Əsas Səhifə > Partiya, Güney Press > Referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün sənədlərin təqdim edilməsinə ayrılan müddət bu gün başa çatır

Referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün sənədlərin təqdim edilməsinə ayrılan müddət bu gün başa çatır


22-08-2016, 08:56
Referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün sənədlərin təqdim edilməsinə ayrılan müddət bu gün başa çatır
Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün qalanadək saat 18.00-dək referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərini müvafiq seçki komissiyasına təqdim etməlidir.

Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu müddət bu gün saat 18:00-da başa çatacaq.

Geri qayıt