Əsas Səhifə > Partiya, Güney Press > "Yaxşı “QAİ”-ni ləğv edirlər, bəs avtoşların kim ayağını başına yığacaq"
"Yaxşı “QAİ”-ni ləğv edirlər, bəs avtoşların kim ayağını başına yığacaq"15-07-2016, 09:43 |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, politoloq Razi Nurullayev Azərbaycanda yol polisinin ləğv edilməsi təklifi ilə çıxış edib. O, yol polisinin ünvanına sərt fikirlər də səsləndirib. Lakin yol polisinin konkret ləğv edilməsi fikri heç kəs tərəfinidən normal qarşılanmır. Hər gün qəzaların baş verdiyi bir ölkədə Dövlət Yol Polisinin fəaliyyətinə ehtiyacın olması danılmaz faktdır. Dövlət Yol Polisinin bir anlıq ləğv olunduğunu düşündükə, ölkədə nələrin baş verəcəyi göz önünə gətirmək çətin deyil. Ona görə də yol polisi lazımlı bir qurumdur. Həmçinin, onu da vurğulamaq lazımdır ki, bu gün xüsusən də Bakı şəhərində yol polisi əməkdaşlarının fəaliyyəti rəhbərlik tərəfindən müxtəlif texniki vasitələrin köməyi ilə nəzarətdə saxlanılır. Yerdə qalır, sürücülərin intizamlı olması. Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd etdi ki, Razi Nurullayev vaxtilə dövləti aldatdı, dedi Kərimov Əlinin partiyasını parçalayacam: “Razi Nurullayev əlbəttə ki, istəyir ölkədə xaos yaratsın. Yaxşı “QAİ”-ni ləğv edirlər, bəs avtoşların kim ayağını başına yığacaq. Hələ “QAİ” ola-ola, bu qədər yol hadisələri baş verir. Xuliqanlıq olur. Harınlaşmış küçüklər maşınları iki təkər üstündə sürürlər. Bu başdan ayağa xəyanətdir. “QAİ” çox normal işləyir. Bu gün ölkədəki bu qədər qanunsuzluğun qarşısında hər halda işlərinin öhdəsindən normal gəlirlər. Bunların hamısını ləğv edək ki, Kərimov Əlidən ayrılan Razi Nurullayevlər getsinlər ölkədə xaos yaratsınlar və bunların xəyanət edənlərini “QAİ” tutmasın”. Geri qayıt |