Əsas Səhifə > Partiya, Güney Press > SOCAR-ın kreditləri Əli Kərimliyə rahatlıq vermir

SOCAR-ın kreditləri Əli Kərimliyə rahatlıq vermir


24-06-2016, 13:21
SOCAR-ın kreditləri Əli Kərimliyə rahatlıq vermir
Belə bir məlumat yayılıb ki, “UniCredit Bank Austria” Azərbaycan Dövlət Neft Şirkətinin Avropadakı ticarət evi olan “SOCAR Trading” qrupuna daxil olan bir neçə şirkətə 250 milyon dolar həcmində kredit ayırıb. Kreditin məqsədi bu şirkətlərin ticarət fəaliyyətinin dəstəklənməsidir.

Sevinmək lazımdır ki, nüfuzlu Avstriya bankı SOCAR-ın törəmə şirkətinə kredit ayırır. Axı SOCAR Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir, “SOCAR Trading” isə bu şirkətin hərəkətverici qüvvəsidir.

Lakin bu xəbər yayılan kimi yeni xəbərlər gəldi ki, SOCAR-ın kredit alması müxalifətin tənqidinə tuş gəlib. Ələlxüsus, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu kreditlərin məqsədəuyğunluğunu şübhə altına alıb. Guya “keçən il şirkət “Qazprombank”dan 489 milyon dolar, Azərbaycan Beynəlxalq Bankından 1 milyard 291 milyon dollar və Kanadadan daha 3.3 milyard dolar kredit alıb”. Kərimli şirkətin xarici borclanma siyasətini tənqid edir və qorxur ki. son nəticədə bu məbləğləri dövlət ödəməli olacaq.

Düzünü desək, biz iqtisadiyyatla məşğuluq və məsələnin iqtisadi aspektlərinin üzərində dayanmaq istərdik. Əli Kərimlinin siyasi qabiliyyəti barədə danışmaq fikrimiz yoxdur, amma bu məsələdə, deyəsən, yanlışlığa yol verib. Hamıya məlumdur ki. məhz SOCAR indiyə kimi dövlətin bir çox öhdəliklərinə görə ödənişlər edib, şirkət onun əsas fəaliyyətinə yad olan, dövlətin həll etməli olduğu sosial problemlərin yükünü çəkir.

Təsadüfi deyil ki, ekspertlər, o cümlədən, müxalif yönümlü mütəxəssislər həmişə dövləti buna görə tənqid edir və sübut etməyə çalışırlar ki, SOCAR-ı ona gərəkli olmayan xərclərdən azad etsin və şirkətə “sağmal inək” kimi baxmasın. İndi isə müxalif partiyalardan birinin lideri bildirir ki. dövlət SOCAR-a göörə xərcə düşəcək.

Dərhal bildirək ki, “UniCredit Bank Austria” ən iri Avstriya bankıdır və bu ölkənin 90% iti şirkətlərinə xidmət edir. 2005-ci ilin noyabr ayından bank “UniCredit Group”a daxildir və Mərkəzi və Şərqi Avropanın bazarlarına görə məsuliyyət daşıyır.

“SOCAR Trading” isə yalnız ana şirkətinin neftini satmaqla deyil, digər ölkələrin də neft və neft məhsullarının treydinqi ilə məşğuldur və SOCAR-a beynəlxalq investisiyalar sahəsində dəstək verir. Onun fəaliyyət dairəsi indi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir. Aydın deyil ki, müxalifəti iki aparıcı təşkilatın o qədər də böyük olmayan məbləğdə kredit sazişi nəyə görə narahat edir.

Bəlkə Əli Kərimlinin söz aşdığı keçmiş kreditlər bu məsələyə aydınlıq gətirə bilər? Bəli, ötən il “Qazprombank” SOCAR-a 490 milyon dolar həcmində kredit ayırıb. Bu kreditin məqsədi “SOCAR Polymer” polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üzrə zavodun tikintisinin maliyyələşdirilməsidir. 2015-ci ildə SOCAR Azərbaycan Beynəlxalq Bankından da manatla kredit götürüb. Kredir dolarla deyil. Manatla olub, bizim müxalifətçilər isə bəzən anlayışları səhv salırlar.

Bu kredit isə dövlət zəmanəti ilə alınıb və məqsədi H.Əliyev adına Bakı NEZ-in və “AzərKimya” İB-nin müəssisələrinin genişmiqyaslı yenidən qurulması və modernləşdirilməsidir. Bu layihələr ölkə iqtisadiyyatı üçün prioritetdir və onların gerçəkləşdirilməsi üçün kreditlər sadəcə zəruridir. Bu layihələrin rentabelliyi barədə qayğılanmağa dəyməz.

O ki qaldı Kanadadan alınmış kreditə, burada söhbətin nədən getdiyi atdın deyil. 3.3 milyard dollarlıq məbləğ. əlbəttə, diqqət çəkir, lakin nə vaxt və kimdən alınıb, xatırlanmır. Amma Kanadadan hər hansı kredit alınıbsa da, izah olunandır.

“SOCAR Trading” bu yaxınlarda iki filialını açıb – Kanadada (Kalqari) və ABŞ-da (Hyuston). Latın Amerikasında da filial açmaq planları mövcuddur. Dünyanın heç bir şirkəti belə işləri kredit cəlb etmədən görməyə qadir deyil.

Xatırlayırıq, ötən il müxalif KİV-də yenə də “SOCAR Trading”in qaralanması kampaniyası başlamışdı. O vaxt haqqin.az və virtualaz.org əməkdaşları böyük qüvvə və xeyli vaxt sərf etdilər ki, gənc şirkətin qısa zamanda treydinq şirkətlərinin ön sırasına çıxmaqla yanaşı. Ana şirkəti olan SOCAR-ın iqtisadi göstəricilərini xeyli yüksəltməsini göstərsinlər. Gətirdiyimiz dəlilər, deyəsən, inandırıcı olmuşdu, belə ki, bundan sonra hücumlar səngidi.

Fəqət bir il sonra müxalifət yenidən tanış mahnısını oxumağa başlayıb, bu dəfə daha zildən. Görünür, bunu o, öz xoşuna etmir, yəqin “SOCAR Trading”in bazardakı fəallığı kiminsə heç ürəyindən deyil, amma bunu necə dayandırmağı bilmir. Və bu zaman onun diqqətini ölkəsinin ən böyük uğurlarını da söyməyə hazır olan Azərbaycan müxalifəti cəlb edir. Bir il əvvəlki jurnalist araşdırmasının nəticələrini yenidən xatırlatmağa lüzum görmürük, amma şirkəti qaralamaq kampaniyasına təzə başlamış insanlara onunla tanış olmağı tövsiyə edirik.
virtualaz.org

Geri qayıt