“YAP Əli Kərimlidən daha insaflıdır...” - Razi Nurullayev
Tarix: 28-09-2015, 07:49 | Çap et
Azərbaycan Xalq Cəbhəsi Partiyası çoxdan gözlənilən qurultayını keçirdi. Hazırkı sədr Əli Kərimli alternativsiz seçkidə açıq səsvermə ilə partiyanın qarşıdakı 4 ildə növbəti dəfə rəhbəri seçildi. Sədrliyə günlər öncədən namizədliyini irəli sürən partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli irəli sürdüyü sədrin gizli səsvermə ilə seçilməsi təklifi qəbul olunmadığı üçün iddiasını geri götürdü.
S.Kərimlinin bu addımına dərhal sosial şəbəkələrdə kəskin reaksiya verildi. Xüsusilə, Razi Nurullayev tərəfindən yaradılan yeni AXCP-nin tərəfdarları onu tənqid atəşinə tutdular. Bir sıra iddialar ortaya atıldı. Əsas iddialardan biri S.Kərimlinin Ə.Kərimlinin planı üzrə hərəkət etdiyini, məhz onun təklifi ilə seçkiöncəsi demokratik mühit yaratmaq məqsədilə belə bir addım atması ilə bağlı oldu.
Qeyd edək ki, günlər öncədən AXCP-nin Əli Kərimli qanadının indiyə qədər keçirdiyi konfransların əksəriyyətinin saxtakarlıq şəraitində baş tutduğu barədə mətbuatda xəbərlər dolaşırdı. Hətta çayxanalarda çəkdirilən fotoların konfrans şəkilləri kimi cəmiyyətə təqdim edilməsi fikirləri də az səslənmirdi. Qurultay başlayan kimi isə yetərsayın alınmadığından muzdlu insanların qurultayın keçirildiyi məkana gətirilməsi ilə bağlı fikirlər də sosial şəbəkələrdə dolaşdı.
Onu da xatırladaq ki, Ə.Kərimli qurultay gününü təyin etdiyi andan etibarən partiyanın Razi Nurullayev qanadı qurultayın nəticələrini qeyri-legitim elan edəcəklərini bildirmişdilər. Buna uyğun olaraq, qurultay başlayar-başlamaz AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsi bəyanat yayaraq, nəticələrin legitim olmayacağını bəyan etdi. Əsas kimi də, Ə.Kərimlinin son bir ildə qanunsuz şəkildə cəmiyyətə AXCP sədri kimi təqdim olunması gətirildi.
Qurultayın nəticələri barədə “Yeni Müsavat”a açıqlama verən R.Nurullayev Azərbaycan siyasətində növbəti şouya tamaşa etdiklərini bildirdi: “Azərbaycan siyasətində yaramaz bir şou baş verdi. Əgər bu gün YAP sədrini dəyişmirsə, seçkini istədiyi kimi keçirirsə, alternativsiz namizəd irəli sürürsə, eyni şeyi də Əli Kərimli edir. Bu insan şəxsi ambisiyalarının quluna çevrilib. Bütün insanlar anlamalıdır ki, o, siyasətdə heç zaman uğur qazana bilməz. Onun İlham Əliyevi tənqid etməyə nə mənəvi, nə hüquqi, nə də insanlıq haqqı çatır. İlham Əliyev seçkilərə gedən zaman daha dürüstdür. Çünki özünə 100%-lik nəticə yazmayıb. Amma Kərimli bunu etdi. YAP Əli Kərimlidən daha insaflıdır... Kərimli bir il idi ki, legitim sədr deyildi, sədrliyi qəsb etmişdi. Alternativsiz seçki keçirilirsə, hər kəs nəyə görəsə mandatını qaldırıb, ona səs verirsə, başqa sözə gərək yoxdur. Neçə illərdir ki, bu şou baş verir”.
R.Nurullayev bu gün keçirəcəkləri qurultayın zamanının bəlli olacağını da qeyd etdi: “Təbiətən mən yumşaq, barışığa meylli, demokrat insanam. Onların iyrənc hərəkətlərindən sonra mənə güc gəlir, daha həvəslə işləyirəm. Dostlarım da eyni ilə mənim kimi. Sentyabrın 28-də qurultayın vaxtını elan edəcəyik. Möhtəşəm bir qurultay keçirəcəyik. Bu qurultaydan sonra Kərimlinin legitimliyi şübhə altına düşəcək, onun sədrliyinə son qoyacağıq. Cəmiyyətdə də legitimliyimiz qəbul olunacaq. Beynəlxalq aləmə açılacağıq. Səfərlərimiz beynəlxalq aləmə olacaq. Biz real müxalifətin kimliyini sübut edəcəyik. Oyunçu, uğursuz siyasətlə belə özünü lider elan edənlərin kimliyi də çılpaqlığı ilə ortaya çıxacaq”. Sonda qeyd edək ki, AXCP rəhbərliyi qurultaya ölkənin əsas müxalif düşərgəsinin liderlərini dəvət etməmişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
|