Əsas Səhifə > Partiya, Güney Press > "Ermənilər öz yerlərində oturacaqlar, başqa yolları da yoxdur"
"Ermənilər öz yerlərində oturacaqlar, başqa yolları da yoxdur"28-04-2016, 08:38 |
Ermənistan hazırkı daxili siyasəti Azərbaycan ordusunun hücumlarından sarsılmış hakimiyyətinin hər cür avantüraya getməyə hazır olduğunu göstərir. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat yenidən cəbhədə hərbi vəziyyətin kəskinləşməsinə münasibət bildirib: “Ermənistan revanş götürmək istəyir. Ona görə də Azərbaycan tərəfini yenidən təxribata çəkməyə çalışır. Azərbaycan ordusu isə layiqli cavabları verir. Tam müharibənin şərtlərinə uyğun bir vəziyyət yaranıb. Hesab edirəm ki, bütün situasiyalara hazır olmalıyıq. Ermənistan hazırkı daxili siyasəti Azərbaycan ordusunun hücumlarından sarsılmış hakimiyyətinin hər cür avantüraya getməyə hazır olduğunu göstərir. Cəbhə xəttində vəziyyətin qəsdən gərginləşdirilməsi bundan xəbər verir. Məncə, Azərbaycan lazımı cavabı verdikdən sonra ermənilər öz yerlərində oturacaqlar, başqa yolları da yoxdur”. Millət vəkili Qarabağ prosesinin bundan sonrakı gedişatını proqnozlaşdırmağın çətin olduğunu da dilə gətirib: “Vəziyyətin qlobal müharibəyədək böyüyəcəyini zənn etmirəm. Çünki bütün hallarda Azərbaycanın iradəsi çox şeyi həll edəcək. Torpaqlarımız işğaldan azad olunana qədər Azərbaycan qətiyyətli mövqeyini davam etdirməlidir. Erməniləri Qarabağdan çıxarmaq üçün hərəkətə keçməliyik. Qarabağın taleyi məhz bundan asılı olacaq”. Geri qayıt |