydan öncə başqan namizədlərinin demək olar ki, hamısına elan etmişdim ki, qurultaydan sonra partiya üzvlüyündən gedəcəyəm. Bir neçə ay öncə bu qərarı icra edəcəkdim, indiki başqanın xahişi ilə təxirə saldım. Müsavat Partiyasından getməyimin zamanı gəlib. Uzun müddətdir Müsavatın opponentləri mənim qəzetçi kimi sərbəst fəaliyyətimi təşkilata qarşı şantaja çeviriblər. Bəzi partiya üzvləri də belə durumdan rahatsız olurlar və mənə qarşı əsassız ittihamlara yol verirlər. Məncə, jurnalistika özü bir dünya partiyasıdır və onun öz qızıl prinsipləri var. Bu prinsiplər partiyalılıq prinsipləri ilə ziddiyyət, özü də tam diametral ziddiyyət təşkil edir. Bunların ikisi bir yerdə mümkün deyil. Əminəm ki, Azərbaycanda da bu proses mütləq getməlidir və jurnalistlər “öz” partiyalarına - məsləklərinə aid olmalıdırlar. Onların partiya nizamnaməsinə tabe olması nonsensdir, söz azadlığı prinsiplərinə ziddir. Çünki partiya üzvü olan jurnalist bir sıra azadlıqları ilə yanaşı, söz azadlığının verdiyi imkanlardan da könüllü olaraq imtina edir, onu məhdudlaşdırır, buna məcbur qalır. Siyasi liderin yanında sirr tutan jurnalist artıq jurnalist deyil, o, peşəsinə xəyanət edir“. R.Arifoğlu hələ ki, partiyadan getmək səbəbini tam açıqlamayıb və bu haqda geniş məlumatı yazacağı istefa ərizəsində göstərəcəyini bildirib: “Seçim anıdır, bunu etmişəm, geriyə yol yoxdur. Bundan sonra da müstəqil şəxs kimi ictimai-siyasi fəaliyyət göstərəcəyəm. Məsələn, təsisçilərindən biri olduğum Milli Strateji Düşüncə Mərkəzində fəaliyyətimi davam etdirəcəyəm. Mənə də, Müsavata da bu cür daha rahat olacaq. Təşkilata informasiya dəstəyini isə davam etdirəcəyəm. Ancaq Müsavatın yeni rəhbərliyi bunu istəməsə, məcburi edəsi deyiləm”.
Onu da deyək ki, R.Arifoğlu öz istefası ilə bərabər, qəzetdə çalışan əməkdaşların partiya üzvlüyü məsələsinə də toxunub. Heç kimə “gedin” deməyəcəyini, hər kəsin buna özünün qərar verəcəyini açıqlayıb. Onun bu mövqeyi isə qəzetçilərin də istefaya mədəni şəkildə dəvəti kimi qiymətləndirilir və onların da az zaman ərzində bu cür qərar verəcəyi gözlənilir.
Əslində baş redaktor açıqlamasında səsləndirdiyi fikirlərində partiya üzvü olan qəzetçinin obyektiv olmadığını, sədrin tərəfində olduğunu bildirməklə mövqeyini aydın şəkildə bildirib. Onun özünün bu səbəbdən istefa verdiyini elan etməklə digər qəzetçilərdən də analoji addımı gözlədiyi şübhə doğurmur. R.Arifoğlunun dediklərini - partiya üzvlüyü ilə jurnalist olmağın bir araya sığmadığını neçə illik fəaliyyətdən sonra, təxminən 50 yaşında dərk etdiyini nəzərə alsaq, “Yeni Müsavat” əməkdaşlarının Müsavat Partiyasından istefa vermək qərarına nə vaxt gələcəklərini söyləmək çətindir. Amma onların baş redaktorla narazı münasibətlər çərçivəsində işlərini davam etdirəcəkləri inandırıcı görünmür. Hansısa partiyanın heç bir yerdə çalışmayan üzvünün qarnını doydurmadığını nəzərə alsaq, bu yaxınlarda Müsavat Partiyasını tərk edənlərin sayının artacağını qaçılmaz hesab etmək olar.
Qeyd edək ki, digər müxalif partiya - AXCP-də də eyni vəziyyət hökm sürür və üzvlər bir-bir partiya sıralarını tərk edirlər. Sözügedən partiya üçün ən acınacaqlısı odur ki, oradan sıravi üzvlər deyil, əsas funksionerlər uzaqlaşır. Dediyimizin sübutu kimi, bəzi məqamları xatırladaq. Belə ki, AXCP-də faktiki olaraq “müavin tökümü” yaşanır və bu işə ilk olaraq Fuad Mustafayev imza atıb. Ondan sonra silsiləni Asəf Quliyev davam etdirdi. Sonra Razi Nurullayev qovuldu. Bu günlərdə isə Əli Kərimlinin digər müavini Əbülfəz Qurbanlı istefa verdiyini açıqladı və partiyada hökm sürən acınacaqlı durumu incə eyhamla etiraf etdi. Orada müxtəlif maneələrin yaradıldığını bildirməklə əslində sədrinin hansı xislətdə adam olduğunu bir daha ortaya qoydu. Bu istefa bəyanatından öncə də Ə.Qurbanlı və AXCP sədrinin münasibətləri haqda müxtəlif məlumatlar yayılmışdı. Bildirilirdi ki, partiya rəhbərliyi Ə.Qurbanlıya qarşı qısqanclıq nümayiş etdirib və ona fəallıq göstərməyə imkan vermir. Görünən odur ki, vəziyyət o qədər kritik həddə çatıb ki, əli-qolu bağlanan bu şəxs istefadan başqa çıxış yolu görməyib və postundan da, üzvlükdən də imtina edib. Hətta onun xeyli müddətdir istefa vermək istədiyi haqda da iddialar var. Bu gecikmənin səbəbi isə partiyada ona edilən basqılardır. Onun Facebook profilini bağlaması, telefonunu söndürərək heç bir zəngə cavab verməməsi də iddiaları təsdiq edən məqam kimi qiymətləndirilə bilər. Demək ki, o, xeyli müddət içində olduğu komandanın mahiyyətinə tam bələddir və bir tapşırıqla qaragüruhun ona hücum edəcəyini bilir. Ona görə də özünü və profilini qorumaq üçün Facebook səhifəsini deaktiv edib. Artıq lazımsız təhqirlər eşitməmək üçün isə telefonunu söndürüb.
Xatırladaq ki, AXCP sədrinin partiyada avtoritar rejim yaratdığı haqda açıqlama verən şəxslərin sayı kifayət qədərdir. Onların dediklərindən aydın olur ki, partiyadan istefa vermək istəyən çoxlu sayda adam var. Amma onlar qaragüruhun onları biabır edəcəyindən, Facebook-da kommentlərə tökülüşüb təhqir edəcəyindən, haqlarında müxtəlif yanlış şayiələr buraxılacağından çəkinirlər. Ona görə də hazırda partiyada rahat şəkildə mövqe bildirib və istefa ərizəsi yazıb çıxmaq müşkül məsələyə çevrilib. Oradan qaçmaq istəyən şəxsləri isə heç bir şəkildə qınamaq olmaz. Çünki normal düşüncəyə malik olan hər bir şəxs bilir ki, belə müxalifətin heç bir gələcəyi yoxdur və orada qalmaq müsbət nəsə vəd edə bilməz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
|