Müsavat AXCP-ləşir - TƏHLİL
Tarix: 31-07-2015, 11:07 | Çap et
Müsavat Partiyasında proseslər əvvəlcədən proqnozlaşdırılan istiqamətdə inkişaf etməkdədir və bu qurumun narazı üzvləri bir-bir Müsavat sıralarından uzaqlaşmaqdadırlar. Əslində həmin şəxslərin heç başqa çıxış yolu da yoxdur. Əgər bir partiyada - xaosun hökm sürdüyü Müsavatda onların səsi eşidilmirsə, fikirləri nəzərə alınmırsa, doğrudan da o partiyada qalmaqda heç bir məntiq yoxdur. Ona görə də diskriminasiyaya məruz qalmış şəxslər müxtəlif çıxış yolları axtarışındadırlar. Belə görünür ki, onlar ən ideal variantı tapıblar və ya bir müddət əvvəl reallaşan layihəni uğurla davam etdirirlər. Belə ki, hazırda icra edilən ən optimist variant partiyada qalaraq, üzvlükdən çıxmadan yeni bir təşkilat yaratmaqdır. Məlumdur ki, Müsavat Partiyasındakı gərginlik və narazılıq keçən ilin sonlarında baş tutan qurultaydan sonra son həddə çatdı və vəziyyət düzəlməkdənsə, razılıq əldə olunmaqdansa, mövcud durum hər gün bir az da pisləşir, qruplaşmalar və fərdlər arasındakı münasibətlər getdikcə lap dalana dirənir. Bu isə faktiki olaraq, partiyanın nəinki sözdə, rəsmən parçalanmasına səbəb olur. Qurultaydan sonra parçalanmanı rəsmiləşdirən ilk adam başqanlığa namizəd olmuş şəxslərdən biri - Qubad İbadoğlu olub. Onun yaratdığı hərəkatın prinsipləri ilə maraqlandıqda isə qəribə təzadlar meydana çıxırdı. Belə ki, həmin tezisləri Müsavat Partiyası özü də neçə illərdir ki, irəli sürüb və guya həmin şüarlarla fəaliyyət göstərir. Q.İbadoğlunun oxşar prinsiplərlə hərəkat yaratması birbaşa Müsavat əleyhinə atılan addım kimi qiymətləndirilir, Müsavatı bəyənməmək kimi başa düşülürdü. Bu qurumun yaradılması isə A.Hacılı tərəfdarı olan müsavatçılar tərəfindən kəskin etirazla qarşılanmış, partiyanın dağılmasına hesablanmış addım kimi qiymətləndirilmişdi. Onlar hətta bunu nizamnamədən kənar, qeyri-qanuni hərəkət adlandırırdılar. Müsavat başqanının müavini Nüşabə Sadıqlı açıqlamasında demişdi ki, belə hərəkatın yaradılmasına heç bir ehtiyac yox idi: “Müsavat Partiyasının nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur. Bu hərəkatın yaradılması da təbii ki, nizamnamənin əleyhinədir”.
Müsavat başqanlığına sabiq namizəd olmuş Tural Abbaslı isə bildirmişdi ki, hərəkat və təşkilat yaratmaq müsavatçıların da, digər şəxslərin də haqqıdır: “Nizamnamədə qeyd edilib ki, partiyanın üzvü istənilən hərəkat və təşkilatın sıralarına qoşula, lakin yalnız bir partiyanın, Müsavat Partiyasının üzvü ola bilər”.
ADR-in yaradılmasına çox az sayda tərəfdar olsa da, əksəriyyət narazılıq edir, Q.İbadoğlunu belə qərara görə ciddi şəkildə qınayırdılar. Hələ o zaman Müsavatın getdikcə daha çox parçalanacağı, orada yalnız Hacılı və qardaşlarının qalacağı bildirilirdi. Səbəb kimi isə onların partiyanı inhisara aldıqları və heç bir fikri qəbul etmədikləri göstərilirdi. Deyilənlər təsdiqini tapmaqdadır və artıq partiyadan daha bir qrup şəxs ayrılaraq öz təşkilatlarını yaradıblar. Belə ki, bu dəfə Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı özü yeni siyasi blokunu yaradıb. “Ağ blok” adlandırılan bu qurumun məqsədi müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etməkdir. T.Abbaslı açıqlamasında deyib ki, Müsavat Partiyasının üzvlüyündən çıxmır, lakin seçkilərə “Ağ blok”un namizədi kimi qatılmağa üstünlük verir: “Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan fəaliyyətindən yorulub. Seçkilərdən sonra blokun partiyaya çevriləcəyi də istisna olunmur. Daxili intriqalara enerji sərf etməkdənsə, niyə də öz partiyamızı yaratmayaq?!”
Q.İbadoğlunun hərəkatı yaratmasından sonra partiya rəhbərliyi tərəfindən Müsavat üzvlüyündən qovulduğunu nəzərə alsaq, T.Abbaslını da eyni aqibətin gözlədiyi istisna olunmur. Bu isə onun təşkilatının partiyaya çevriləcəyini daha da dəqiqləşdirən məqam hesab oluna bilər. Hələ ki, Müsavat rəhbərliyi bu barədə heç bir açıqlama verməyib, amma onların buna xoş reaksiya vermədikləri məlum məsələdir. Əminliklə deyə bilərik ki, hazırda A.Hacılı və ətrafı Q.İbadoğlu kimi ona da pis münasibət bəsləyirlər və bəlkə də əsəbdən zəncir çeynəyirlər. Çünki belə gedişat Müsavatın daha bir parçalanmaya məruz qalması deməkdir və heç şübhəsiz ki, partiya ciddi itkilərə məruz qalacaq.
Bütün bu proseslər onu göstərir ki, Müsavat və AXCP bir-birlərini bəyənməsələr də, faktiki olaraq, hər ikisi eyni yolu gedir və eyni aqibəti yaşayır. Müsavatın bugünkü durumu AXCP-nin bir neçə il öncə yaşadığı hadisələrin təkrarıdır. Vaxtilə orada da daxili narazılıqlar ən yüksək həddə çatanda bəzi funksionerlər öz təşkilatlarını yaratmağa başlamışdılar. Sonradan isə təşkilatlarını ayrı-ayrı hərəkat və siyasi partiyalara çevirmişdilər. Nəticədə AXCP-də yalnız Əli Kərimli və onun 2-3 tərəfdarı qaldı. Yaxın gələcəkdə Müsavatda da eyni nəticənin olacağı, orada yalnız Hacılı və qardaşlarının qalacağı şübhə doğurmur.\\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|