Əsas Səhifə > Partiya, Güney Press > İqtidar-müxalifət görüşü keçiriləcək
İqtidar-müxalifət görüşü keçiriləcək8-08-2016, 10:39 |
“2015-ci il ərzində bir neçə dəfə iqtidar-müxalifət dialoqu oldu. Daha sonra isə parlament seçkiləri keçirildi. İndi isə qarşıdan gələn referenduma hazırlıq gedir. Qeyd edim ki, hansısa bir partiya tərəfindən YAP-a müzakirələr üçün müraciətlər edilərsə, bu cavablandırılacaq”. Bunu Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə iqtidar-müxalifət görüşünün perspektivindən danışarkən deyib. Onun sözlərinə görə, hazırda bütün partiyalar Konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referenduma hazırlaşırlar. Deputat bildirib ki, siyasi partiyalar referenduma görə, özlərinin strategiya və taktikasını həyata keçirməklə məşğuldurlar. “Buna baxmayaraq Azərbaycanda həmişə iqtidar-müxalifət dialoqu üçün şərait olub. Birincisi bunun üçün şərait, ikincisi isə istək var. İqtidarın qapısı hər bir zaman görüşlər, dialoq üçün açıq olub. Gələcəkdə iqtidar-müxalifət görüşləri keçiriləcək”,-deyə Aydın Mirzəzadə əlavə edib. Qeyd edək ki, 2015-ci il ərzində bir neçə dəfə iqtidarla müxalifət təmsilçiləri arasında görüş keçirilib. Görüşlərdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Geri qayıt |