Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifət partiyaları YAP-a təkliflər verə bilmir”
“Müxalifət partiyaları YAP-a təkliflər verə bilmir”24-05-2016, 13:16 |
“Müxalifət partiyalarından YAP-ın iqtisadiyyat, səhiyyə, sosial, elm, təhsil, idman və digər sahələr üzrə komissiyalarına hər hansı təklif daxil olmayıb. Onların müxtəlif sahələrdə faydalı təşəbbüslərlə çıxış etməsi üçün böyük potensial tələb olunur. Bu cür potensial müxalifət partiyalarının heç birində yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Siyasi Şuranın üzvü Siyavuş Novruzov deyib. “Müxalifət partiyalarında müxtəlif sahələr üzrə kadr potensialı olmadığına görə, hansısa təkliflərlə çıxış edə bilmirlər. Amma siyasi partiyaların fəaliyyəti bu cür olmalı deyil. Müxalifət partiyalarını öz funskiyalarını düzgün yerini yetirməlidirlər. Onlar müxtəlif sahələrin inkişafı ilə bağlı konkret təklifləri həm hakim partiyaya və həm də ictimaiyyətə təqdim etməlidirlər”,-deyə S.Novruzov bildirib. YAP rəsmisi onu da əlaəv edib ki, müxalifət partiyaları danışmaqdan başqa heç nə edə bilmir: “Bugünkü müxalifət partiyaları dedi-qodu, boş-boş danışıqlar və demoqogiyadan başqa heç nə bilmirlər, əllərindən başqa iş gəlmir. Bu günə qədər konkret olaraq hansısa iqtisadi islahatlar paketi ilə bağlı bizə müraciət edib deməyiblər ki, “bu addımı atsaq, ölkə iqtisadiyyatı daha da yaxşı inkişaf edər”. Amma hökumət iqtisadiyyatdan tutmuş bütün sahələrdə öz işini laqyiqincə yerinə yetirir və mütəmadi olaraq bununla bağlı mediaya, cəmiyyətə geniş məlumat və hesabat verir. Öz təkliflərini də YAP-ın müvafiq komissiyalarına təqdim edir”. YAP icra katibinin müavini deyib ki, hakim partiyanın müxtəlif sahələr üzrə olan komissiyaları yetərincə aktiv fəaliyyət göstərir: “YAP-ın iqtisadiyyat, səhiyyə, sosial, elm, təhsil, idman və digər sahələrdə olan komissiyaları partiyanın İdarə Heyətinin qərarı ilə formalaşır və fəaliyyət fəaliyyət göstərir. Həmin komissiyalar bütün sahələri əhatə edir, ekspertlərin rəylərini nəzərə alır, ekspertləri müzakirələrə dəvət edir, lazım olduqda təklifləri nəzərə alaraq həyata keçiririk. Komissiyalardakı müzakirələrdə parlamentin aydiyyatı komitə üzvləri olan deputatlar, hökumət nümayəndələri, partiyanın Siyasi Şurasının üzvləri də iştirak edirlər. Müxtəlif nazirliklərə, dövlət komitələrinə, şirkətlərə də konkret təkliflər göndəririk. YAP-da dialoq komissiyası var. Dialoq komissiyasının sədri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Siyasi partiyaların hansısa sahədə olan təklifləri əsasən dialoq komissiyasına daxil olur. Müxalifət partiyalarının dialoq komissiyasına daxil olan təklifləri daha çox siyasi xarakterli müraciətlərdir”. Deputat hər il olduğu kimi, bu il də daxil olan təkliflər əsasında YAP-ın komissiyalarında müzakirələrin olacağını söyləyib. “Keçən il bizə ictimaiyyət nümayəndələri, ayarı-ayrı şəxslər, vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında 4 geniş komissiya müzakirələri təşkil etdik. Bu il də bizə qrup və təşkilatlardan, vətəndaş və ictimaiyyət nümayəndələrindən təkliflər daxil olduqdan sonra komissiyalarda geniş müzakirələr aparılacaq. Ümumilikdə, götürəndə iqtisadi məsələlər, manatla bağlı Qubad İbadoğlu bir neçə dəfə hökumətə konkret təkliflər paketi təqdim edib. Vüqar Bayramov, Oqtay Haqverdiyev və başqa iqtisadçılar da media, mətbuat vasitəsilə müəyyən təkliflər səsləndiriblər. Amma müxalifət partiyalarının heç birindən belə təkliflər daxil olmayıb”-deyə Siyavuş Novruzov bildirib. Geri qayıt |