KXCP-nin qurultayı keçirilir, Əli Kərimli və Arif Hacılı tədbirə qatılmayıb
Tarix: 1-08-2015, 11:13 |
Çap et
Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçirilir.
APA-nın məlumatına görə, qurultayda KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib.
M. Mirəlioğlu bildirib ki, 55 rayonda qurultaya hazırlıq üzrə konfrans keçirilib, 298 nümayəndə seçilib. O, qurultayda 230 nümayəndənin qeydiyyatdan keçdiyini bildirərək, yetərsayın olduğunu qeyd edib.
Daha sonra mandat və say komissiyası seçilib.
Sonra qurultaya qonaq qismində dəvət olunan siyasi partiyaların rəhbərləri çıxış edib.
Qurultayda Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, BAXCP, AXP, VİP, Ədalət Partiyası, AMİP və digər partiyaların sədrləri iştirak edirlər.
AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı qurultaya dəvət olunsa da, qatılmayıblar.
Dəvət olmasına baxmayaraq, YAP-dan qurultayda iştirak edən yoxdur.