Əsas Səhifə > Partiya, Güney Press > "Lalə Şövkət Elçibəyin arxasınca Kələkiyə getməli idi ki, onlar Heydər Əliyevin andiçmə mərasimində iştirak etsinlər"
"Lalə Şövkət Elçibəyin arxasınca Kələkiyə getməli idi ki, onlar Heydər Əliyevin andiçmə mərasimində iştirak etsinlər"17-05-2016, 10:59 |
“Lalə Şövkət hər gün ölkədə və dünyada gedən siyasi prosesləri yaxından izləyərək,saatlara təhlil edir, Azərbaycan problemlərinin həlli yollarını arayır. Onun rəhbərliyilə Azərbaycan problemlərinin həlli üçün Azərbaycan Liberal Partiyası 20-dən çox islahat proqramı hazırlayıb. Bildiyiniz kimi, Lalə xanım hər gün görünməyi sevən siyasətçilərdən deyil. Aprelin əvvəllərində cəbhədə baş verən döyüşlər zamanı o, ilk saatlardan Azərbaycan Milli Ordusuna dəstək verdi”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. O vurğulayıb ki, ALP lideri Lalə Şövkət hər bir şəhidin həlak olmasına çox kədərlənib, onların ailə üzvlərinin acısını bölüşüb. “O, əsgərlərimizin şəhid olmasını ürəkağrısı ilə qarşıladı. Təbii ki, bir çox şəhid ailələrinə Lalə xanımın adından gedib baş çəkmişik. Bəzi şəhid ailələri də var ki, Lalə xanım özü şəxsən əlaqə saxlayıb. Amma, digər tərəfdən də o qürur hissi duyur ki, şəhidlərimiz və qazilərimiz torpaqlarımızın bir hissəsini azad ediblər. Azərbaycan Milli Ordusu “döyüşə bilməyən xalq, dövlət” adını üstümüzdən götürdü və buna görə onlara təşəkkür edirik”. Əvəz Temirxan, aprelin əvvəllərində cəbhədə baş verənlərə iqtidar-müxalifət münasibətləri prizmasından da yanaşaraq, bunları deyib. “Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Müharibə məsələlərində iqtidar-müxalifət cəbhəsində hər səslənən fikirlərə diqqət etmək zəruridir. Azərbaycan əsgəri fikirləşməməlidir ki, o, ölümə gedən vaxt Azərbaycan siyasətçiləri bir-biri ilə didişir. Məhz buna görə də 1993-cü ildə Lalə Şövkət Heydər Əliyevə təklif etmişdi ki, keçmiş prezidentlər Əbülfəz Elçibəylə və Ayaz Mütəllibovla barışsın. Hətta, Lalə Şövkət Elçibəyin arxasınca Kələkiyə getməli idi ki, onlar Heydər Əliyevin andiçmə mərasimində iştirak etsinlər. Təəssüf ki, bu barışıq hansısa səbəblərdən alınmadı. “Ya Qarabağ, ya ölüm” şüarını Qarabağ mitinqinə Azərbaycan Liberal Partiyası gətirib. Azərbaycan zabiti, əsgəri, generalı zərrə qədər narahat olmamalıdır ki, müxalifət cəbhəsində ona qərəzli yanaşma var”. Partiya sədri bu yaxınlarda Liberal Partiyanın müzakirələr aparıb, təkliflər irəli sürmək fikrində olduğunu da söyləyib. “Azərbaycan Milli Ordusu hər iqlimə, mövsümə uyğun dağ döyüşləri təlimini keçirməlidir. “Müharibə vəziyyəti haqqında” qanun qəbul edilməlidir. Hərbi senzuranın tətbiq edilməsinin şərtləri qanunda öz əksini tapmalıdır. Bilinməlidir ki, müharibə vaxtı iqtidar, müxalifət, vətəndaş, ordu, KİV, məmur, özünü necə aparmalıdır...” Ermənistana qarşı ideoloji mübarizəni gücləndirmək üçün yaxşı olardı ki, Firudin Cəlilov, Bəxtiyar Tuncay və digər türkoloqların fikirləri dinlənilsin. Bir az haşiyə çıxmaq istəyirəm. Artıq Qarabağ ermənilərindən bəzilərinin arasında özlərini alban kimi dərk edənlər var. Özlərini alban kimi dərk edən, Azərbaycan vətəndaşı olmaq istəyən, hərbi cinayətlər törətməmiş Qarabağ ermənilərini həvəsləndirib, şəxsiyyət vəsiqəsi verib Azərbaycanın tərəfinə çəkməliyik. Məsələn, müharibə dövründə humanitar koridor olmalıdır. Ağ bayraqla gələn dinc Qarabağ ermənilərinə və hərbçilərə imkan vermək lazımdır ki, bizim tərəfə keçsinlər, separatçı xuntadan canlarını qurtarsınlar. Bakının mərkəzində erməni kilsəsi var. O kilsə niyə təmir olunmasın və Azərbaycan-Alban Xaçpərəst İcmasına verilməsin?.. 1836-cı ildə Alban kilsəsi ləğv olunub. Onun bütün əmlakı erməni kilsəsinə verilib. Biz indi niyə əksini etməyək?!. Bir an təsəvvür edin, Bakının mərkəzində erməni kilsəsi bərpa olunur və verilir alban xaçpərəstlər icmasına. Öz həmvətənlərimiz olan udinlərə. Niyə də olmasın?!. Onda özlərini alban sayan ermənilər görəcəklər ki, Azərbaycanda albanlara, albanlığa hörmət var. Azərbaycan xaçpərəstliyin əleyhinə deyil, dinc ermənilərin düşməni deyil. Azərbaycan, kilsələri vaxtilə əlindən alınmış dini icmaya qaytarır. Haylar məsələ qaldıra bilər ki, niyə bizim kilsəni albanlara verirsiniz?.. Bizə də o lazımdır ki, onlar alban sözünü dillərinə gətirsinlər, o problemin varlığını tanısınlar. Ermənilərin alban sözünü dilinə gətirməsi bizim uğurumuz olar. Biz hayların yadına salarıq ki, 1836-cı ildə bizim xaçpərəst alban türklərinin bütün kilsələri, onların əmlakları əlindən alınaraq, sizə verilib və siz onları assimilyasiya etmisiniz. Biz isə xaçpərəst türklərin özünəqayıdışını təmin edirik və bu bizim borcumuzdur. Rəhmətlik Bəxtiyar Cavadov özü mənə danışıb ki, o 1935-ci ildə Şuşa Pedaqoji Texnikumunda oxuyanda həmin texnikumun erməni şöbəsi də var imiş. Orda Ağdərədən Mişa adlı bir erməni oxuyurmuş. Mişa deyirmiş: “Ay Bəxtiyar, mən bu Ermənistandan gəlmiş hayların dilini başa düşmürəm, ona görə oxuya bilmirəm. Bizim evdə danışdığımız dil sizin türk dilinə çox yaxındır”. Yəni o Mişa qıpçaq türkcəsində danışırmış biz də oğuz türkcəsində”. Geri qayıt |