Əsas Səhifə > Partiya, Güney Press > YAP-dan səngərdə baş verənlərə reaksiya
YAP-dan səngərdə baş verənlərə reaksiya5-04-2016, 09:21 |
“Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qəhrəmancasına öz canlarını fəda ediblər. Əsgərlərimiz düşmənə layiqli cavab veriblər. Düşmənin xeyli itkisi olub”. dia-az.life xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib: “Son günlər cəbhədə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan Ordusu Qafqazın ən güclü ordularından biridir. Azərbaycan Ordusu Qafqazda həm peşəkarlıq, həm texniki, həm də hazırlıq baxımından da çox yüksək səviyyədədir. Bunu xüsusi qeyd edirik ki, digər qüvvələr olmasa, Azərbaycanla Ermənistan arasında olan münaqişə bir həftə ərzində həllini tapar”. Siyavuş Novruzov vurğulayıb ki, bütün ölkə vətəndaşları bu döyüşlərdə Azərbaycan Ordusunun qüdrətinin şahidi oldu: “Biz hər birimiz əsgərik, Vətənimiz, xalqımız və torpağımızın azad olunması uğrunda döyüşməyə hazırıq. Ordumuzdakı itkilər bizi ağrıdır, bununla yanaşı, Azərbaycan Ordusunun bu cür hazırlıqlı olmasını, düşmənə layiqli cavab verməsini yüksək qiymətləndiririk”. Geri qayıt |