Əsas Səhifə > Partiya, Güney Press > "Dağlıq Qarabağ məsələsində ABŞ-ın mövqeyi əvvəlkindən çox da fərqlənməyəcək"

"Dağlıq Qarabağ məsələsində ABŞ-ın mövqeyi əvvəlkindən çox da fərqlənməyəcək"


12-11-2016, 09:02
"Dağlıq Qarabağ məsələsində ABŞ-ın mövqeyi əvvəlkindən çox da fərqlənməyəcək"
Trampın prezident seçilməsi ABŞ-ın xarici siyasətində kardinal dəyişikliklər yaratmayacaq.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Hikmət Babaoğlu yazıb. Deputat bildirib ki, Tramp hakimiyyətinin ilkin mərhələsində ən müxtəlif istiqamətlərdə manevrlər edərək yeni dünya siyasəti yaratmağa cəhd etsə belə, bu, o qədər də asan olmayacaq:

“Seçki kampaniyasında bir sıra radikal bəyanatlar səsləndirərək xarici siyasətdə ciddi dəyişikliklər edə biləcəyi ilə bağlı siqnallar verməsinə baxmayaraq, Trampın hələ əsaslı dəyişikliklərə gedəcəyini indidən söyləmək mümkün deyil. Məsələn, onun hamı ilə dost olmaq və başqa ölkələrdə qanuni seçilmiş hakimiyyəti devirməklə bağlı ənənəyə son qoyacağı haqda fikri nədənsə yetərincə diqqət cəlb etmədi. Halbuki olduqca maraqlı etiraf və ABŞ-ın xarici siyasətini obyektiv şərh etmək üçün çox etibarlı mənbə idi. Eyni zamanda, İŞİD-i Obama və Klintonun yaratması ilə baglı fikirləri də son dövrün beynəlxalq münasibətlər sistemində nələrin baş verdiyini çox yaxşı izah edirdi. Ancaq transmilli medianın bu fikirlərə lazımi diqqət göstərməməsi informasiya resurslarının kimlər tərəfindən idarə olunduğu tam çılpaqlığı ilə ortaya qoydu”.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ məsələsində ABŞ-ın mövqeyi əvvəlkindən çox da fərqlənməyəcək:

“Trampın Dağlıq Qarabağ probleminin həllində oynaya biləcəyi rolu ABŞ-ın ümumi Avrasiya siyasəti kontekstində qiymətləndirsək, daha obyektiv fikirlər söyləyə bilərik. Baxaq görək, Tramp ABŞ-ın dövlət maşınının iradəsinə rəğmən, hansısa bir addımı ata biləcəkmi?”.

Geri qayıt