ADP sədrindən şok dövlət çevrilişi açıqlaması - "İqtidarın içindəki qüvvələr"...
Tarix: 21-10-2015, 09:01 | Çap et
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasında daha bir maraqlı məqam diqqət çəkir. Hazırkı situasiya və hakimiyyət daxilində yaşananlar düz 10 il əvvəli xatırladır. 2005-ci ildə də parlament seçkilərinə bir neçə həftə qalmış-məhz 17 oktyabrda iki qüdrətli nazirin həbsi həyata keçirilmişdi.
O zaman iqtisadi inkişaf naziri olan Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov həbs olunduqdan dərhal sonra geniş kampaniya başladı. Nazirlərin xarici kəşfiyyatla əlaqəli olduğu və ölkədə “narıncı inqilab” etmək istədikləri iddiası irəli sürüldü. Həmin dövrdə Azərbaycan hakimiyyətinə belə bir əməliyyatı keçirmək əmrinin məhz Rusiyadan gəldiyi deyilirdi. Səslənən fərziyyələrdə vurğulanırdı ki, hakimiyyət atdığı bu addımla iqtidar daxilində mərkəzdənqaçmanı dayandırmağa çalışıb.
Maraqlıdır ki, hazırda da E.Mahmudovun vəzifəsindən kənarlaşdırılması prezident İlham Əliyevin MDB dövlət başçılarının zirvə toplantısından qayıtmasından dərhal sonra baş verdi. Həmin sammitdə Putinlə görüşən İlham Əliyevə çox ciddi informasiyaların da verilməsi istisna edilmir.
Bəs 2005-ci ildə baş verənlərlə indi baş verənlərin arasında oxşar və fərqli tərəflər hansılardır?
ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, 2005-ci ildə baş verən hadisələrlə 2015-ci ildə indi baş verən hadisələrin oxşar tərəfi odur ki, 10 il əvvəl də Azərbaycan iqtidarının daxilində dövlət çevrilişinə hazırlaşan qüvvələr aşkarlanmışdı, indi də dövlət çevrilişinə hazırlıq görən qüvvələr aşkarlanıb: “Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunması, MTN zabitlərinə cinayət işinin açılması, həyata keçirilən həbslər, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması, xüsusən də nazirliyin qoçu dəstələrinin ləğvi dövlət çevrilişinə hazırlıq içində olanların ifşası və zərərsizləşdirilməsi prosesinin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin daxilində çevrilişə hazırlaşan qüvvələr ifşa olunub. 2005-ci ildəkindən fərqli cəhət isə odur ki, o dövrdə Azərbaycan müxalifətinin güclü olması və fəallığı nəticəsində iqtidar daxilində bəzi qüvvələr içəridən çevriliş eləməyə çalışırdılar. İndi isə Azərbaycanda ciddi iqtisadi, sosial böhran yaranmağa başladığı üçün hakimiyyətin zəiflədiyini düşünən iqtidardaxili qruplar gözlənilən hadisələrdən bəhrələnmək istəyinə düşüb çevrilişə hazırlıq görürmüşlər. Bir aksiomdur ki, ağır sosial-iqtisadi böhran olan ölkələrdə birinci siyasi böhran başlayır, siyasi böhranın əlaməti dövlət çevrilişləridir, əgər bunlar baş tutmursa, arxasınca sosial böhran gəlir. Bu da vətəndaş qarşıdurması, xarici müdaxilələr kimi arzuolunmaz hadisələrin inkişaf eləməsidir. Azərbaycanda iqtisadi böhranın başlandığını göstərən çoxlu sayda əlamətləri saymaq olar. Bu iqtisadi böhranın qarşısı alınmasa mütləq siyasi böhrana gətirəcək. Siyasi böhran odur ki, yaranmış iqtisadi durumdan ya müxalifət bəhrələnib hakimiyyəti dəyişmək istəyəcək, ya da hakimiyyətin öz içində olan qüvvələr müxalifətsiz hakimiyyəti dəyişdirmək istəyəcək. 2005-ci ildə Əli İnsanovla Fərhad Əliyev Rəsul Quliyevlə bizim apardığımız mübarizənin üstündə təşəbbüsü ələ almaq istəyirdilər. İndi müxalifətdə ovaxtkı güc və hərəkat yoxdur. Deməli, indiki halda iqtidarın içindəki qüvvələr müxalifətdən yox, yaranmış iqtisadi böhrandan və beynəlxalq situasiyadan istifadə edib hakimiyyəti ələ almaq istəyiblər. Bunun isə üstü açılıb və İlham Əliyev bu şəbəkəyə qarşı tədbirlərə başlayıb”.
S.Cəlaloğlu bəyan etdi ki, çevrilişə hazırlıq görən qüvvələr təkcə MTN naziri və bu strukturda işləyənlər deyil, bu şəbəkənin digər strukturlarda da güclü üzvləri var: “Çox güman ki, digər bəzi nazirlər və bəzi komitə sədrləri də bu işin içindədirlər. Onların sıradan çıxarılması növbəsi çatacaq. Yeni həbs olunan MNT-çilər çox güman ki, əlavə ip ucları verəcəklər və həmin iplərin bir ucu gedib başqa nazirlərin, komitə sədrlərinin, məmurların, deputatların boğazına ilişəcək. Böyük ehtimalla proses Eldar Mahmudovun və digər iri fiqurların da həbsinə gətirib çıxaracaq. Hansı dövlətlərin dövlət çevrilişi hazırlığına xeyir-dua verdiyi də məlum olacaq”.
S.Cəlaloğlu vurğuladı ki, dövlət başçısı İlham Əliyevin Qazaxıstandan gələndən dərhal sonra Eldar Mahmudovla bağlı atdığı addım göstərir ki, bəzi məlumatlar Rusiyanın kəşfiyyat orqanları, bəlkə də şəxsən Putin tərəfindən ona çatdırılıb: “Vaxtilə Tansu Çillərin Azərbaycanda dövlət çevrilişi hazırladığı barədə Heydər Əliyevə Süleyman Dəmirəl tərəfindən məlumat verilmişdi. Yəni bir çox hallarda hakimiyyət özünün içində dövlət çevrilişinə hazırlıq getdiyi barədə informasiyaları məhz xaricdəki mötəbər mənbədən alır”.
ADP sədri onu da dedi ki, müxalifətdən hakimiyyətə neçə aylardan bəri mesajlar verilib ki, baş verənlər Azərbaycanda çox arzuolunmaz hadisələrə gətirib çıxaracaq: “Bizim verdiyimiz bəyanatlarda deyilirdi ki, ayrı-ayrı nazirliklərin qoçu dəstələrinin saxlanması, iş adamlarına divan tutulması, korrupsiya kimi hallar o həddə çatacaq ki, bunu edənlər dövlət çevrilişinə əl atmaqdan çəkinməyəcəklər. Biz həyəcan siqnalı verirdik ki, çox təhlükəli proseslərə hazırlıq gedir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|