Əsas Səhifə > Partiya, Güney Press > Qorxmaz Hüseynov və Elmar Qasımova şok ittiham:
Qorxmaz Hüseynov və Elmar Qasımova şok ittiham:19-08-2016, 09:15 |
Saytımızda “Azərsu”ASC-nin rəhbəri Qorxmaz Hüseynov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasıçovun Gülən şəbəkəsi ilə müəyyən əlaqələrə malik olması, fətullahçılarla müxtəlif layihələrin icrasında iştirak etdiyindən bəhs etmişdik. Adıçəkilən şəxslərin FƏTÖ ilə əlaqələri ilə bağlı fikir və ehtimallarını öyrənmək məqsədi ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə əlaqə saxladıq. Məsələ ilə bağlı cumhuriyyet.az-a açıqlama verən H.Hacıyev hər iki şəxsin fətullahçılardan daha təhlükəli olduğunu vurğuladı: “Hakimiyyətdə olanların hamısını bir nömrəli xəyanətkar hesab edirəm. Bunlar Fətullahçılardan pisdir. Fətullahçılar Türkiyəni çökdürür, anti-Heydərçilər isə Azərbaycanı. Adını çəkdiyiniz adamlar da vaxtiylə H.Əliyevə, İlham Əliyevə xəyanət edən adamlar olub. Bunlar Fətullahçılardan çox-çox təhlükəlidir.hafiz hacıyev Mətbuatda Q.Hüseynovun Fətullaha ev alması ilə bağlı xəbərlər yayılır, E.Qasımov haqqında da müəyən iddialar var. Məsələ bundadır ki, bunlar pul hesabına dirçələn adamlar olub. Görünür, Gülənin belə bir amalı olub ki, sözümüz keçməyən yerdə pul verib işinizi görün. Vəzifəyə gəlib mənim tapşırıqlarımı yerinə yetirin. Sizin saytınızda bu yöndə ciddi təhlillər yer alıb. Mənim Türkiyə ilə də əlaqələrim genişdir. Ordan da məlumatlar alıram. SOCAR-ın nümayəndəsinin tutulması, digər proseslər bir-biri ilə bağlıdır. İndi bizim ölkəni də çökdürmək istəyirlər. Dolların məzənnəsinin qalxması, ərzaq məhsullarının qiymətinin yüksəlməsi, narazılığın yaradılması buna sübutdur. Bu gün hakimiyyətə olan adamların heç birinin zamanında H.Əliyevin hakimiyyətə gəlməsində xidmətləri olmayıb. Amma bizlər aeroportlarda döyülürdük, mübarizə aparırdıq. Lakin o vaxt H.Əliyevə xəyanət edənlər bu gün pul hesabına hakimiyyətdə təmsil olunur. Onların bəzisi komitə sədri, bəzisi rektordur. Azərbaycan hakimiyyətində təmizlənmə işi aparılmalı, 90% yenilənməlidir. Hakimiyyətdə 10% təmiz adam ola-olmaya”. Geri qayıt |