“Həyatı doğru qurmayanda, yaş insan üçün yükə çevrilir”
Tarix: 15-10-2015, 11:17 | Çap et
Oktyabrın 15-də Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafanın 50 illik yubileyidir. Tələbəlik illərindən Azərbaycan milli-azadlıq hərəkatına qoşulan, 1992-93-cü illərdə Prezident Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış, bir müddət Türkiyədə mühacir həyatı yaşayandan sonra yenidən siyasət aləminə qayıdan Fazil bəylə budəfəki müsahibədə həm onun ömür yolundan, həm də Azərbaycan gündəmindən danışdıq.
- Necə gəldiz 50 yaşa? 50 rəqəmi qəribə gəlmir ki?
- Yox, qəribə gəlmir. Mən o düşüncəni daşıyıram ki, qocalıq həyat haqqında yeni düşünə bilməməkdir. Bunu müdriklər söyləyir. Hansı yaşda olmağında asılı olmayaraq həyata baxışında bir yenilik yoxdursa, həyatı özün üçün sadələşdirə bilməmisənsə, yaş problemə çevrilir. Necə mülk, var-dövlət, ya yoxsulluq insan üçün yükə çevrilir, həyatı doğru qurmayanda yaş da insan üçün yükə çevrilir. Allaha şükür, mənim üçün belə bir yaş yükü yoxdur. Bu gün də 20-30 il qabaqkı dinamika ilə həm işləyirəm, həm də yaşayıram. Hətta indi daha böyük məsuliyyətlə davam edirəm. Hiss edirəm ki, ömrün qalan hissəsində tələsmək lazımdır. Onsuz da hamımızı axirət gözləyir. O müddətə qədər nələrisə yarımçıq eləmişiksə, onu tamamlamaq lazımdır.
- Yarımçıq işləriniz çoxdu?
- Yarımçıqlıq məsələsini çox da kompleksə çevirmirəm. Çünki bu həm də bir qismət, tale məsələsidir. İndi düşünürəm ki, bəlkə daha çox xarici dil öyrənərdim, daha çox kitab oxuyardım, daha çox ölkələr gəzərdim. Məncə, hər insanda belə peşmançılıq duyğusu kimi bir şeylər olur. Ancaq məndə belə bir duyğu yoxdu. Nə yaşamışamsa, mənimdi. Kədərə də sahib çıxmaq lazımdır, sevincə də. İnsan gərək tərəzinin yaxşı tərəfini doldurmaq üçün çalışsın. - Sizcə, indilik tərəzinizin hansı gözü daha ağırdır?
- İnsan bioloji varlıq olaraq bir cəmiyyətin içində boy atır. Birinci ailən üçün faydalı olmalısan. Minlərlə ailə var ki, övladı onun istədiyi kimi böyüməyib, həbsə düşüb, müxtəlif neqativ proseslərə qoşulub. Şükür Allaha, ailəm üçün heç zaman belə problem yaratmamışam. Ona görə də hesab edirəm ki, ailəm qarşısında borcumu az-çox yerinə yetirmişəm. Tüfeyli həyat yaşamadığım üçün cəmiyyət qarşısında da öhdəliyimi yerinə yetirməyə çalışmışam. Həyatımız həmin o təzadlı, ziddiyyətli, keşməkeşli, ölümdən çıxışlı, dirilişli, həbsli, mühacirətli, ağır sınaqlı, 2 dəfə əsgərlikli dönəmlərinin hamısının içərisində heç zaman özümü itirməmişəm. Çalışmışam olduğum kimi qalım.
- Həyatınızın hansı dönəmini daha parlaq hesab edirsiz?
- Mən həyatımı dövrlərə ayıra bilmirəm. Orta məktəb illərində müəllimlərlə təmasım mənə çox şey qazandırıb, Pionerlər Evində ədəbiyyat müəllimim Asif Kələntərli vardı, o, mənim üçün yeni bir dünya açdı. Əbülfəz Elçibəylə təmas tamam ayrı bir dünya yaratdı. Həyatımın ən faydalı hissələrindən biri də kitablarımın ərsəyə gəldiyi dövrdür. Siyasət insanı bir az alıb aparır. İnsanı bir az bayağılaşdırır. Siyasət həm də insanı bəlli bir ideologiyanın quluna çevrir. Artıq həyata ideoloji çərçivələrdən baxmağa başlayırsan. Mən də bir dönəm həyata ideoloji çərçivədən baxışa yönlənmişdim. Amma indi daha sərbəstəm. Özümü ideologiyadan uzaq bir insan kimi hiss edirəm. Əvvəllər mənim eyni ideoloji cinahımda olmayanlar mənimçün dəyərsiz insanlar idi. Amma indi fərqli ideologiyalardan olan insanların belə marağını tapmaq olur.
- Bu düşüncə yumşalmasının yaşla bir əlaqəsi varmı, sizcə?
- Əlbəttə. Yaşın da təsiri var. Bu haqda məşhur bir şeirim də vardı. Mənası təxminən beləydi - kim ki 20 yaşında üsyan eləmir, onun ürəyi yoxdu, kim ki 40 yaşında üsyan edir, onun ağlı yoxdur.
Gözləyimmi qalxım olsun,
40 yaşında ağlım olsun.
Allah, bu gün axırım olsun,
20 yaşım, üsyan elə!
Mən 20 yaşında tam üsyankar bir insan idim. Hətta etirazçılığın ən sərt formalarını seçən biriydim. Amma 40 yaşında həyata baxışda tam dəyişiklik oldu. O yaşda inqilabçılıq insana artıq faydasız görünür. Hər şeyi silib təzədən yazmaq deyilən bir anlayış yoxdur.
- Amma elə cəmiyyətlər var, silir və yenidən başlayır.
- Mən bunu edib uğur tapan cəmiyyət tanımıram. Bu gün Amerika cəmiyyəti ən uğurlu cəmiyyətlərdən biridir. Onlar belə silib yenidən başlamayıblar. Yeni insanlar, puritanlar, azadlıq sevənlər Amerikaya gedəndə öz ölkələrində tapmadıqları sərbəstliyi orada qurmağa çalışıblar.
- Çox yaxınımızda Gürcüstan nümunəsi var. Silib yenidən başlayıblar və belə görünür, lazım gəlsə, yenə siləcəklər.
- Bu bir qədər mübahisəli məsələdir. Bu, gürcü cəmiyyətinin potensialı ilə bağlı ola bilər. Gürcüstanda zadəganlıq sistemi Azərbaycandan fərqli olaraq daha çox inkişaf edib. Gürcüstanın kino sənətində, ədəbiyyatda göstərdiyi potensialı da Azərbaycan göstərə bilməyib. Orada hər zaman güclü tələbə mühiti olub. Bu səbəbdən elitanın çoxşaxəliliyi, zənginliyi baxımından bizim onlardan üstünlüyümüz yoxdur. Əhalinin sayı baxımından biz onlardan üstünük. Bu səbəbdən müqayisələr hər zaman uğurlu olmur.
- Seçkiyə 15 gün qalır. Budəfəki seçkini Azərbaycanın ən sönük seçki prosesi kimi qiymətləndirənlər çoxdur. Siz necə düşünürsünüz?
- Bəlkə 3 il qabaq bölgədə gedən proseslər fonunda Azərbaycanda da seçki aktivliyi fərqli ola bilərdi. Bu gün siyasətdən kənar insanın düşüncəsinə bir fikir hakimdi - kimin idarə etməyindən asılı olmayaraq sabitlik olmalıdır. Təhlükəsizlik artıq demokratiyadan önə keçib. Ona görə də hər hansı siyasətçi boğazını yırtsa da, özünü öldürsə də insan dəstəyini bu motivdə qazana bilməyəcək. Bu, hakimiyyətin nöqsanları olmasına baxmayaraq gücünü artıran əsas amildir. Bunu müxalif siyasətçilərin çoxu görmək istəmir, bəlkə də görürlər, etiraf eləmirlər, ancaq reallıq budur. Müxalif düşüncəni daşıyan bir insan kimi mənim üçün də bir müəmma var - bu qarışıq dünyada prinsiplər itib, kimə söykənməyin artıq heç bir adı yoxdur, ölkəni necə qorumaq haqqında düşünməliyik. 10-15 il qabaq ABŞ-ın prinsipləri nə idi soruşsaz, buna düşünüb cavab vermək olar. Ancaq bu gün Birləşmiş Ştatların prinsiplərinin nə olduğunu anlamaq mümkün deyil. Misir, Liviya göz qabağında... Bu gün miqrantları Avropaya gətirən ABŞ-ın siyasətidir.
Bu gün ABŞ demokratiya modelinə üstünlük verərək digər qüvvələri özümüzə düşmən çevirməklə ölkənin təhlükəsizliyini təhdid altında qoymaq riski var. Ona görə də bu gün siyasətdə olanlar üçün bir az sürpriz yaratmaq, hansısa gözlənilməz davranışlarla divident qazanmaq imkanı məhdudlaşıb. Məhdudlaşdığına görə də bu gün Azərbaycanda müxalifət böhranı yaşanır. Bu böhrandan çıxmaq üçün yaradıcı qabiliyyət lazımdır ki, cəmiyyətin düşünən kəsimini bir araya toplamaq mümkün olsun. Görünən odur ki, 90-cı illərdə baş verən meydan hərəkatının Azərbaycan üçün daha faydası olmayacaq. Dəyişim, islahat elitanın içərisində baş verməsə, aşağıdan hər hansı proses müsbət dəyişiklik yaratmayacaq. Ərəb dünyasında bununla bağlı görün neçə misal var. Ona görə də biz əgər ölkənin gələcəyi barədə düşünürüksə, keçmişimizdə olan hər hansı bir nümunələrin bu gün hansı şəkildə faydalı olub-olmayacağı barədə özümüz üçün qərar verməliyik. Bəzi ideoloji proseslərə yenidən baxılmalıdır. Məsələn, biz artıq Bütöv Azərbaycan ideyasını köhnə, bəsit formada gündəmə gətirilməsinin mənasız olduğunu deyirik. 20-25 il qabaq Türkmənçay, Gülüstan müqavilələrinə sərt, barışmaz mövqedən yanaşırdıq, ancaq bu gün buna xilas tarixi kimi baxırıq. Çünki bu müqavilələrlə ortaya İran mühitindən qopmuş bir Azərbaycan çıxıb və dövlətə çevrilə bilib. Başqa cür bizim dövlətə çevrilmə şansımız sıfıra bərabər idi. Köhnə tabulara münasibətin dəyişməsi dövrüdür, kim bunu bacarmadısa, nə taktiki addımlarda, nə də strateji baxış miqyasında uğur qazana bilmədilər.
- Sizcə, bu gün Azərbaycanda Heydər Əliyevin xarici siyasət kursunun dəyişməsi prosesi gedirmi? Heydər Əliyev daha qərbpərəst siyasət yürütmürdümü, sizcə?
- Heydər Əliyevlə İlham Əliyevin xarici siyasət məsələlərinə yanaşmasında əslində ciddi fərq yoxdur. Heydər Əliyev zərurət yarananda MDB-yə daxil olmaq qərarı verdi. Bu, Rusiyaya yaxınlaşmaq idi. Ancaq o, bu addımı ilə torpaqların işğalının genişlənməsinin qarşısını aldı. Gördü ki, işğalın genişlənməsinin qarşısını almağa güc çatmır, Rusiyanın basqısını azaltmaq imkanı yoxdur. O zaman yaranı lokallaşdırmaq üçün bu qərarı verdi. Həmin dövrdə Qərbin də konkret prinsipləri vardı, demokratiya hər addımda önə çəkilirdi. Bu gün dünya dəyişib, prinsiplər itib. Prinsiplər itibsə, bizim kiminsə yaxasından köhnə vədimizə, münasibətimizə görə ikiəlli tutmağımızın heç bir mənası yoxdur. Bu bizi ölümə apara bilər. Ona görə də İlham Əliyevin siyasətində də kiməsə çox yaxın getməmək xətti üstünlük qazanıb.
- Rusiyaya da?
- Bəli. Rusiya yeganə ölkələrdən biridir ki, bəlkə də nələrisə dəyişmək potensialı olmasa da ölkəni qarışdırma imkanları var. Ən azı Ermənistan vasitəsilə müharibə başlayaraq Azərbaycanın başını qata bilər. Bütün bunları nəzərə almasaq dövlətin mövcudluğunu qoruya bilmərik. Biz dərhal Avrasiya İttifaqına, Gömrük İttifaqına daxil olmamışıq. Əslində Azərbaycan Rusiyanın belə böyük basqısı qarşısında müqavimət göstərir. İndiki siyasət bizim üçün sular durulana qədər izlənməsi mümkün olan ən real siyasətdir.
Biz Avropa məkanından da əbəs yerə uzaqlaşmırıq. 20 ildir biz bu məkandayıq. Avropa Şurasında bir dəfə də olsun işğalçıya münasibəti açıq şəkildə ifadə edən, yaxud ona sanksiya tətbiq edən mövqe görmədik. Rusiya Ermənistanı himayə edir, Rusiya Ermənistana sanksiya tətbiq etməyəcək, bunu anladıq.
Ona görə də biz ərazi bütövlüyü prinsipini əsas götürən Avropaya üz tutmuşuq, Avropa hər yanda işğalçılığı pisləyir, bircə Azərbaycandakı işğalı pisləmir, Ermənistana Azərbaycanla bərabər status verir, hətta daha üstün mövqe tanıyır. Bu halda bizim Avropa ilə yaxın məsafədə olmağımızın bir adı yoxdur. Ukraynanın, Gürcüstanın taleyi göstərdi ki, Rusiya müdaxilə edəndən sonra Avropanın prosesə konkret, real təsir mexanizmi yoxdur. Bu yoxdursa, mən ölkəmi Avropaya bəslədiyim ümidə görə riskə soxmalıyammı? Bu iqtidarın daxili siyasətində yetərində nöqsanlar var, xarici siyasət isə mümkün olan ən real siyasətdir.
- Bəs İranla bağlı siyasətin də dəyişməsinin tərəfdarısız?
- Fikrimcə, biz İranla bağlı söyləntiləri yumşaldaraq İranın Azərbaycana təhlükəyə çevrilməsinin qarşısını almalıyıq. Heydər Əliyevin üslubu ilə İlham Əliyevin üslubu arasında müəyyən fərqlər var. Ancaq bütövlükdə varislik eyni şəkildə qorunub saxlanır.
- Fazil bəy, siz Milli Məclis üzvlüyünə yenə eyni dairədən namizədliyinizi irəli sürmüsüz. Sizcə, seçiciləriniz sizdən yorulmayıb?
- Mən özüm də bu sualı özümə dəfələrlə vermişəm. Hesab edirəm ki, yoruculuq bir şəxsin eyni dairədən uzun müddət deputat olması ilə bağlı deyil. Adam var, onunla 1 saat oturub yorulursan, adam da var, onunla 15-20 il münasibətin olur, yorulmursan. Bu, insanın cəmiyyətə verdiyi enerji ilə bağlıdır. Müsbət enerji verirsənsə, onu geri də alacaqsan. Güman eləmirəm ki, insanlar məndən yorulub. Birincisi, fərqlilik müəyyən dərəcədə var. Mən hər zaman öz sözümü demişəm.
İkincisi, hər zaman cəmiyyətin içərisində olmuşam. Heç vaxt debatlardan, mübahisələrdən geridə durmamışam. Yəni gizlənməmişəm. Yeri gəlir, cəmiyyətin ümumi axarına qarşı olan mövqeyimi də sərbəst söyləyirəm. Nəyi doğru hesab edirəmsə, bundan çəkinəcək davranış ortaya qoymaram. Bəzən əleyhimə böyük bir kütlə çıxır. Amma bir xeyli adamlar belə məsələlərə girmək istəmirlər. Ona görə seçicinin yorulması ilə bağlı problem adamın özü ilə bağlıdır. Seçicinin problemini dilə gətirməsən, təbii, seçici səndən bezər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|