Əsas Səhifə > Partiya, Güney Press > "Apreldə bütün siyasi təşkilatlar Ali Baş Komandanın ətafında birləşdi"

"Apreldə bütün siyasi təşkilatlar Ali Baş Komandanın ətafında birləşdi"


5-05-2016, 10:47
"Apreldə bütün siyasi təşkilatlar Ali Baş Komandanın ətafında birləşdi"
“Ermənistan Silahlı Qüvvələri işğal edilmiş Azərbaycan ətrazilərindən həm hərbi hissələrimizi, həm də mülki obyektləri atəşə tutur. Ordumuz isə buna layiqli cavab verir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov bildirib. Millət vəkilinin sözlərinə görə, Ermənistandan fərqli olaraq bu gün Azərbaycanda xalq və hakimiyyət arasında tam birlik var:
“ Azərbaycan xalqı ali baş komandanın ətrafında biləşib. Aprel olayları zamanı AXCP-ni çıxmaq şərti ilə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar, QHT-lərin hamısı ali baş komandanın ətafında birləşdi və öz bəyanatlarını səsləndirdilər. Onlar bu gün də döyüşə getməyə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə hazır olduqlarını bildirdilər. Azərbaycanda bu həmrəylik var.
Ermənistanda keçirilən iqtidar-müxalifət görüşlərin mahiyyəti başqadır. Ermənistan hakimiyyəti uzun müddət idi ki, əhalini aldadıdrdı ki, guya Azərbaycanın güclü ordusu yoxdur, Azərbaycan ordusunun təchizatı zəifdir və s. Azərbaycanda xalqla-iqtidar arasında olan birliyi tamam başqa cür qələmə verirdilər, siyasi partiyaların münasibətini də başqa cür təqdim edirdilər. Ordumuzun həmləsi Ermənistanda yaranan mifi darmadağın etdi”.

Geri qayıt