Əsas Səhifə > Partiya, Güney Press > Sarkisyanın “canımı verərəm, Qarabağı yox” fikrinə Bakıdan reaksiya
Sarkisyanın “canımı verərəm, Qarabağı yox” fikrinə Bakıdan reaksiya17-10-2016, 09:00 |
“Serj Sarkisyanın canı bir şey deyil, amma Qarabağ bizimdir”. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Ermənistan prezidenti Serj Sarkisyanın “canımı verərəm, Qarabağı yox” fikrinə münasibət bildirərkən deyib. Z.Əsgərov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: “Münaqişənin hərbi yolla həlli həmişə var. Biz bunu istisna etmirik. Amma o yerə qədər ki, sülh danışıqları aparmaq mümkündür, biz onu edirik və edəcəyik. Düzdür, çox vaxt Ermənistan danışıqlarda imitasiya edir. Amma həqiqətən də tam, 100 faiz əminlik olacaq ki, Ermənistan doğrudan da artıq imitasiya edir, görsək ki, bu danışıqların əyəmiyyəti yoxdur, onda Azərbaycan Ordusu öz sözünü deyəcək”. Geri qayıt |