Əsas Səhifə > Partiya, Güney Press > İsgəndər Həmidov və Sabir Rüstəmxanlı söz savaşına qalxdı
İsgəndər Həmidov və Sabir Rüstəmxanlı söz savaşına qalxdı28-04-2016, 15:02 |
“Nəriman Nərimanovun Bakının mərkəzindəki heykəli götürülməlidir. O, Azərbaycan torpaqlarını satan şəxslərdən biri olub. Onun heykəlinin Bakının mərkəzində durması doğru hal deyil”. Hafta.az-ın verdiyi xəbərə görə, sabiq daxili işlər naziri İsgəndər Həmidovun bu sözlərinə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sərt etiraz edib: “Nəriman Nərimanov Azərbaycanın tarixi şəxsiyyətlərindəndir, onun haqqında belə fikir söyləmək doğru deyil”. Qeyd edək ki, siyasi liderlərin söz savaşı müxalif siyasi partiyaların Antiböhran Koalisiyasının bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ problemi ilə bağlı keçirilən toplantısında baş verib. Geri qayıt |