Əsas Səhifə > Partiya, Güney Press > “Prezident bilməlidir ki, Azərbaycan xalqının yeganə ümid yeri odur”
“Prezident bilməlidir ki, Azərbaycan xalqının yeganə ümid yeri odur”9-04-2016, 10:55 |
“Bu atəşkəs ancaq ermənilərə xidmət edir, çünki onlar bizim torpaqlarımıza giriblər, evimizin içindədilər” Müasir Müsavat Partiyasının sədr Hafiz Hacıyev: “Bunlar hamısı millətin diqqətini başqa yönə çevirmək üçün atılmış bir oyundu”. PİA.AZ Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müsahibəsinin birinci hissəsini oxuculara təqdim edir: - Hafiz bəy, cəbhədə atəşkəs rejimi yenidən bərpa olundu. Bəziləri bunu fürsəti əldən vermək kimi dəyərləndirir. Siz necə düşünürsünüz? - Azərbaycandakı bu sülh söhbəti mənasızdır, utopiyadır, özümüz özümüzü aldatmaqdır. 24 ildir nə sülh var , nə də atəşkəs. Atəşkəs dövründə ölənlərin sayı bu 3 gündə ölənlərin sayından daha çoxdur. Bu atəşkəs ancaq ermənilərə xidmət edir, çünki onlar bizim torpaqlarımıza giriblər, evimizin içindədilər. Ermənilərin itirəcəkləri heç nə yoxdur. Onların arxasında duran qüvvələr bu “sülh prosesi”nin uzadılmasın istəyirlər. “Sülh” olsa, biz də razılaşarıq, amma hər gün şəhid veririk, dinc əhalidən də ölən olur. Ona görə bu “sülh” bizim üçün yaddır. Mən prezident seçkiləri zamanı da demişdim ki, Azərbaycan ordusunun gücü var və ordu istənilən anda işğal altındakı torpaqlarımızı azad etmək gücünə malikdir. Sadəcə siyasi iradə lazımdı. Xankəndini almalıydıq və təcili paytaxtımız elan etməliydik. Bütün daxili qoşun da, ordu da, polis də hamı Xankəndinə gəlməliydi. Qız-gəlinlərimizi azad edib, bayrağımızı ora asmalıydıq və oradanda erməni faşistlərinə müraciət edərək deməliydik ki, əgər bizim qanunlara tabe olursuzsa, buyrun gəlin bizimlə yaşayın. Biz tolerant, humanist millətik. Bizim humanistliyimizi erməni kilsələrini etdiyimiz təmirdən, hörmətli Rövnəq müəllim Gürcüstandakı erməni kilsələrini qazsız qoymamağından görmək olar. - Sizcə Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatları davam etdirməliydimi? -Biz böyük qələbə çalmaq əzmindəydik. Millətin ruhu və biz müxalifət partiyaların arxa cəbhədə işləməsi hamısı ordumuza verilən dayağın bariz sübutu idi. Biz bütün gücümüzlə ordumuzun yanındaydıq. Ordumuz da yaxşı irəliləyirdi, amma təəssüf ki, belə qərar qəbul edildi ki, artqı döyüş dayandırılsın. Biz yenə öz-özümüzü aldatmaqla məşğuluq. Çünki atəşkəs elan olunsa da, yenə erməni tərəfi kəndlərimiz atəşə tutur. Görünür biz özümüz özümüzü aldatmaqdan zövq alırıq. Bunlar hamısı millətin diqqətini başqa yönə çevirmək üçün atılmış bir oyundu. Burda da çox təəssüf hissi keçirirəm ki, prezidentimizə öz ətrafından, komandasından heç bir kömək yoxdu. Düzdür, bunu mən deyəndə üstümə müəyyən adamlar göndərirlər ki, səsimi kəsim, danışmayım. Amma prezident mənim qardaşımdı və bilirəm ki, prezidentimizi aldadırlar ona düzgün informasiya vermirlər. Ona verilən məlumatlarda hamısı süzgəcdən keçirilmiş formada ona çatdırılır. Bu gün də zərərli bir oyunun başlanğıcını qoyurlar. Nə olmuşdu? Üç günlük nə müharibəydi? Əgər belə olacaqdırsa, biz o qədər şəhid niyə verirdik? Şəhid verirdiksə, hamımız da gedərdik cəbhəyə, biz də elə Xankəndində şəhid olardıq. Hesab edirəm ki, danışıqlar prosesi heç bir nəticə verməyəcək. Rusiyanın Azərbaycana göndərdiyi Lavrovun anasıda, atasıda ermənidi. Bunu özü də gizlətmir. Sonra anası Lavrov familyalı rusa ərə gedib, oğluna da o rusun familyasın verib. Necə ola bilər ki, o, bizə kömək etsin. Yaxın günlərdə hər şey aydın olacaq. Hamıya məlumdur ki, Qarabağ problemin arxasında dayanan birinci qüvvə Rusiyadır. Rusiyanın planı Azərbaycanı Avrasiya ittifaqına qoşmaqdır. Belə olan şəraidə isə Azərbaycan müstəqilliyini itirəcək və Azərbaycan daxilində ixtişaşlar gözlənilir. Nə vaxta kimi ki, Azərbaycan hakimiyyətinin daxilində arvadları erməni olan insanlar oturub və Putinin verdiyi ordenlər onların döşündən asılıb bu vəziyyət heç vaxt dəyişilməyəcək. Çünki bunların əksəriyyəti Rusiyanın agenturasıdır. Prezidentimiz Amerikada ola-ola onlar müharibəni başlatdılar. Bilirdilər ki, prezident gəlib ciddi islahatlara başlamalı idi və həbsdə olan bir çox insanları azad etməli idi. Bu ölkə daxilindəki müəyyən qüvvələrə sərf etmirdi. Ona görə də onlar prezidentə mane olmaqdan ötrü erməni qohumlarına haray çəkdilər və Rusiyaya buradan danos verdilər ki, artıq Azərbaycan Qərbə inteqrasiya olunur. Ona görə başlayın, bizi qorxudun, biz elə sizin əlinizin altında olaq. Bu günkü status-kvo Azərbaycandakı bir çox qüvvələri qane edir. Çünki çox cinayət ediblər, ölkədən milyardlarla pul oğurlayıblar. Həmçinin Eldar Mahmudovun işi, həbs olunan “Şərurlu İsfəndiyar”ın kimlərlə əlaqələləri var, Sevan gölünün qırağında hansı məmurların evladları böyük villalar tikib və s. bunların hamısı ortada olan məsələlərdir. Mən bunları dediyimə görə çox böyük təzyiqlərə məruz qalmışam. Eybi yox bizdə siyasi şəhid olarıq. Əgər İlham Əliyev Dağlıq Qarabağı, Xankəndin alsaydı Azərbaycanın “Atatürkü ” olacaqdı. Prezident göstəriş vermişdi ki, ermənilər atəşkəsi pozmaqda davam etsələr Xankəndi alınsın. Həmçinin Xankəndi alınsaydı prezident ölkədə ömürlük prezident olacaqdı. Bunu da hakimiyyətin daxilində olan ermənipərəst qüvvələr bilirdilər və bu işin olmasına imkan vermədilər. Çünki bir ailənin 4 təyyarəsi var. Onlar əllərində olan mülklərin itirməməkdən ötrü prezidentin nəzərini bu istiqamətlərə yönləndirdilər. Allah bizim hakimiyyətdəki ermənilərə lənət eləsin. - ATƏT-in Minsk Qrupunun həmsədrlərindən başqa Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Bakıya gəldi. Hər kəsə məlumdur ki, münaqişənin həllini dalana dirəyən məhz Rusuiyadır. Sizin fikrinizcə mövcud vəziyyətdə Rusiyan Qarabağla bağlı planlarında hansısa dəyişikliyə yol verə bilər? - Mənim Minsk Qrupununa heç bir inamım yoxdur. Mən düşünürəm ki, cənab Prezident ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nümayəndələrini heç qəbul etməməliydi. Çünki onlara sual vermək lazımdır ki, 24 ildə bizim başımızı niyə qatırdınız? Hansı işlər görmüsünüz və s. Ancaq boş-boşuna danışıqlar aparılıb. Nə qədər danışmaq olar axı? Biz nə əsər yazırıq, nə də roman, teatrda çıxarmırıq. Bizim torpaqlarımız işğal olunub, erməniər 24 ildi bizim torpaqlarda məskunlaşıblar. Bizim vətəndaşlar da öz dədə-baba tirpaqlarının didərgin düşüblər. Yəni bu mənim torpağımdır Misk Qrupunun üzvlərinin hamısı da ermənipərəstlərdən ibarətdir. Mən Ermənistanda böyümüşəm. Bu ermənilər o qədər sırtıqdır ki, gərək onların başı kəsilsin ki, dilləri sussun. Amma bunların başın kəsənən sonra da 1 saat danışırlar. Buna görə də bu gün ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir. Qonşumuz Türkiyə çox böyük cəsarət göstərdi. Mənim Ərdoğana, Davudoğluna böyük hörmətim artdı. Onlar haraylayırlar ki, büyün bunlar Rusiyanın Azərbaycandakı oyunudur. Bütün bunlardan sonra biz Rusiyaya boyun əyməməliyik, çünki biz müstəqil dövlətik. Biz Rusiyanın qarşısına şərt qoymalıyıq ki, sizin dediyiniz sülh prosesində mənim minlərlə vətəndaşım həlak olub. Minsk Qrupunun bu dəfəki gəlişi də sanki Azərbaycana yenə bir turist gəlişi idi. Zaman keçdikcə də biz bunu daha aydın görəcəyik. Hələ ATƏT-in Minsk qrupu burda ola ola şəhid verdik. Minsk Qrupu deyə bilməz ki, Azərbaycan birtərəfli olaraq sülhə riayyət edir. Bəs siz niyə riayət etmirsiniz? Mən istəyirəm bu ölkənin bütün yükün götürəm çiynimə. Prezident seçkilərində mən demişdim ki, əgər seçilsəm iki aya Xankəndin alıb paytaxtı oraya köçürəcəm. Əgər bu işi edə bilmirlərsə çəkilsinlər kənara gələk torpaqlarımız da azad edək, milətimizə də sahib çıxaq. Biz neçə dəfə qaçqın olmalıyıq. Ona görə Minsk Qrupunun danışıaqlarının heç bir səmərəsi yoxdur, olmayıb ola da bilməz. Dünən bizim yaralılarımızı daşıyan yardım maşınını güllə-boran ediblər. Buna nə ad qoymaq olar? Minsk Qrupunun hanı sözü, sözünün kəsəri? Buna görə də bunların hamısı Azərbaycan xalqının başına açılan oyunlardır. Mən çox təəssüf hissi keçirdirəm ki, Azərbaycanda prezidentin iradəsindən kənarda çox işlər görülür. Prezident bilməlidir ki, Azərbaycan xalqının yeganə ümid yeri odur. Prezident bu məsələlərdə çox qətiyyətli addım atmalıdır. Təhlükəsizlik Şurasının iclasın keçirəndə bilməlidir ki, orada kimlər oturur. Bu məsələlər məxfi həll olunmlaıdır. Məxfiliyi qorumaqdan ötrü də hamı prezidentin yanında olmalıdır. Müxalifət də prezidentin arxasındadır. Mənim qardaşım mətbuat vasitəsi ilə mənim səsimi eşitsin və bilsin ki, onu aldadırlar. Bir çox məmurlar plan qururlar ki, nə edək müxalifəti qaldıraq, prezidentin istefasın tələb etsinlər. Müəyyən qruplarla da görüşlər keçirdilər. Çünki onlar qorxurlar. Onlar da Eldar Mahmudov kimi prezidentə xəyanət ediblər. Mahmudovun taleyini yaşamaqdan qorxurlar. Mahmudovun siyahısı üzə çıxıb və orda çox böyük məmurlar var. Onların hamısı həbs olunmalıdır. Buna görə də onlar Azərbaycanda ya inqilab etməlidirlər, ya da prezidentin başını ermənilər vasitəsi ilə qatmalıdırlar. Mən düşünürəm ki, prezident göstəriş verməlidir və biz Xankəndinə qədər gedib çıxamlıyıq. Yoxsa ATƏT-in Minsk Qrupu, Lavrov boş söhbətdilər. Bizim gücümüz özümüzdədir. Bizim də prezidentdən başqa heç kəsimiz yoxdur. Bir çox məmurlara Putin orden verəndə bunları bilmək lazım idi. Məmurlardan hansı biri şəhidlərin dəfnində iştirak etdi? Heç olmasa onlar Vasif Talıbovdan nümunaə götürməli idilər. Başqa bir dənə məmur şəhidin dəfnində də iştirak etmədirlər. Yaxud da Azərbaycanın milyardların yeyən məmur oğlanları hərbidə varmı? Azərbaycanın milyardların yemək bunlara qismətdi, amma torpaqlarının azadlığı uğrunda şəhid olmaq yox? Niyə Putindən orden alan məmurlarımız aparıb ordeni Putinə qaytarmırlar? ABŞ konqresmeni bildirdi ki, Ziya Məmmədovun oğlu il yarımdır mənim pulumu vermir. Biz bütün bunları hansı məntiqlə qəbul etməliyik? Biz hamımız qalxıb gedib torpaqlarımız azad etmıliyik. Mən başqa yol görmürəm, çünki gənclərimizin hayqırtı ilə ordumuza dayaq durmasını gördüm. Mən Tərtərə getmişdim. Kaş elə orada da ölüb qalardıq. Orada olanları görəndən sonra sakit qalmaq olmaz. Məmurlarımızın heç biri də cəbhə bölgəsində olmadı. Bütün bunlara baxmayaraq bizim çox güclü ordumuz var və o ordu işqal altında olan bütün torpaqlarımızı azad etmək gücündədir. Bir gün də döyüş olsaydı biz Cəbrayılı, Füzulini tam azad edib, oradanda Xankəndinə keçəçəkdik. Xankəndin alandan sonra da ermənilərə dünyada qəbul edilmiş bir status verərədik. Mən sizin sayt vasitəsi ilə məmurlarımza bir təklif vermək istəyirəm. Görünən budur ki, məmurlar pula çox hərisdilər və harada yaxşı yer var gedib orada villalar tikirlər, turist məkanları salırlar. Mən də deyirəm ki, Dağlıq Qarabağı alsınlar, getsinlər orada nə istəyirlər tiksinlər. Gedib Bodrumda, Fransada villalar tikməkdənsə, Hindistanda ada almaqdansa getsinlər Xankəndində, Şuşada, Kəlbəcərdə, Cıdır Düzündə gözəl yerlər var, orada nə istəyirlər tiksinlər, turistlər də gəlsinlər. Ölkəmiz də gəlir əldə etsin. Amma nə qədər ki, bu cür məmurlar var nə torpaqlarımız azad olacaq, nə də azadlıq olacaqdır. Ermənilər də bizim torpaqlarımızda at oynadacaqlar. Prezident bir neçə gün gözləməlidir, əgər ATƏT-in Minsk Qrupu və digər qurumlar sülh yolu ilə Dağlıq Qarabağ problemində hansısa irəliləyişə nail ola bilməsələr, onda müharibəyə əmr verməlidir. Biz partiya olaraq bütün rayonlarda rayon təşkilatlarına göstəriş vermişik və fövqəladə vəziyyət elan etmişik. Hər an o təşkilatlar bizə məlumatlar verirlər. Onların məlumatları yoxdursa biz məlumatlandıra bilərik. ATƏT-in Minsk Qrupundan tamamilə imtina etmək lazımdır. Biz Türkiyə, ABŞ və başqa dövlətlərlə məsləhətləşib gedib öz torpaqlarımızı azad etməliyik. Bizim heç bir torpaqda gözümüz yoxdur, sadəcə olaraq özümüzün olan torpaqları işqğaldan azad etmək istəyirik. Mən hesab edirəm ki, torpaqların azad olunmasının vaxtı da gəlib çatıb. Mənim iki əmim oğlu şəhid olub, mən də üçüncü olaram. Ardı var... Geri qayıt |