Razi Nurullayevdən Əli Kərimliyə müraciət: `Sərsəmləməyin sonu şizofreniyadır` - Çəkişmə
Tarix: 26-08-2015, 10:23 | Çap et
AXCP rəhbərliyi bu partiyanı Əli Kərimlidən alacağını bəyan edən və bunun üçün təşkilat komitəsi yaradan Razi Nurulayevə qarşı “Azadlıq” qəzetində və sosial şəbəkədə ittihamlarına hər gün yenilərini əlavə edir.
Avqustun 25-də “Azadlıq”da Elçin Həsənov adlı cəbhəçi gəncin adından daha bir ittiham irəli sürülüb. Maraqlıdır ki, az qala ayın tutulmasını, yağış yağmasını belə “Yeni Müsavat” qəzetinin, qəzetin baş redaktoru Rauf Arifoğlunun adı ilə bağlamaq qədər absurda yuvarlanan cəbhə rəhbərliyi Razi Nurullayev məsələsində də şakərindən əl çəkmir.
Elçin Həsənovun adından “Azadlıq”da iddia olunub ki, guya Razi Nurullayev AXCP-dən hər istefaya görə Rauf Arifoğluna pul ödəyir. Özü də guya ki, bu barədə Razi Nurullayev Elçin Həsənova şəxsən özü bildirib.
Qeyd edilənlərlə bağlı Razi Nurullayevlə əlaqə saxladıq. Razi Nurullayev Əli Kərimlinin diktəsi ilə yazılan yazını sərsəmləmə adlandırdı və çox sərt cavab verdi: “İnsanın içi göynəyəndə, siyasi biznesi əlindən çıxanda, oynadığı oyunlar alt-üst olanda sərsəmləməyə başlayır. Adına belə dilimi bulaşdırmaq istəmədiyim o şəxs, ən yaxşısı gedib aptekdən dərman alıb atsın. Sərsəmləməyin sonu şizofreniyadır. İstəmirəm ki, o, ağlını itirsin. Hər halda, Allah yaradıb onu da. Allah da ölçüsünü götürsün. Digər tərəfdən, düşünürəm ki, araq içib, dalınca da namaz qılan bir şəxsi Allah da bağışlamaz.
Qoy insanlar bilsin ki, o yalnız siyasi riyakar deyil. Həm də din adına oyunbazdır. Guya namaz qılır. Amma o, doyunca araq içir və səndələyə-səndələyə namaz qılmağa gedir. Qoy buna dinçilər qiymət versinlər. Bunu isə AXCP-də bilməyən yoxdur. Çox gözlədim ki, bunu deməyim. Amma daha dedim. Dinimizə görə o kafirdir. İçkili-içkili namaz qılmaq çox böyük günahdır. Bunu bilən cəbhəçilərə səslənirəm. Siz bilə-bilə yenə Əli Kərimlinin diktəsi ilə bunu danmağa çalışsanız, o zaman Allahdan qorxun. Orada bir nəfər də belə adam var. Onun da adını qoy digərləri açıqlasın. Bizim dostlardan birinə deyərəm, qoy onun da adını o açıqlasın”.
R.Nurullayev təəssüflə bildirdi ki söz azadlığına xidmət edəcək və xalqın səsinə çevriləcək bir qəzet, ümumilikdə isə xalqa azadlıqdan və ədalətdən danışan “Azadlıq” qəzeti hazırda bir nəfərin əlində girova çevrilib: “Həmin bir nəfər isə Əli Kərimlidir. Bu gün ”Azadlıq" qəzeti yalnız Əli Kərimliyə xidmət edir. Bu qəzetdə heç bir yazı və ya məqalə Əli Kərimlinin icazəsi olmadan gedə bilməz. Çox təəssüf ki, Əli Kərimli “Azadlıq” qəzetini özünün girovuna çevirib. Əgər bu gün Əli Kərimli Azərbaycanda söz azadlığı və demokratiyadan, müxalifətin televiziyalara buraxılmamasından danışırsa, eyni zamanda müxalifət adına iddia edilən “Azadlıq” qəzetinə də yaxın düşə bilmirik. Çünki “Azadlıq” qəzetinə düşmək üçün Əli Kərimlini tərifləmək lazımdır. Bütün bu faktlar isə ən böyük demokratiya pozuntusudur. Mən buna çox təəssüf edirəm.
“Azadlıq” qəzetində çalışan hər bir kəs özünə sual verməlidir: Mən Azərbaycan xalqına xidmət edirəm, yoxsa Əli Kərimliyə? Əli Kərimliyə bu gün xidmət etməyin heç bir əsası yoxdur".
R.Nurullayev AXCP-nin möhürünün alınmasında israr etdiklərini də bildirdi: “Ədliyyə Nazirliyinə müraciət edib möhürü alacağıq. Bunun üçün müharibə aparmaq lazım gəlsə, müharibə aparacağıq, döyüşmək lazım gəlsə, döyüşəcəyik, hüquqi müstəvidə nə lazımdırsa, onu da edəcəyik. Biz mütləq AXCP-ni Əli Kərimlidən azad edəcəyik. Çünki Əli Kərimli hüquqi və mənəvi cəhətdən AXCP sədri olmağa layiq deyil. Əli Kərimli AXCP-də parçalanmanın əsasını qoyub və bu gün də davam etdirir. Hesab edirəm ki, onun partiya sədri kimi fəaliyyətinə son qoyulacaq. Əli Kərimli vaxtilə ”Yurd" təşkilatı yaradıb. Yaxşı olar ki, gedib öz təşkilatını yenidən fəaliyyətə başlatsın".
Publika.az saytının “Hazırda AXCP-dən sizə yağdırılan ittihamlar paralel olaraq ”Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı da aparılır. Bu ittihamlara münasibətiniz necədir" sualına isə Razi Nurullayev belə cavab verib: “Ümumiyyətlə, Azərbaycan siyasətində və mediasında Rauf Arifoğlunun özünə görə böyük rolu var. Mən AXCP-də sədr müavini olan zaman da Rauf Arifoğlu ilə münasibətlərimizi hər zaman qoruyub saxlamışam. AXCP-də Rauf Arifoğluna qarşı mübarizə aparılanda, o aşağılananda, ona qarşı şər-böhtan yağdırılanda da mən bütün bunlara qarşı olmuşam. Bunu Rauf Arifoğlu da, Əli Kərimli də bilirlər.
Bilirsiniz, mənə elə gəlir ki, Rauf Arifoğlunun “Yeni Müsavat” adlı tirajlı qəzet buraxması və müxalifət düşərgəsində artan reytinqi Əli Kərimlini narahat edir, o, bunu qəbul etmək istəmir, bundan qıcıqlanır. Azərbaycanda 10 milyona yaxın əhali yaşayır. Əgər bu gün 10 milyon arasında sorğu keçirilsəydi, mən tam əminliklə deyə bilərəm ki, sorğunun nəticəsi olaraq Rauf Arifoğlunun reytinqi Əli Kərimlidən qat-qat üstün olardı".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|