Əsas Səhifə > Partiya, Güney Press > "Əli Kərimli hər zaman şeytanlada iş birliyinə girə bilər"
"Əli Kərimli hər zaman şeytanlada iş birliyinə girə bilər"25-08-2016, 08:50 |
Rusiyanın "Rasiya" dövlət telekanalı hazırladığı 4 dəqiqəlik sujetdə Tükiyədə terrorçu elan edilən Fətullah Gülənin Azərbaycanda da çevriliş etmək istədiyini vurğulayıb. Süjetdə Azərbaycan Fətullah Gülən tərəfdarlarına cinayət işi açıldığı qeyd olunur və bildirilir ki, Gülən Azərbaycanda AXCP sədri Əli Kərimlinin vasitəsi ilə çevriliş etmək istəyib. Süjetdə Əli Kərimlinin tərəfdaşları ilə fətullahçılar arasında işbirliyinə dair faktlar yer alır. Belə ki, uzun illərdir Kərimlinin ən yaxın adamlarından olan jurnalist Qənimət Zahidin "Azərbaycan saatı” adlı verilişi Türkiyədə FETÖ-nün nəzarəti altında olan telekanalda yayımlanmasını göstərir. Süjet tanınmış jurnalist Eynulla Fətullayevin məqaləsi əsasında hazırlanıb. Məsələ barədə Unikal.org-a danışan Yeni Azərbaycan Partiyasının İdarə Heyyətinin üzvü, deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda kiminsə dövlət çevrilişi etmək iqtidarı yoxdur və ola da bilməz: "Əli Kərimli Azərbaycan dövlətinə, xalqına qarşı hər zaman şeytanlada iş birliyinə girə bilər. Lakin hərdən qüvvələr nisbətin özümüzdə ölçüb-biçək. Bütövlükdə bunun təmsil olunduğu qrupun və ya dərnəyin üzvlərinin sayı Yeni Azərbaycan Partiyasının ən kiçik rayon təşkilatı üzvlərinin sayı qədər deyil. Bu hansı qüvvə ilə Azərbaycanda dövlət çevrilişi edə bilər? Əli Kərimli çevriliş məsələsindən istifadə edib başqa insanlardan bu ad altında maliyyə dəstəyi ala, onlara xidmət göstərə bilər. Ölkədə kiminsə dövlət çevrilişi etmək iqtidarı yoxdur və ola da bilməz. Azərbaycan çox güclü dövlətdir, onun güclü prezidenti, hüquq-mühafizə orqanları, siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası var. Təmsil etdiyim təşkilatda 700 mindən çox Azərbaycan xalqının övladları cəmləşib. Nə nurçu, nə də başqası Azərbaycanda artıq heç bir addım ata bilməz. Ola bilər ciblərinə pul qoyub 5-10 uşağı yanlarına çəksinlər. Amma onlar hər hansı bir şəbəkət yaradıb dövlət çevrilişinə hazırlıq işləri apara, bunu hər hansı bir şəkildə həyata keçirə bilməzlər. Hətta bu məsələ onların yuxularında belə reallaşa bilməz. Yəni, Azərbaycan çox möhkəm əsaslarla ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sütunlar üzərində prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətlə idarə edilən ciddi bir dövlətdir”. S.Novruzov bildirib ki, Əli Kərimli mitinqə gələn hər nəfərə görə xaricdən pul alır: "Hər hansı addım atmaq üçün ümumi prinsipcə deyirəm, erməni lobbisindən pul alan Güləndən də pul ala bilər. Mitinqlər keçirilən vaxt biz gördük ki, xaricilər Əli Kərimlini fəaliyyətin izləyir. Mən onların əlində xəritə gördüm. Bakı küçələrinin xəritəsi idi. Xarici vətəndaşın yanında Əli Kərimlinin adamı dayanmışdı. O ingilis dilində xariciyə vasitəsilə göstərirdi ki, bu küçədən 70 nəfər, digər küçədən 100 nəfər gələcək. Bunlar mitinqə gələn hər bir nəfərə görə xaricdən maliyyə yardımı alırlar. Ona görə də Əli Kərimli çox vaxt mitinqləri əhalinin gur yerinə salmaq istəyir ki xaricilərdən daha çox pul alsın. Misal üçün hazırda Fəvvarələr Meydanında 2-3 min adam var. 25-30 gənci salıb plakat qaldırmaqla o adamların bunun tərəfdarı olduğun əsaslandırmağa çalışır və bunun hesabına da pul almaq istəyir. Budur, bunların məqsədi”. Reportajla video linkdə tanış ola bilərsiniz: Geri qayıt |