Əsas Səhifə > Partiya, Güney Press > "5 gündür əməlli-başlı sirk nömrələri seyr edirik"

"5 gündür əməlli-başlı sirk nömrələri seyr edirik"


1-08-2016, 10:43
"5 gündür əməlli-başlı sirk nömrələri seyr edirik"
Bundan öncəki yazılarımın birində Sarkisyanın şou ehtimalı haqda bəhs etmişdim. Əsas qayə isə bundan ibarət idi ki, Qarabağ münaqişəsinin həlli yaxınlaşdıqca düşmən ölkənin rəhbəri öncədən planlaşdırdığı ssenari üzərindən terror və qətliamlara start verəcək. Və buyurun: şou artıq başlayıb. 5 gündür əməlli-başlı sirk nömrələri seyr edirik. Ənənəvi səhnədən isə tək fərq budur: arenadakı heyvanlar bu dəfə əhilləşməyib.

Bəli, Sarkisyan yaxşı Prezident olmasa da mükəmməl qəssabdır. Adam, Qarabağda və öz Parlamentinin tribunasında törətdiyi qətliamlarla geniş “qan təcrübəsi” yığıb. Ayrıca, hətta zarafat, şou xətrinə olsa belə öz əsgərini, dostunu, silahdaşını keçi qiymətinə satmağa, güllə qabağına verməyə qadirdir.

Həftənin Ermənistan mənzərəsi isə tam saxta bir təzahüratdır. Sadəcə Sarkisyan siyasətdə özünə prioritet seçdiyi “axırıncı yol”dan növbəti dəfə bəhrələnməyə çalışdı. Üstəlik, Qərb və Rusiyaya qarşı demarş formasında! Və ya diqqət edin: Putinin Türkiyədəki çevriliş cəhdi zamanı Ərdoğana vermiş olduğu müdhiş dəstək heç şübhəsiz Qərbi qıcıqlandırmaya bilməzdi. Hətta Co Bayden kimi ciddi statusun sahibi belə diplomatik protokol qaydalarına və tərəfdaşlıq etiketinə yad formada bəzi ifadələri işlətməkdən çəkinmədi. Məsələn, “Rusiyanın Türk siyasətinə bu qədər müdaxiləsi Beynəlxalq hüququn ana prinsiplərinə ziddir” – kimi yöntəmlə. Yəni, təxminən: “Qarışmayın bu söhbətə, sizə aidiyyatı yoxdur”. Hərçənd Qərbin planı fanat və ziyalı kütlə arasında qardaş qırğını salaraq Ərdoğanı istefaya məcbur etmək idi. Fəqət, bu“oyun” baş tutmadı. Çünki məsələyə Rusiya əl qoydu. Ardınca isə...neftin qiyməti ildırım sürətilə düşməyə başladı, Suriya sərhədində ard- arda geniş miqyaslı terrorlar düzənləndi, Bəşər Əsəd təkrarən hədə obyektinə çevrildi, Qərb İranı Rusiyadan tam qoparmaq üçün növbəti iqtisadi amnistiya layihəsini təqdim etdi və s. Əlqərəz, müvəqqəti də olsa Türkiyənin başını buraxaraq, tətiyi ünvanladılar Rusiyanın üzərinə. Putinin Trampa yönəlik açıq jesti isə həmin tətiyin daha korrekt nişangahı üçün zəmin yaratdı. Və...Sarkisyan kimi fürsətcil tülkü bu vəziyyətdən bəhrələnməsəydi, zatən Sarkisyan olmazdı. Ona görə saxta müxalifəti, daha doğrusu müxalifət içindəki satılmışları önə verib, oyun qurdu. Polis polku ətrafında öz silahlı birləşmələri vasitəsilə barrikada yaradaraq məzlum obrazına girdi. Qarabağ danışıqlarının ən həssas mərhələsində “status kvo”nu qoruyub saxlamaq üçün əsgərini güllələməkdən belə çəkinmədi.

Amma Sarkisyan bir ehtimalı gözdən qaçırdı. Ki, sırf Qarabağ üçün düzənlədiyi bu şou qəfildən tərs istiqamət ala bilər, özünə qarşı yönələr, mövzunun fabulası dəyişər...

Xüsusən qeyd olunması gərəkən digər məqam isə budur: Ermənistanda “dərin dövlət” anlayışı hələ formalaşmadığına görə bu dövlətin siyasətini hər zaman ya güclü maliyyə resurslarına sahib diaspora ya da hakimiyyətin terror qanadı yönləndirib. Və...nə qərib ki, məhz eyni tip üsyanlar fonunda (təcrübəyə əsasən) təşəbbüsü ələ almağı bacaran diaspora bu gün susur. Üstəlik, dövlətin terror qanadı da artıq xalq kütlələrinin nəzarətinə keçməkdədir. Hətta iş o yerə çatıb ki, Sarkisyan və hökümətdəki nazirlərin bütün qohum-əqrəbalarının cəmləndiyi mərkəzi Baqramyan küçəsi belə üsyan, inqilab təbili çalır.

Adam (əgər demək mümkünsə) gerçəkdən “zibil”ə keçib.

Sarkisyanın əsl “dərs”i isə Putinin başı açılandan sonra veriləcək. Ki, o baş da artıq aram-aram açılır: Rusiya Qərblə mübarizədə təxminən 2-3 ay da duruş gətirə bilsə tam qalibdir. Hətta bu qalibiyyətin işartıları özünü indidən bəlli etməkdədir. Dünən Avropa Birliyi mətbəxindən Rusiyaya qarşı sanksiyaların geri götürülməsi haqda ilk anonsu eşitdik, avqustun 9-da reallaşacaq Ərdoğan-Putin görüşü güman ki, anti-Qərb dövlətlərinin yeni bir İttifaqda birləşməsinə çox ciddi rəvac verəcək, neft ölkələrinin dünəndən etibarən Putin təmayüllü xətt üzrə Trampa açıq dəstəyi müşahidə olunmaqdadır və s ilaxır.

***

Biz deyəndə ki, Sarkisyan adında qatil işğal olunmuş Qarabağ torpaqlarını öz “dux”una əldə saxlamır, arxasında hamisi, diktə edəni var, buna ara-sıra, əsas da Avropa camiəsində şübhə ilə yanaşanlar tapılırdı. Oysa, baxsınlar və görsünlər: Adam bir polis polkunu günlərdir 2-3 cüvəllağının əlindən təmizləyə bilmir. Hər saniyə etibarilə sui-qəsdlə cəhənnəmə vasil olmağın, biabırçı istefanın, dabana tüpürüb qaçmağın yarımca addımlığındadır, qorxağın təkidir, bədbəxtin biridir.

Hələ tutub dama basdığı müxalifət liderinın soyadına bax. Səfil-yan.

Zatən komunuzun səfil vəziyyətə, rəzil duruma qalacağı gün uzaqda deyil.

Yaramazlar!

Elşən Musayev,
Milli Məclisin deputatı

Geri qayıt